Habil Məmmədov Əmanətlərin Sığortalanması Fondunu necə iflic vəziyyətə saldı? - İTTİHAM

18:19 24.07.2019 503
Habil Məmmədov Əmanətlərin Sığortalanması Fondunu necə iflic vəziyyətə saldı? - İTTİHAM

Sabiq vergi generalı Habil Məmmədovun yeni vəzifədə yarıtmaz fəaliyyəti nəticəsində Əmanətlərin Sığortalanması Fondu (ƏSF) iflic vəziyyətdədir.

Yenicag.az xəbər verir ki, etibarlı mənbənin məlumatına görə, “akula” ləqəbli H.Məmmədov ƏSF-yə icraçı direktorun müşaviri təyin olunandan burada Vergilər Nazirliyində tətbiq etdiyi qanunlarla işləyir.

Hakimiyyətdəki bir sira dairələrə arxalanan Məmmədov Vergilər Nazirliyindən qovulmuş bir sıra özünü yaxın kadrlarını Fonda yerləşdirib və burada da şəxsi maraqlarına xidmət edən mexanizmi işə saldı.

Məmmədova ƏSF-nin əsas fəaliyyətlərindən hesab olunan bağlanmış bankların kreditlərini yığılması tapşırılmışdı ki, bu vəsait də əhalinin banklarda batmış pullarının qaytarılmasına yönəlməli idi. Amma “akula” ilk növbədə özünə yaxın, vergilər sistemində rüşvətxorluğa qurşanmış, ölkədə biznes mühitini uçuruma sürükləyən kadrları yüksək maaşla Fonda və bağlanmış banklara işə götürdü. Bundan başqa, Məmmədov öz qohumlarını da burada vəzifə ilə təmin etdi. Bu kadrların bir çoxunun isə nəinki bank sistemindən, heç iqtisadiyyatdan başı çıxmır. İllərlə bank sektorunda işləyən kadrlar səriştəsiz rəhbərliyin mənasız tapşırıqlarını yetirə bilmədiklərinə görə əlacsız qalib öz iş yerlərini tərk etməli olur.

Mənbənin məlumatına görə, köhnə kadrları təmizləmək üçün vergi generalı tez-tez işçilər arasında rotasiya aparır. İllər öncə bağlanmış “Atrabank” və yaxud “Bank Standard”ın kredit yığımı ilə məşğul olan işçiyə “Dəmirbank”, “Texnikabank”nın işləri tapşırılır. Nəticədə öz yerində olmayan və “domokl qılıncı” altında işləyən kadr öz ərizəsi ilə işdən çıxmağı üstün tutur. Məmmədov isə boşalan yerə öz qohumlarını yerləşdirir. Yeni kadrlara isə gözün üstündə qaşın var deyən yoxdu – istədikləri vaxt işə gəlirlər, istədikləri vaxt gedirlər.

Bu yarıtmaz fəaliyyətin nəticəsidir ki, bağlanmış bankların kredit yığımı ötən ilə nisbətən 3 dəfədən də çox azalıb. Amma nəzərə almaq lazımdır ki, bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi ödənişlər isə Məmmədov və əlaltılarının cibinə axır. Halbuki, “akula”nın təyinatından əvvəl bu sahədə işlər artan dinamika ilə gedirdi, kreditlətin yığımında əməlli irəliyişlərə nail olunmuşdu.

Kredit yığımının azalması isə məhz bağlanmış banklarda pulunu itirən vətəndaşlara təsir edir. Çünki əmanətçilərin illərlə yığdığı vəsaitin qaytarılmasına ümidləri puç olur. Vətəndaş da üz tutur yuxarı orqanlara, ümidini prezident İlham Əliyevdə görür, bəziləri Prezident Administrasiyasının qarşısında aksiya keçirir (“Bank Standard”ın əmanətçiləri bir neçə belə aksiya keçirib), nəticədə ümumiyyətlə hakimiyyətdən narazı düşür.

Amma Məmmədov heç də işin keyfiyyətinin marağında deyil. Şəxsi xəzinəsini doldurmağı əsas götürən “vergi generalı” sadə vətəndaşların problemləri maraqlandırmır. Əksinə yuxarı eşelonlardakı havadarlarına arxalanan “akula” özfəaliyyətini genişləndirməyə çalışır./İnterpress/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY