Əhmədlidə kirayədən “Topaz”a: Vəsilə Abdulova kimdir? – villalar, maşınlar, Türkiyə biznesi…

12:35 9.07.2019 619
Əhmədlidə kirayədən “Topaz”a: Vəsilə Abdulova kimdir? – villalar, maşınlar, Türkiyə biznesi…

Azərbaycan mediası Vəsilə Abdulova adlı xanımdan danışır. Onun adı “Topaz” qumarında keçir. Xanım Abdulova “Baltech Investment LLC”-nin “Turksel” şirkətinin səhmlərini almasından sonra şirkətin mərc yarışlarında maliyyə işləri ilə məşğuldur.

Reportyor.info öyrənib ki, V.Abdulova sıradan xanım deyil. Araşdırmamıza görə, o, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti imiş.

Vəsilə xanım “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilmişdi. Bu etimad və onun maliyyə işlərində səriştəli olması “Topaz”a qədər irəliləməsinə səbəb olub.

Elə bunun nəticəsidir ki, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abdulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri göz qamaşdırır.

Onun şəhərin bahalı yerlərində yeni tikilən binalardan evlər aldığı da iddia olunur. Türkiyədə isə 4 otaqlı evinin olduğu bildirilir.

Hətta məşhur veteran voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli bizneslərinin olması haqda xəbərlər var. Abdulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım son 3 ildə əldə edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olan xanım məmurun bu qədər sərvətə necə nail olması ciddi suallar ortaya doğurur.

Reportyor.infoxəbər verir ki, Abdulova iş həyatına 2006-da “Azərinşaatservis” MMC-də iqtisadçı və maliyyə mütəxəssisi kimi başlayıb.

Sonra “Azelektromaş” MMC-də baş mühasib, 2014-cü ildə “Bakı Elektriktökmə” QSC-də baş mühasib, 2015-ci ildə isə “Nurgün” şirkətlər qrupunda maliyyə müdiri işləyib.

Onun ulduzu 2016-da “Azərreyl” voleybol klubunda baş mühasib, 2 ay sonra isə klubun vitse-prezidenti vəzifəsində çalışmağa başlayanda parlayıb.

Sonrası göz qabağındadır və artıq karyera yüksəlişi milyonçu xanımın daha çox varlanmasına gətirib çıxarmaqdadır.

Bu dəfə məmur “Topaz” qumarı ilə böyük kapital əldə etmək fikrindədir. Maraqlıdır ki, “Topaz” qumarına əsas kuratorluğu QSC-nin müavini Vüsal Aslanov edir.

V.Aslanov dəmiryol idarəsində rəis müavini olmaqla bərabər, “Azərinteltek” QSC-nin idarə heyətiüzvüdür. Bu məsələdə onun müavini V.Abdulova isə əsas köməkçisidir.

Maraqlıdır ki, Aslanovla Abdulovanın tanışlığı “Azərinşaatservis” MMC-dən başlayır. Aslanov hüquq müşaviri vəzifəsində, Abdulova isə maliyyə mütəxəssisi işləyiblər.

V.Aslanovun adı müxtəlif maxinasiyalarda hallanıb. Mətbuat yazır ki, ona kimsə bata bilməyib. Çünki rəisin oğlu ilə dost olduğunnu deməklə qorumağa müvəffəq olub.

O, 2010-2014 illərdə “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə “Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb.

2014-2015 illərdə əlavə iş yeri olaraq, “Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır investisiya yatıran “Turkcell” şirkəti bir müddət əvvəl “Azerinteltek”dəki payını satışa çıxarıb.

Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını “Baltech Investment LLC”-yə satıb. Hətta, nüfuzlu haberler.com portalı “Turkcell” şirkətinə istinadən “Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama verib.

“Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub. “Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib.

Şirkət səhimlərini “Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan “Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb. Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.

Məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.

“Turkcell”in Azərbaycanın idman mərc oyunlarının təşkilindən imtina etməsinin səbəbləri hələ bəlli olmasa da, görünən odur ki, 19,5 milyon avroluq alqı-satqı müqaviləsi şirkətin maraq dairəsində olub.

“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.

“Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...