Türkiyə ilə viza rejiminin ləğvinin gətirəcəyi dividentlər - İranla bağlı da analoji addım atıla bilər

12:23 27.07.2019 450
Türkiyə ilə viza rejiminin ləğvinin gətirəcəyi dividentlər - İranla bağlı da analoji addım atıla bilər

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşlarının Azərbaycana gəlişi üçün viza rejimi ləğv ediləcək. Bundan əvvəl Azərbaycan vətəndaşları Türkiyəyə vizasız getsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.

İlham Əliyevin Türkiyə vətəndaşlarına viza rejimini ləğv etmək barədə qərarı Türkiyə və Azərbaycan ictimaiyyətində alqışlanır. Eyni zamanda ekspertlər bildirir ki, viza rejiminin ləğvinin böyük siyasi, iqtisadi dividentləri də olacaq.

Politoloq Elçin Mirzəbəyli bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan prezidentinin bu qərarı iki ölkə arasındakı münasibətlərin gerçək mahiyyətini əks etdirdiyi üçün mühüm əhəmiyyətə malikdir: “Qərarı Azərbaycan-Türkiyə münasibətlərinin inkişafını arzulayan, bunun üçün əmək sərf edən azərbaycanlı və türkiyəli qardaş və bacılarım, dostlarım kimi böyük sevinc hissi ilə qarşıladım. Öncə qeyd edim ki, viza tələbinin indiyədək ləğv edilməməsinin ciddi səbəbləri var idi və Türkiyənin rəsmi dairələri, analitik təfəkkürü olan insanları məsələnin mahiyyətini yaxşı başa düşürdülər. Amma bununla yanaşı, viza ilə bağlı məsələdən süi-istifadə etməyə çalışanlar, bununla bağlı Türkiyənin ictimai rəyinə qərəzli məlumatlar ötürənlər, manipulyasiya edənlər də az deyildi. Çox şadam ki, dövlət başçımız bu qərarla həm də Azərbaycan-Türkiyə münasibətlərinin üzərinə kölgə salmaq istəyən üçüncü qüvvələrin ideoloji təbliğat maşınını Türkiyə üçün çox önəmli bir məqamda verilmiş qərarla sıradan çıxardı.

Qənaətimə görə, bu qərarın mesaj xarakterli siyasi yükü və çəkisi onun prosedur hissəsindən dəfələrlə ağırdır. Onsuz da Azərbaycan Türkiyə vətəndaşlarının ölkəmizə gəlişi üçün bütün proseduru asanlaşdırmışdı və mənə görə rəmzi xarakter daşıyan viza tələbi Türkiyəli qardaş və bacılarımızın öz ikinci vətənlərinə gəlmələri üçün elə də ciddi maneə yaratmırdı. Amma Azərbaycan prezidenti hər zaman olduğu kimi, qardaş Türkiyə üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir zaman kəsiyində belə bir qərar verməklə növbəti dəfə Azərbaycanın Türkiyənin yanında olduğunu nümayiş etdirdi".

Bəs qonşu İran İslam Respublikası vətəndaşları üçün də viza rejiminin ləğvi mümkünmü?

Elçin Mirzəbəyli qeyd etdi ki, bu istiqamətdə də müəyyən addımların atılacağı ilə bağlı gözləntiləri var: “İranda, öz tarixi vətənlərində 30 milyondan çox Azərbaycan türkü yaşayır. Digər tərəfdən, ermənilər istisna olmaqla, bu ölkədə yaşayan digər xalqlarla da ortaq tarixi keçmişimiz, mədəniyyətimiz, ortaq dəyərlərimiz var. Düşünürəm ki, bu amili həmin xalqların düşünən beyinləri də anlamalı, qəbul etməli və regionun ən böyük etnosu olan Azərbaycan türklərinə münasibətdə məqbul sayılmayacaq davranışlara yol verməməlidirlər. İran vətəndaşları üçün viza tələbinin aradan qaldırılması isə ölkəmizin türizm potensialına çox ciddi təsir göstərə bilər. İran vətəndaşları-istər türklər, istər farslar, giləklər, lorlar və digərləri Azərbaycan Respublikasında özlərini bütün digər ölkələrdə olduğundan daha rahat hiss edirlər. Bu çox böyük üstünlükdür və bu üstünlükdən də istifadə etmək lazımdır”.

Milli Məclisin deputatları da Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılması barədə qərarın böyük əhəmiyyət daşıdığını bildiriblər. Milli Məclisin üzvü Tahir Rzayev modern.az-a deyib ki, Azərbaycan tərəfindən Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi çox müsbət haldır. Çünki Azərbaycan, həmişə deyildiyi kimi, Türkiyəyə dəstək verir. Qardaş ölkənin vətəndaşlarının ölkəmizə rahat gəliş-gedişi turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək: “Digər tərəfdən, onların tez-tez və kütləvi halda gəlməsi üçün şərait yaranır. Bu, ticarətə, mədəniyyətə, ümumilikdə ölkəmizə çox fayda verəcək. Prezidentin sərəncamı qarşılıqlı əlaqələrin daha da inkişafına, iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə təkandır”.

Deputat Sona Əliyeva da deyib ki, ölkə başçısının sözügedən sərəncamı iki ölkənin yaxşı münasibətləri fonunda çox əhəmiyyətli və müsbət addımdır: “Bu, həm də iqtisadi, təhsil əməkdaşlığı baxımından çox səmərəlidir. Çünki iş adamlarının Azərbaycana səfərlərini, təhsil məqsədləri üçün ölkəmizə gələnlərin işini daha asan və sərfəli edir. Turistlər üçün də həmçinin, müsbət şərait formalaşır. Baxmayaraq ki, azərbaycanlılar Türkiyədə istirahətə daha çox maraq göstərirlər, türklər də ölkəmizə daha çox gəlməyə can atacaqlar. Əsas isə odur ki, artıq Azərbaycan və Türkiyə bütün sferalarda əməkdaş, strateji tərəfdaş, ən əsası dost ölkə olmaları ilə bağlı bütün addımları atıblar. Bizi ortaq tarix, mədəniyyət, dil, din, dostluq, qardaşlıq və ümumi maraqlar birləşdirir”.

Deputat Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib və qeyd edib ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejiminin aradan qaldırılacağına ümid edir: “Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz töhfəsini verəcək. Qoy hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin ”azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil" kimi iddialarını alt-üst etmiş olarıq".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR