“Əli Kərimli Leyla Yunusun şantajlarından qorxur” - Siyasi təhlilçi

17:08 19.07.2019 544
“Əli Kərimli Leyla Yunusun şantajlarından qorxur” - Siyasi təhlilçi

Leyla Yunus ifşa olunmuş personadır. Onun həm Xalq Hərəkatındakı iştirakı, həm Müdafiə Nazirliyində analitik-informasiya şöbəsinin rəhbəri olduğu dönəmdəki fəaliyyəti, həm də sonrakı mərhələdə hüquq müdafiəçisi qiyafəsində gördüyü bütün işlər SSRİ Hərbi Əks-kəşfiyyat İdarəsinin və onun varisi olan xüsusi xidmət orqanlarının nəzarəti, tapşırığı ilə gerçəkləşib.

Bu sözləri Aznyus.az xəbər portalının baş redaktoru, siyasi təhlilçi Taleh Şahsuvarlı deyib.

Siyasi təhlilçinin sözlərinə görə, Leyla Yunusun Sevinc Osmanqızının video-bloqunda sabiq prezident Əbülfəz Elçibəyi “DTK agenti” adlandırması təsadüfi deyil:

“Hansı çıxışın hansı məqamda edilməsinə həmişə diqqət yetirmək lazımdır. Bilirsiniz ki, bu yaxınlarda Əbülfəz Elçibəyin xanımı dünyasını dəyişdi, onun dəfn və hüzr mərasimi xərcləri Prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyəsi ilə Heydər Əliyev Fondu tərəfindən qarşılandı. Bu addım cəmiyyətin bütün sağlam kəsimləri tərəfindən müsbət dəyərləndirildi, siyasi mübarizənin mütərəqqi xarakter alması, kəskin qarşıdurmadan optimal rəqabətə çevrilməsi baxımından təqdir edildi. Leylayunuskimilərinə isə Azərbaycan cəmiyyətinin nihilist qütblərə bölünməsi sərf edir. Onun açıqlaması da məhz nihilizmə, nifaqa, fitnəyə xidmət göstərir”.

Taleh Şahsuvarlının fikrincə, AXCP sədri Əli Kərimlinin Leyla Yunusun bir neçə gün öncə səsləndirdiyi ittihamlara bugünəcən cavab verməməsi, susqunluq nümayiş etdirməsi, əslində, gözləniləndir:

“Əli Kərimli ölkədə az qala havanın tempraturunun bir selsi qalxıb- enməsinə də sosial şəbəkələrdə reaksiya verir, hər hansı mövzu yaranan kimi tezcənə Sevinc Osmanqızının, Qənimət Zahidin internet kanallarına çıxıb saatlarla danışır. Ona görə də hazırda ənənəvi və yeni medianın təmsilçiləri haqlı olaraq Əli Kərimliyə sual ünvanlayırlar ki, xeyir ola, əgər AXCP Əbülfəz Elçibəyin təşkilatıdırsa, nədən Leyla Yunusa cavab vermirsən? Ancaq bu sualın cavabı elə sualın özündədir. İndiki AXCP Əbülfəz Elçibəyin təşkilatının ancaq möhürünə malikdir. O möhürdən başqa Əbülfəz Elçibəydən, Əbülfəz Elçibəyin başçılıq etdiyi partiyadan o təşkilatda heç bir nişanə, əlamət yoxdur. Əli Kərimli özü Əbülfəz Elçibəyin əleyhinə indi Leyla Yunusun səsləndirdiyi ittihamlardan daha ağır təhqir və böhtan yazdıran adamdır. Özü də, çevrəsindəkilər də Elçibəyə heç də Leyla Yunusdan az nifrət eləmir. Nə deyəsidir ki?”

Siyasi analitik hesab edir ki, Əli Kərimlinin susqunluğunun bir səbəbi də Leyla Yunusun şantajlarından çəkinməsi ilə bağlıdır:

“Leyla Yunus hazırda Avropada məskunlaşsa da, müəyyən rıçaqlara malikdir. Məsələn, bu rıçaqlardan biri Avropadakı “söyüş batolyonu”, digəri Mehman Əliyevin “Turan” agentliyi, başqa biri əsl adı “Allahverdi” olan Aslan İsmayılov kod adlı şəxsdir. Əli Kərimli yaxşı başa düşür ki, koordinatoru Leyla Yunus olmaqla bütün bu rıçaqların hamısının başı eyni yerə, eyni mərkəzə bağlıdır. Ən mühüm faktor isə budur ki, Əli Kərimlinin vitrini səciyyəsi daşıyan Milli Şura, faktiki olaraq, Leyla Yunusun koordinatorluğu ilə onun bağlı olduğu qüvvələr tərəfindən yaradılıb. Leyla Yunus Milli Şuranın yaranması ərəfəsində Əli Kərimlinin həmin qüvvələr qarşısında üzərinə götürdüyü öhdəliklər, onlardan aldığı maliyyə dəstəyi ilə bağlı çarpıcı məlumatları açıqlasa, AXCP sədrinin halı necə olar? Əli Kərimlinin Leyla Yunusa cavab verməsi üçün öncə Milli Şuradan imtina etməsi, Azərbaycan cəmiyyəti, milli qüvvələr qarşısında səmimi etiraflar səsləndirərək həmin layihəni tarixin arxivinə göndərməsi lazımdır. Ancaq Əli Kərimlinin potensialı, iradəsi bu cür yüksək liderlik nümunəsi ortaya qoymağa yetmir. Bəlkə də bu cür qınaqlardan sonra çıxıb candərdi bir-iki kəlimə nə isə deyəcək, amma bu, gərəkən cavab sayılmayacaq. AXCP-nin, Əli Kərimlinin Leyla Yunusa əsl cavabı Milli Şuradan imtina etməsi ola bilər”.(axar.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ