Impera
XƏBƏR LENTİ
17:37Bakı Atatürk Liseyində narazılıq - VİDEO17:25"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi16:54“Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... - Müraciət16:33"Messi üzr istəməlidir"15:54“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal15:34“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”15:10SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, bütün sərnişinlər öldü14:52İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb14:33“İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi14:21Rusiya AB-nin Türkiyəyə qarşı sanksiyalarına qarşı çıxır12:42Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf...12:27"Dedilər ki, saçlarını kəsdir, səni dövlət konsertinə çıxaraq"12:06Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI11:49Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...11:37Roza Zərgərli İsraildə əməliyyat olunacaq10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı
BÜTÜN XƏBƏRLƏR

“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...

10 Tem 2019, 12:14   
“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...

Ötən gün havanın hərarəti rekord həddə, 43-44 dərəcəyə çatdığından sərinləmək üçün dənizə üz tutanların sayı da çox idi. Müştəri bolluğunu görən çimərlik sahibləri isə 5 manata təklif etdikləri çətirlərin qiymətini 10 manata, 10 manata təklif etdikləri günlüklərin qiymətini isə 15 qaldırmışdılar. Digər çətirlərlə müqayisədə daha yaxşı görkəmdə olanlarının qiyməti isə 20 manatdan bir qəpik də aşağı deyildi. Dənizlə üzbəüz, ön sırada olan çətirlərin çoxu tutulduğundan müştərilər arxa sıralardakı çətirlərə belə 10-15 manat vermək məcburiyyətində qalmışdılar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil çimərlik sahiblərinin pula hərisliyini bir qədər də artırmışdı. Çimərliyə üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü. Müştərilərin isə nə şikayət edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı.
Çimərliklərdə müştəri bolluğu çətirlərdən başqa menyuya da öz təsirini göstərmişdi. Adi günlərdə 3 manata təklif edilən bir çaynikin qiyməti 5 manata yüksəlmişdi. Satışda 30 qəpiyə təklif edilən 0,5 litr qazsız suyun qiyməti 70 qəpik, 1 litr suyun qiyməti isə 1 manat 50 qəpiyə satılırdı. Sərin qarpızın, sərinləşdirici rəngli suların, meyvə şirələrinin qiymətində də 1-2 manatadək , bahalaşma vardı. İstehlakçıların “nolovka” adlandırdığı alkoqolsuz pivələrin qiyməti satışdakından 1 manat baha təklif olunurdu. Satışda qiyməti 1 manat 60 qəpiyə satılan alkoqolsuz pivələr çimərliklərdə 2 manat 80 qəpiyə təklif olunurdu. Alkoqollu pivələrin də qiymətində 2 manatadək fərq vardı. Adi günlərdə 5 manata satılan bir pors kababın qiyməti çimərliklərdə elə dünənki hava kimi od tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait…
Havanın isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzlərinə giriş 20 manatdan 25 manata qalxmışdı. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli olduğunu söylədilər: “Adi günlərdə bizim istirahət mərkəzinə giriş 20 manat, həftəsonu isə 25 manat olur”.
Qeyd edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün bu cür məkanları əlçatmaz edir. My Beach” istirahət mərkəzində uşaqlar üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət mərkəzlərini ölkə vətəndaşları ilə yanaşı, büdcə turistləri üçün də əlçatmaz edir. Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına ciddi mane törədir.
Ekspertlər də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu fikrindədirlər. Azərbaycan Turizm Assossasiyasının sədr müavini Müzəffər Ağakərimov deyir ki, ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nı da bu məqsədə xidmət edir. Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”.
M. Ağakərimovun sözlərinə görə, çimərliklərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır: “Çimərliklərə mütləq şəkildə nəzarət edən qurum olmalıdır. Əks halda sizin sadaladığınız problemlər hələ bundan sonra da hər çimərlik mövsümündə təkrar olunacaqdır. Çimərliklərin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Çimərlik sahələrində nə normal çətirlər var, nədəki standartlara cavab verən şərait. Əksər çimərliklərin su-kanalizasiya xətti belə yoxdur. Ayaqyolusu olmayan çimərliklərdə sanitar-gigiyenik tələblərdən danışmaq yersizdir. Belə çimərliklərdə sahibkarlar bir neçə həsir çətir qoyub antisanitar şəraitdə yemək, çay satırlar. Bu cür çimərliklərlə çimərlik turizmini inkişaf etdirmək, xarici turistlər üçün cəlbedici etmək mümkün deyil”.
Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir: “Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır. Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”.
M. Ağakərimovun sözlərinə görə, çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Mən hər zaman demişəm ki, çimərliklər pulsuz olmalıdır. Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Həsiri tökülmüş, hər tərəfindən gün keçən, dəlik-deşik olmuş çətirlərə, müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz. Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər. Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”./movqe.az
OXŞAR MÖVZULAR