"Unibank" sənədləri saxtalaşdırıb vətəndaşın evini ələ keçirmək istəyir... - GİLEY

10:17 8.07.2019 463
"Unibank" sənədləri saxtalaşdırıb vətəndaşın evini ələ keçirmək istəyir... - GİLEY

"Unibank" Kommersiya Bankının yol verdiyi hüquqi özbaşınalıqlar barədə məlumatlar mediada tez-tez yer alır. Bu dəfə bank tərəfindən törədilmiş növbəti maxinasiya hərracın saxtalaşdırılması yolu ilə özgə əmlakın mənimsənilməsi faktı barədədir.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, sözügedın qanun pozuntusu Bakı şəhər sakini İslam Həsənovun "Unibank" ASC-yə olan 57037 dollar kredit borcunun qaytarılması üçün yüklü edilmiş əmlakının hərrac yolu ilə satılması zamanı baş verib. Bu barədə mətbuata hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsinin icra sənədində borclunun həyat yoldaşının mülkiyyətində olan H.Əliyev küçəsi, ev 3, 35 saylı mənzilin açıq hərrac yolu ilə satılmalı olduğu göstərilir. Qeyd edək ki, hərraca çıxarılarkən həmin mənzilin qiyməti məhkəmə tərəfindən 70 min manat müəyyən edilib.

Elçin Məmməd bildirib ki, Nəsimi rayon İcra və Probasiya şöbəsi ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılması barədə cari ilin yanvarında “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə məktub göndərib.

"Bütün saxtakarlıq və mənimsəmə prosesi də bundan sonra başlayıb. Həmin mənzillə bağlı hərracın keçirilməsi və nəticələri barədə borclu tərəfə heç bir məlumat verilməyib. İcra şöbəsindən aldığımız məlumata görə, ilkin hərrac bu il fevralın 15-də, təkrar hərrac isə martın 5-də keçirilib. Lakin qeyd edilən hərracla bağlı vətəndaşa hər hansı bildiriş göndərilməyib və hərrac onların iştirakı olmadan keçirilib. Bununla da, ipoteka qoyan hərracda alıcı qismində də iştirak etməkdən məhrum olub. Əldə olunan sənədlərdən məlum olur ki, ipoteka ilə yüklü edilmiş mənzil hərraca çıxarılsa da, qalib olmadığından həmin mənzil daha aşağı qiymətə - 44625 manata tələbkara təklif olunub və hərracın yekunları barədə 15.03.2019-cu il tarixli, 34/2 saylı protokol tərtib edilib." – hüquq müdafiəçisinin verdiyi məlumatda belə deyilir.

Həmçinin qeyd edilir ki, hərracın nəticələri ilə bağlı hərrac təşkilatı və icra şöbəsindən əldə edilən sənədlər arasındakı ziddiyyətlər şübhəli məqamları üzə çıxarıb. Məlum olub ki, hərrac təşkilatından verilən sənədlərdə və icra şöbəsinin təqdim etdiyi eyni adlı sənədlərdə alıcı “Unibank” KB ASC qrafasındakı nümayəndə kimi təmsil olunan Orxan Əbilovun imzaları arasında gözlə görünəcək şəkildə fərq var. Mülkiyyətçinin hüquqlarını müdafiə edən Elçin Məmməd hesab edir ki, sənədlər saxtalaşdırılıb və bu yolla vətəndaşın əmlakını ələ keçirməyə cəhd ediblər. Məsələyə hüquqi qiymətin verilməsi və hərracın nəticələrinin qanunsuz hesab edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Mülki işə hakim Solmaz Mustafayevanın icraatında baxılır və məhkəmə baxışı iyulun 22-nə təyin edilib. Həmçinin məsələ ilə bağlı Prezident İlham Əliyevə də müraciət edilib və ondan işin ədalətli həll edilməsi üçün köməklik göstərməsi xahiş olunub.

Bundan əlavə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi sənədlərdə kobud qanun pozuntusuna yol verildiyi müəyyən olunub. Belə ki, alıcı bankın nümayəndəsi Orxan Əbilovun “imzası” Bankın problemli korporativ kreditlərinin idarə edilməsi departamentinin möhürü ilə təsdiq edilib. Lakin Orxan Əbilova nümayəndəsi olduğu hüquqi şəxs - “Unibank” KB ASC adından etibarnamə verilib. Elçin Məmməd bildirib ki, mübahisələndirilən hərracın yekunları barədə protokol və müqavilə üzrə ipoteka saxlayan tələbkarın hər hansı departamenti deyil, birbaşa “Unibank” KB ASC-dir. Adıçəkilən bankın hər hansı departamentinin isə bu sənədləri imzalamaq səlahiyyəti yoxdur.

"Hərrac təşkilatının təqdim etdiyi sənədlərdə qanunvericiliyin tələbinə uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolun tərtib edildiyi görüntüsü yaratmaq üçün tələbkara aid qrafada saxtakarlıq edilib və bununla da cinayət törədilib. Qeyd olunanlara əsasən, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması və bu əmələ hüquqi qiymətin verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsini də məhkəmədən xahiş etmişik." – deyə hüquq müdafiəçisi əlavə edib.

Məsələni gündəmdə saxlayacağıq və qeyd edilən məhkəmə proseslərini izləyəcəyik. Yazıda əks olunan fikirlərlə bağlı isə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR