Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək....

16:33 26.04.2018 602
Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək....
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun üç müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müavin qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.


Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir.


Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır?


Moderator.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə, Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur.



“Bu, daxili qərarla qəbul olunur”


“Rəsmi şəkildə prezident Nazirlər Kabinetinin tərkibini dəyişən zaman müvafiq qanunvericiliyə əsasən, təsnifat bu cür olur: baş nazirin birinci müavini və baş nazirin müavinləri. Onların adları hansısa sahəyə nəzarət etmələri üzrə göstərilmir. Çünki Nazirlər Kabinetində rəsmi bölgü olmadığından bu, daxili qərarla qəbul olunur. Bildiyimə görə, baş nazirin birinci müavini lazım gəldikdə baş naziri əvəz edir, diplomatik münasibətlərə baxır, xarici qonaqları prosedura uyğun olaraq qəbul edir”.


Bəs Hacıbala Abutalıbov?


Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb:


“Baş nazirin sabiq müavini Abid Şərifov o zamanlar fövqəladə hallar məsələlərinə, tikinti işlərinə nəzarət edirdi. İsmət Abasov kənd təsərrüfatını kurasiya edirdi. Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi.
Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur.

Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”.

Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər.


“Baş nazirin müavinləri ixtisar edilə bilər”


Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib:


“Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu, ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu