Ümidini yaya bağlayanlara ekspertdən xəbərdarlıq: - qiymətlər bahalaşa bilər

17:07 29.07.2019 456
Ümidini yaya bağlayanlara ekspertdən xəbərdarlıq: - qiymətlər bahalaşa bilər

Adətən yay aylarında mənzil və torpaq bazarında ucuzlaşma müşahidə edilir. Hətta el arasında da kimsə mənzil və ya torpaq almaq istəyəndə yaya saxlayır ki, qiymətlər düşəcək. Bu il isə gözləntilər öz təsdiqini tapmayıb. Mənzil və ya torpaq bazarında ucuzlaşma deyil, əksinə, qiymətlərdə artım müşahidə edilib.

Ekspertlər bunu son zamanlar tikinti qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Əmlak eksperti Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il yay aylarında əmlak bazarında qiymətlərdə ucuzlaşma müşahidə edilsə də, bu il bu, nəzərə çarpmayıb.

"Hələ ki, ucuzlaşma qeydə alınmayıb. Stabillik hökm sürür. Qiymətlərdə artım və ya ucuzlaşma müşahidə edilmir", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, alqı-satqı əməliyyatlarının dinamikasında zəifləmə müşahidə edilir: "Nəğd alışlarda xeyli azalma var. Eyni zamanda ipoteka ilə alqı-satqıya cəlb olunan əmlakların sayı da xeyli aşağı düşüb. Buna baxmayaraq, qiymətlər ucuzlaşmır".

Ekspert hesab edir ki, bu daha çox ilkin bazarın təsiri ilə bağlıdır.

Təhlillərə görə, ilkin mənzil bazarında qiymətlər ucuz olmasa da, tətbiq olunan yeni qaydalara görə, artıq ilkin mənzil bazarında qiymət artımına təsir göstərən amillərin sayı artıb:

"Məsələn, əvvəllər 15-20 sot torpaqda çoxmənzilli bina tikmək mümkün idisə, indi artıq torpaq sahəsinin həcmi binanın yerləşdiyi sahədən 3 dəfə artıq olmalıdır. Bu da torpağın alınması zamanı binanın xərclərinin artmasına gətirib çıxarır.

Eyni zamanda qəbul edilmiş digər inzibati qərarlar da yeni tikililərdə tikinti xərclərinin artmasına gətirib çıxarıb. Nəticə etibarilə yeni tikiləcək binalarda mənzillərin qiymətinin artımı təkrar bazara da təsir göstərəcək".

Torpaq bazarında qiymətlərə gəldikdə isə ekspert bildirib ki, torpaq bazarında qiymət artımı qeydə alınırdı: "Ancaq artıq torpaq bazarında da stabilləşmə müşahidə olunur. Mövsümlə əlaqədar tikinti tempi artdığına görə xüsusilə fərdi yaşayış evlərinin tikintisi üçün əlverişli olan ərazilərdə qiymətlərin təqribən 10 faizə qədər artımı qeydə alındı. Amma indi qiymətlər stabilləşib. Hal-hazırda torpaq bazarının coğrafiyası daha çox regionlara, turistik ərazilərə doğru genişlənir. Məsələn, turizm üçün əlverişli olan ərazilərdə artıq torpaq alqı-satqısı dinamikası artıb. Bu səbəbdən də alıcılar artıq bu istiqamətdə maraq göstərirlər".

R.Osmanlı hesab edir ki, torpaq bazarındakı qiymət artımının aktivləşməsi sentyabr ayından sonrakı dövrü əhatə edəcək.

Əmlak eksperti Elnur Fərzəliyev isə bildirir ki, mənzil bazarında nisbi qiymət artımları var idi. Təqirbən may-iyun ayında 2-2,4 faiz qiymət artımı qeydə alınmışdı. Ancaq hazırda stabilləşmə müşahidə olunur: "Ucuzlaşma müşahidə edilmir. Bir sükut var bu sahədə. Alqı-satqı prosesləri dayanıb. Durğunluq olmasına baxmayaraq, ucuzlaşma yoxdur. Görünən odur ki, heç olmayacaq da".

Ekspert bunu bir neçə amillə əlaqələndirib. O, hesab edir ki, bundan sonra bina tikintisi asan olmayacağı üçün sahibkarlar qiymətləri ucuzlaşdırmaq niyyətində deyillər.

"Yəni artıq sahibkar düşünür ki, kimə mənzil lazımdırsa, hansı qiymətə olsa da alacaq. Bu səbəbdən də ucuzlaşma barədə heç kim düşünmür. Bununla yanaşı, alıcılar son zamanlar köhnə mənzillərə üstünlük verirlər. Çünki yeni binalarda olan mənzillərin qiyməti qaneedici deyil", - deyə ekspert əlavə edib.

Görünən odur ki, bu il yay ayında qiymətlərdə ucuzlaşma olmayacq. Ancaq sentyabrdan qiymətlərin artacağı da istisna edilmir. Yəni mənzil və torpaq bazarında bahalaşma müşahidə edilə bilər...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu