"Atlas Klinikası"nın lisenziyası ləğv edilir? - İDDİA

09:20 29.07.2019 696
"Atlas Klinikası"nın lisenziyası ləğv edilir? - İDDİA

Son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb klinikalarının sayı artmaqdadır. Əksəriyyəti yüksək mənsəbli məmurlara, oliqarxlara aid olan bu tibb müəssisələri ilk vaxtlar insanlarda sevinc hissi doğururdu. Düşünülürdü ki, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız daha öz vətənlərində yüksək keyfiyyətli müalicə alacaqlar. Bu həm də hər il xaricə axıdılan milyonlarla vəsaitin ölkədə qalacağına əsas olmalı idi.

Ancaq çox təəssüf ki, özəl klinikalar ümidləri doğrultmadı. Yenə də hər il minlərlə insanlarımız Azərbaycan səhiyyəsinə etibar etməyərək xaricə üz tuturlar.

Qlobal.az xəbər verir ki, buna səbəb isə özəl klinikalarda qiymətlərin çox baha olması və savadlı tibbi personalın yoxluğudur. Zamanla ölkə mediasının da tez tez işıqlandırdığı bu problemin həlli isə görünür hələ çox vaxt aparacaq.

Azərbaycanda fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində qiymətlər od tutub yanır. Qiymətlərin baha olmasını klinikalar tibbi idmətin yüksək olması ilə əlaqələndirirlər. Ancaq bəzi klinikalar da var ki, əlləri hər yerdən üzülən insanları aldadıb tora salmaqla məşğuldurlar. Ucuz qiymətlərə çoxsaylı müayinə vəd edib insanları son qəpiyinə kimi soyan özəl tibb müəssisələrində biri də "Atlas klinikası"dır.

Öncə qeyd edək ki, klinika yol verdiyi qanunsuzluqlara görə 2014-cü ildə fəaliyyətini dayandımağa məcbur qalmışdı. Səhiyyə nazirliyinin verdiyi məlumatlarda klinikanın bağlanması səbəbi kimi bildirilirdi ki, klinika təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar-ginekoloji və doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində nöqsanlar olub. Bu nöqsanları isə saymaqla qurtarmaq mümkün deyil. Klinikada rüşvətxorluq, korrupsiya, vergidən yayınma pik həddə olub. Bu barədə zamanında mediada kifayət qədər melumatlar verilib.

"Atlas klinikası"ı həm də insanların yaddaşında "39 manatlıq Chek-up müayinəsi"nin reklamı ilə qalıb. Belə ki, bir müddət əvvəl insanların mobil telefonlarına zəng edərək onların nömrələrinin "qalib" olduğunu deyən klinikanın operatorları 39 manata Chek-up müayinəsi təklif edirdilər. "Atlas klinikası"nın bu "şirin" təklifinə aldanıb klinikaya gedən insanların xərci isə 250-300 manata başa gəlirdi. Bu barədə bir müddət öncə sosial şəbəkələrdə şikayətçi olan Mübariz Həsənov adlı şəxs qeyd edirdi:"Check-Up” üçün xəstəxanaya pul ödəndikdən sonra həkimlərin otaqlarına yönləndirirlər. Klinikada xəstələri bu qiymətə inandırsalar da, 150-200 AZN arası xərcləri çıxır. Çünki xəstənin ödədiyi paketə daxil olmayan xidmətlər təklif olunur və müxtəlif həkimlərin yanına göndərilər. Belə olan halda xəstənin ödədiyi məbləğ 300-400 AZN-ə qədər gəlib çıxır”.

"Atlas klinikası"ının "Chek-up" dələduzluğu ifşa edildikdən sonra klinika daha insanları sms və ya zəngləri ilə narahat etmir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə peşəkar tibbi personal heyətinə və müasir tibbi avadanlıqlara malik olmayan "Atlas klinikası"ının lisenziyası yenidən ləğv edilə bilər.

"Atlas Klinikası"nın lisenziyası ləğv edilir? - İDDİA
"Atlas Klinikası"nın lisenziyası ləğv edilir? - İDDİA
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?