Ölkəyə yeni cihazlar gətirildi - Nöqsan olan yerlər sistemə düşür

12:00 2.07.2019 449
Ölkəyə yeni cihazlar gətirildi - Nöqsan olan yerlər sistemə düşür

Bu gün reklam sahəsində əsas nöqsanlardan biri qeydiyyatsız reklamlardır. Görünüşcə şəhər mühitinə uyğun olmayan reklamlar və Azərbaycan dilinin düzgün istifadə olunmaması da reklam sahəsində mövcud olan əsas problemlərdəndir.

Bunu Trend-ə açıqlamasında Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib.

Direktor bildirib ki, Agentlik bu üç istiqamətdə nöqsanları aradan qaldırmağa çalışır: "Obyektlərin sayı çoxdur. Yalnız Bakı şəhərində 22 min satış nöqtəsi, digər obyektlər və 50 mindən çox reklam lövhəsi var. Elə obyektlər var ki, bir neçə reklam lövhəsi yerləşdirir. Bunun hamısını əhatə etmək asan məsələ deyil, o qədər müfəttişlərimiz yoxdur. Ona görə də müasir informasiya texnologiyalarından istifadə edirik. Bunun üçün "street view" sistemindən istifadə etməklə "360 dərəcədə təsbit" texnologiyasını tətbiq etməyə başladıq. ABŞ-da bu cihazı istehsal edən şirkəti tapdıq. Həmin cihaz avtomobilin üzərinə quraşdırılır, avtomobil hərəkətdə olarkən ətrafdakı açıq məkanlardakı reklamları müəyyən edir, onun ölçülərini, növünü, zonasını aydınlaşdırıb sistemə salır. Yəni bu cihaz agentliyin işini xeyli asanlaşdırır. Müfəttişlər vaxt sərf edib hər obyektə getmirlər, yalnız cihazın nöqsan müəyyən etdiyi yerlərə gedirlər".

A.İbadov qeyd edib ki, digər bir cihazla hündür yerlərdə olan reklam lövhələrinin ölçüsü, növü müəyyənləşdirilir və sistemə daxil edilir: "Bu cihazlar ilk növbədə şəffaflığı təmin edir. Yəni heç kimdən heç nə tələb olunmur, müfəttiş heç obyektə də yaxınlaşmır, kənardan reklamın fotosu çəkilir və qeydiyyata salınır. Biz, eyni zamanda ASAN xidmətlə, Vergilər Nazirliyi ilə informasiya mübadiləsi aparırıq. Artıq elə bir sistem yaratmışıq ki, istənilən bir mağaza haqqında məlumatlar, o cümlədən onun zonası, reklam lövhəsinin ölçüsü, rüsumu, sahibinin adı, VÖEN-i, şirkətin adı və digər məlumatları görə bilirik. Bizim məqsədimiz ölkədə fəaliyyət göstərən bütün obyektləri bu cür qeyiyyata salıb reklam bazarının dəyərini müəyyənləşdirməkdir. Çalışırıq ki, sahibkarları incitməyək, ona görə də bizim müfəttişlərimiz daim sahibkarlarla təmasda olur, maarifləndirmə işləri aparırlar. Çünki qanun var və hər şey qanun çərçivəsində həll olunur". Ölkəyə yeni cihazlar gətirildi - Nöqsan olan yerlər sistemə düşür
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ