Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? - Müştərilərin əmanətlərini dövlətə ödətmək planı var...

12:56 26.06.2019 418
Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? - Müştərilərin əmanətlərini dövlətə ödətmək planı var...

Sabiq vergilər naziri Fazil Məmmədovun bankı batır. Bu haqda mətbuatda növbəti dəfə xəbərlər yayılıb. Belə aydın olur ki, Fazil Məmmədov çökməkdə olan bankı xilas etmək niyyətindən uzaqdır.

“Azərbaycan reallığında vaxtilə oliqarx məmurlara məxsus bankların mövcud olduğu, lakin onların vəzifədən çıxarılması ilə eyni vaxtda nəzarətlərində olan bankların da təhvil alındığı və ya ləğv edildiyi müşahidə edilmişdir. Bunlara Ziya Məmmədova məxsus olmuş ”Bank of Azerbaijan"ı, Heydər Babayevə məxsus olmuş “StandartBank”ı misal göstərmək olar. Hazırda belə banklar statusunda olan və ciddi problemlər yaşayan “AtaBank” hələ də öz “olum-qalım” qərarını gözləməkdədir". Bu fikirlər sabiq vergilər naziri Fazil Məmmədovun ətrafında baş verənlərdən xəbərdar olan məlumatlı mənbə tərəfindən “azpolitika.info”ya göndərilən yeni məktubda əksini tapıb.

“AtaBank” çətin durumda olduğundan filiallarını bağlamaq qərarına gəlib: “Əslində bu gözlənilən idi. Ciddi idarəetmə və likvidlik problemi ilə üz-üzə qalmış banka kimin rəhbərlik etməsi bəlli deyil. Bu bankın sahibi (və ya sahibləri) ortaya çıxıb bankın problemləri ilə məşğul olmur. Formal olaraq adlarına səhm yazılmış şəxslərin əslində banka aidyyətləri yoxdur. Bankın əsl sahibi Fazil Məmmədovdur, bu şəxs isə ağır xəstəlikləri ilə bağlı bankı idarə edə bilmir. Bankı həvalə etdiyi bacısı oğlu - İdarə Heyətinin sədri Dəyanət Quliyev isə həm kollektiv tərəfindən, həm də inzibati orqanlar tərəfindən qeyri-peşəkar hesab edilir. Bu, onunla əsaslandırılır ki, bank sədri olaraq Dəyanət Quliyev bir dəfə də olsun kollektiv qarşısında görünməmiş, inzibati orqanlarda bankı heç vaxt təmsil etməmişdir. Bankda vəziyyətdən çıxış üçün heç bir strategiya yoxdur. Verilən məlumata əsasən isə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ”AtaBank"a riskli fəaliyyətinə görə sonuncu xəbərdarlıq da edilmişdir". Bankda verilən qərara əsasən, ayın sonuna kimi bankın Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Xəzər” filialı bağlanacaqdır. Bununla bağlı artıq bağlanma prosesinə başlanılmışdır. Bunun ardından Bakı şəhərində daha bir neçə filialın bağlanması da planlaşdırılır. Eyni zamanda ağır maliyyə durumu səbəbindən əmək haqlarının da 10%-dək aşağı salınması planlaşdırılır".

Mənbənin iddiasına görə, bank tərəfindən ictimaiyyətə açıqlanan maliyyə məlumatları saxtadır: “Bankın borc içində batdığı, fəaliyyət göstərə bilməməsi halında, onun mənfəətlə işləməsi barədə hesabatlar yayılır. Bu məlumata imza atan şəxslərin və auditorların fəaliyyəti yoxlanmalıdır. Bankın fəaliyyətinin ən riskli tərəfi isə ayda yüksək faiz təklif etməklə əhalini aldadaraq əmanətlər cəlb etməsidir: 14, 25 faiz... Heç bir bank bu faizi təklif etmir. Bu, ”AtaBank" tərəfindən məqsədli şəkildə edilir. Məqsəd isə yüksək faiz təklif edib, əhalidən sığortalı əmanət cəlb edib, sonda öhdəliyi dövlətin üzərinə qoymaqdır. Yoxlama həyata keçirilsə şahidi olunar ki, 2-3 milyon kredit portfeli olan və hazırda heç bir kredit verməyən bankın hər bir filialında 20-30 (bəzilərində 60-70) milyona yaxın əmanət yığılmışdır. Bu proses bu gün də davam edir. Bunun hansı partlayışa səbəb olacağını mütəxəssislər yaxşı bilir. Kredit portfelinin 90 faizinin problemli olduğu və faiz gəliri əldə edə bilməyən, likvidlik problemi üzündən hesablaşmaları vaxtında edə bilməyən və qeyri-faiz gəliri qazanmayan bankın milyonlarla əmanət cəlb etməsi qətiyyən yolverilməzdir. Hazırda bank öz inzibati xərclərini və öhdəliklərini yığılan əmanətlər hesabına təmin edir. Bu isə faciədir. Bu məsuliyyət dövlətin üzərində qalmamalıdır. Ona görə də bankın pozulmuş korporativ idarəetməsi, dövlət qarşısındakı öhdəlikləri, xüsusilə də məsuliyyətsiz əmanət cəlb etməsi nəzarətə götürülməlidir, əks halda bu ciddi fəsadlara yol açacaq, əhalini ölkə rəhbərliyindən narazı salacaqdır. Ən ağrılı məqam isə bankın likvidliyinin bərpası üçün heç bir dəstəyin olmamasıdır. Əksinə, verilən məlumata əsasən, bankın sahibi olan Fazil Məmmədov banka hər hansı dəstək göstərməyəcəyini bəyan etmişdir. Belə olan halda bankın digər filiallarının da bağlanacağı şübhəsizdir".
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi