Impera
XƏBƏR LENTİ
17:37Bakı Atatürk Liseyində narazılıq - VİDEO17:25"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi16:54“Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... - Müraciət16:33"Messi üzr istəməlidir"15:54“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal15:34“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”15:10SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, bütün sərnişinlər öldü14:52İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb14:33“İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi14:21Rusiya AB-nin Türkiyəyə qarşı sanksiyalarına qarşı çıxır12:42Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf...12:27"Dedilər ki, saçlarını kəsdir, səni dövlət konsertinə çıxaraq"12:06Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI11:49Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...11:37Roza Zərgərli İsraildə əməliyyat olunacaq10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı
BÜTÜN XƏBƏRLƏR

Sahil Babayev gözdən əlilə necə zülüm edir... - GİLEY

06 Tem 2019, 12:33   
Sahil Babayev gözdən əlilə necə zülüm edir... - GİLEY

“Dövlət mənə pay torpağı verib deyə, aldığımız ünvanlı sosial yardımı kəsiblər. Gözdən əlil olduğum üçün də həmin torpağı əkib-becərə, aidiyyatı üzrə istifadə edə bilmirəm. Belə çıxır ki, azyaşlı övladımla birgə acından ölməyə məhkum edilmişik. Çünki başqa gəlir mənbəyimiz yoxdur”.

Ucarın Qazyan kəndinin sakini Rafiq Qədirov belə deyir. O, birinci qrup gözdən əlildir. Evlidir, bir övladı var. Əmək qabiliyyəti olmadığından illərdir dövlətdən ünvanlı sosial yardım almaqla, dolanırmış. Bir neçə ildir ki, aldığı yardım kəsilib. Səbəb kimi də adına pay torpağının olduğu göstərilib.

R.Qədirov deyir ki, yardımın bərpa edilməsi üçün ona torpağı qohumlarının adına keçirməyi və ya bağışlamağı məsləhət görürlər. Ancaq bunun üçün tələb olunan dövlət rüsumu çoxdur, imkanı çatmır:

“Deyirlər, “get torpağa kupça al”. Bu da edir 270 manat. Sonra da adımdan çıxarıb başqasının adına keçirməmi tövsiyə edirlər. Bunun da rüsumu 170 manatdır. Hamısı birlikdə 440 manat. Mən bu qədər pulu haradan alım? Hələ bunun yolpulu, əlavə xərcləri var”.

R.Qədirov deyir ki, onun 440 manatı olsaydı, ünvanlı sosial yardıma ehtiyacı olmazdı:

“Mənim bu qədər pulum varsa, neyləyirəm sosial yardımı? 150 manat alırdım. 4 nəfər idik. Övladımın biri rəhmətə getdi deyə, yardımın 20 manatını kəsdilər. Qaldı 130 manatı. Sonradan onu da kəsdilər ki, guya pay toprağım var, əkib-becərib, dolanım. Mənim də gözlərim görmür. Əmək qabiliyyətli biri deyiləm. Ona görə çətindir, təsərrüfat işi mənlik deyil”.

R.Qədirov problemi ilə bağlı ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Deyir, nazirlikdən ona gözdən əlil olduğu üçün yardımın bərpa edilə biləcəyini söyləyiblər, amma faydası olmayıb. Yerli qurumlar şikayətinə baxmayıblar:

“Əvvəla, mən pay torpağından istifadə edə bilmirəm. İkincisi də, yeni qanuna görə pay torpağının yardım almağa heç bir aidiyyatı yoxdur. Mənim yardımımı niyə kəsiblər, bilmirəm. Hara da müraciət edirik, ya deyirlər, “bizlik deyil”, ya da içindən çıxa bilmədiyim yol göstərirlər. Belə də şey olar?”

R.Qədirov deyir ki, nə torpağa “kupça” almaq, nə də onu başqasının adına keçirmək üçün göstərilən xidmətlərin heç biri pulsuz deyil. Onun gücü çatmayacaq məbləğdir - 440 manatdır:

“Mən axırıncı dəfə nə vaxt 400 manatı bir yerdə əlimdə tutduğumu xatırlamıram. Bilirsiz, dərd bir-iki deyil. Gec ailə qurmuşam. Övladım kiçikdir, məktəblidir. İnanın əynini-başını, kitab-dəftərini çatdıra bilmirik. Uşağın yanında da üzüqarayıq. Dəfələrlə Ucara getmişəm. Axırıncı dəfə icra hakimiyyətinə getdim. Dedim, uşağımı məktəbə göndərə bilmirəm, geyimi yoxdur. Sonradan uşağa paltar göndərmişdilər. Biz uşağa 50-60 manat verib pal-paltar ala bilmirik. Deyirlər 440 manat ver torpaq işini həll et”.

R.Qədirov deyir ki, illərdir yardımını kəsiblər. Heç maraqlanmayıblar da ki, onlar necə dolanır, nə yeyib, nə içirlər:

“Özü də, mən bilirəm, 440 manatla canımızı qurtaran deyilik. İdarə qapılarında sürünəcəyik. Get-gələ də nə qədər xərcimiz çıxacaq. Üstəlik, gözüm görmür, heç yerə tək gedə bilmirəm. Yoldaşımla getməli olacağam. Getmək üçün də taksi tutmalıyıq. Bu torpaq işini həll etmək bizə 500 manata başa gələcək. Onu da hardan alırıq axı? Borc almağa bir insanımız da yoxdur. Hamının vəziyyəti ağırdır. İndiki zəmanədə heç kimə ağız açmalı deyil”.

R.Qədirov deyir, kənd yeri elədir ki, gərək əkib-becərəsən, mal-heyvan saxlayasan. Buna da onun vəziyyəti əl vermir. Bir tövləsi var, o da sınıq-salxaqdır. Bir-iki heyvanı var, ona da çətinliklə baxır, yeri yoxdur:

“İnanın kənd yeridir, ancaq dolana bilmirik. Çətindir. Mənim əlilliyim var, necə əkim-becərim. Kənddə başqa cür də mümkün deyil axı”.

Sahil Babayev gözdən əlilə necə zülüm edir... - GİLEY
Sahil Babayev gözdən əlilə necə zülüm edir... - GİLEY
OXŞAR MÖVZULAR