Impera
XƏBƏR LENTİ
19:32Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA15:53Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:38Prezident Rövşən Rzayevi qəbul edib15:20“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:01Türkiyədə dollar ucuzlaşdı14:45Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:26Ağsuda nə baş verir? - İTTİHAM14:13İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:50Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:31Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:12Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:48UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb11:21“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:08Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:46Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:25"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:12Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:50Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!18:28Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1018 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:56Taleh Qaraşov həm qazanır, həm də qazandırır... - İDDİA17:33Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:10Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:58Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:47Mayk Pens ANKARADA14:28Hava buludlu olacaq14:11Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:53Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:37“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:22Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:18"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət10:52Delfi yarışları yeni formatda keçiriləcək10:34Prezidentin iqtisadi müşavirədə misal gətirdiyi hesabatlar - Onlarda nələr əks olunub?10:14Dünya birjalarında neftin SON QİYMƏTİ09:58ABŞ səsdən iti raketlər istehsal edəcək18:04Prezident Mayıl Əhmədovu təltif etdi17:38“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:23Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:06İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:52DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:27Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:10Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:48"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:30Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:16Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:01"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:43Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:27"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:53Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:35Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES12:55Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”12:46Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:13Gəncədə naqolay kadr islahatları... - İDDİA11:48İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:25“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:10Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:51Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:31Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:46BNA-nın şok planı - İDDİA21:30Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:18Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:06Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:55Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:02Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:51"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:38Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:11GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:44Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:27Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:07Göygöl DYP-yə yeni rəis təyin olunub13:52“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:40Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:09“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:55Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:26Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:50Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:31Azərbaycan neftinin SON QİYMƏTİ19:27Ərdoğan Azərbaycana təşəkkür etdi19:17Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik19:04Hansı oyun, hansı kanalda? - Avro-202018:48Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”18:37Macarıstanın Baş naziri Azərbaycana gəldi18:23İlham Əliyev Ərdoğanla görüşdü - FOTO18:08Prezidentdən vacib - FƏRMAN17:56Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”17:42Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...17:28Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ16:12Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib15:57Türkiyə Prezidenti Azərbaycana gəlib15:44Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM14:28Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA14:02İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ13:30Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir13:17Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamsında altıncı yerdə qərarlaşıb13:00Ərdoğan Bakıya yola düşüb
BÜTÜN XƏBƏRLƏR

Hər qarışı kafe-restoranla zəbt olunmuş MƏKAN - Obyektlər kənd sakinlərini necə çətin duruma salır...

18 Tem 2019, 13:43   
Hər qarışı kafe-restoranla zəbt olunmuş MƏKAN - Obyektlər kənd sakinlərini necə çətin duruma salır...

Təbiət qoynunda istirahət etmək sarıdan Gəncə və ətraf bölgələrdə yaşayan insanların bəxti gətirib. Çünki şəhərin qızmar istisindən qurtulub sərin meşələrə üz tutmaq üçün cəmi yarım saat kifayət edir. Odur ki, Hacıkənd meşələri, eləcə də Göygöl ətrafındakı meşələr daim qələbəlik olur.

Qərb bölgəsində yaşayanların həftəsonu istirahətlərini necə keçirmələrini öyrənmək üçün üz tutduq Hacıkəndə. Gəncədən Göygölədək gözəl yol çəkilib. Hər tərəfdə səliqə-sahman hökm sürür. Göygöl rayonunun mərkəzindən çıxarkən ilk yetişdiyimiz məkan Aşıqlı kəndi oldu. Yay mövsümündə yol kənarlarında çörək, Azərbaycanın milli yeməkləri olan kətə və sair bişirib satan kənd sakinləri ilə görüşdük.

Diqqətə çatdıraq ki, bu ərazilərdə olan yaşayış məntəqələri - Aşıqlı, Yeni Zod, Bənövşəli, Göycəkənd, Çaykənd, Quşçu, Qarabulaq, Sarısu, Toğanalı və Əzgilli kəndləri Göygöl rayonunun inzibati ərazi vahidinə daxildirsə, Hacıkənd qəsəbəsi Gəncənin, "Göygöl” Dövlət Qoruğu isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. İnsafən deyək ki, son illər Göygöl Rayon İcra Hakimiyyəti bu yolda yerləşən görkəmsiz məişət obyektlərinin götürülməsinə nail olmuş, yol kənarlarında fəaliyyət göstərən ticarət obyektlərində səliqə-sahman yaratmışdır. Hazırda kənd sakinlərinə bu ərazinin gözəlliyini qoruyub saxlamaq üçün ciddi nəzarət edilir.

Lakin bu ərazidə heç də hər şey gözoxşayan deyil. Yolboyu irəlilədikcə gördüyümüz mənzərə bizdə təəssüf hissi oyatdı. Belə ki, oturub dincəlmək üçün meşədə bir kvadratmetr də olsun belə boş yer tapmadıq. Hara getdiksə, ya ailəvi istirahət mərkəzləri, ya da kafe və çayxanalarla rastlaşdıq. Məcbur olub ailəvi istirahət mərkəzlərinin birində oturmalı olduq. Belə qərara gəldik ki, elə günorta naharımızı burada edək. Sonda deyilən hesab bizi təəccübləndirdi. Söylədilər ki, biz hələ insaflıyıq. Digər yeməkxanalarda bunun iki qatını alırlar. Sözümüz yoxdur, bazar iqtisadiyyatıdır! Kim necə qiymət qoyur, öz işidir!

Ümumiyyətlə, Hacıkənd meşələrində yeməkxana, çayxana əlindən tərpənmək olmur! Hara baxırsan, ictimai iaşə obyektidir. Kiçik bir ərazidə bu qədər yeməkxana olar?! Dedilər ki, meşələrdə ağacların qırılıb yerində obyekt tikilməsi üçün şərait yaradılmasına icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan departament verir.

Biz Hacıkənddə olarkən meşələrdə traktor səsi eşidilirdi. Görünür, bu proses bu gün də davam edir. Sual olunur, bu biabırçılıq nə vaxta kimi davam edəcək? Axı insanların istidən qorunmaq, daldalanmaq üçün təbiətin onlara verdiyi imkanı niyə əllərindən alırlar? Hər ailənin imkanı yoxdur ki, burada fəaliyyət göstərən və qiymətləri od tutub yanan ailə istirahət mərkəzlərinə getsin! Bu yeməkxanalarda müştəridən kim neçə istəyir, onu da alır. Heç yeməklərin qiyməti barədə müştəriyə məlumat verən "menyu” da yoxdur! Ödənən pulun qəbzi verilmir. Bu isə o deməkdir ki, gəlirlər gizlədilir!

Ərazidə antisanitariya hökm sürür. İçməli su problemi yaşanır. Göygöl Rayon İcra Hakimiyyətindən öyrəndik ki, bütün yeməkxanalar elektrik enerjisini rayonun kəndlərinə gedən yüksək gərginlikli elektrik xəttindən götürürlər ki, bu da kəndlərdə yaşayan sakinlər üçün təhlükədir. Təsəvvür edin ki, hər yeməkxanada 100 ədəddən çox lampa yanır, elektrik cihazları işləyir. Hacıkənddə isə təxminən 50-dək yeməkxana fəaliyyət göstərir. Bu o deməkdir ki, hər an qəza və açılmalar ola bilər ki, bunun da nəticəsində kəndlər işıqsız qalar.

Qeyd edək ki, Hacıkənddə ictimai iaşə obyekti işlətmək üçün icazə veriləndə bağlanmış müqavilədə həmin ərazidə tikinti işlərinin aparılmamasını xüsusi qeyd etməlidir. Ancaq icazə alan hər kəs həmin ərazidə elə işlər görür ki, tikinti işlərinə bərabər olur. Hətta cəmi bir neçə sot üçün müqavilə bağlayan şəxs həmin ərazidə hektarla yer zəbt edir. Bundan başqa, ərazidə elə şərait yaradılmalıdır ki, ora avtomobillərin girişi mümkün olmasın. Çünki qoruq ərazisinə daxil olan avtomobillər meşənin bitki örtüyünü sıradan çıxarır. Qaldı obyektlərin adlarına, bu sahədə də işlər ürəkaçan deyil. Məsələn burada çayxanaya "PELE”, yeməkxanaya "FLAMİNQO” və sair adlar veriblər.

Onu da qeyd edək ki, meşə ərazisi birilliyə icarəyə verilir. Ancaq biz Hacıkənddə olarkən "Həyat”, "Sevimli məkan” istirahət mərkəzlərində bunun əksini gördük. Xüsusilə "Sevimli məkan”da böyük bir ərazi zəbt edilərək 17 ədəd kottec, çoxlu sayda yardımçı binalar tikilmişdir.

Qeyd edək ki, "göllər tacı” Göygölü görmək çoxlarının arzusudur. Xüsusilə xarici turistlər bu yerlərin füsunkarlığına heyranlıqla tamaşa edirlər. Elə bu məqsədlə hər il minlərlə xarici turist bu ərazidə dincəlməyə üstünlük verir. İndi sual olunur: Hacıkənddə hökm sürən bu xoşagəlməz vəziyyət ölkəmiz haqqında hansı təəssüratı yaradır?!
OXŞAR MÖVZULAR