Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var - ARAŞDIRMA

16:52 25.06.2019 513
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var - ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir.

Paytaxt sakinlərinin bir qismi şəhərin ətrafında yerləşən bağ evlərinə üz tutur.

Təbii ki, onların arasında şəxsi bağ evlərinin sahibləri ilə yanaşı, başqasının bağ evini müəyyən müddətə kirayəyə götürənlər də olur. Bu, bir çoxlarına sərf edir. Çünki, bağ evindən şəhərin mərkəzinə - işə və yaxud digər məqsədlərlə gəlib-getmək asandır. Digər tərəfdən vətəndaşların bağ evinə tələbatı mövsümi xarakter daşıyır, odur ki, onu almaqdansa, aylıq kirayələməyə üstünlük verirlər. Kirayə qiymətlərini isə bağ evinin ölçüləri, vəziyyəti, yeləşdiyi ərazi, həyətyanı sahəsində ağacların, eləcə də hovuzun olub-olmaması müəyyən edir.

"Report"un araşdırması nəticəsində məlum olub ki, yayı Bakının ətrafında keçirmək elə də ucuz deyil. Bağ evlərinin aylıq kirayə qiymətləri Mərdəkanda 700 - 15 000 manat, Novxanıda 1 000 - 10 000 manat, Bilgəhdə 600 - 12 000 manat, Şüvəlanda 1 200 - 15 000 manat, Buzovnada 700 - 15 000 manat, Fatmaidə 900 - 5 500 manat, Pirşağıda 750 - 5 000 manat, Nardaranda 750 - 4 000 manat, Şağanda 650 - 3 700 manat, Goradildə 1 400 - 2 100 manat, Türkanda 500 - 1 500 manat, Hövsanda isə 850 - 1 350 manat arasında dəyişir.

Bağ evlərinin kirayə bazarındakı vəziyyəti "Report"a şərh edən “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ötən illə müqayisədə bu il qiymətlərdə 10%-ə yaxın artımın olduğunu deyib.

"Yayda bağ evlərinin kirayə qiymətlərinin digər fəsillərlə müqayisədə yüksək olması təbiidir və hər il üçün xarakterik tendensiyadır. Çünki, yay aylarında tələbat artır. Hər il qiymət artımı daha çox may ayının əvvəllərində başlasa da, bu il bu proses bir qədər ləngidi. Ehtimal edirəm ki, bu gecikmə Ramazan ayı, xüsusən həmin dövrdə havaların nisbətən sərin keçməsi ilə bağlı oldu. Hazırda bağ evlərinin kirayə qiymətlərində ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10%, qış mövsümü ilə müqayisədə isə 2-3 dəfə artım var".

Ekspert qeyd edib ki, bağ evlərinin qiymətlərinin daha çox artdığı ərazilər inzibati mərkəzlərə yaxın və yol infrastrukturu baxımından şəhərə gediş-gəliş imkanları daha yaxşı olan ərazilərdir: “Buna misal olaraq Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı ərazilərini göstərmək olar. Burada yol infrastrukturunun yenilənməsi, onların şəhərə daha yaxın olması, gediş-gəlişin daha rahat olması həmin yerlərdə kirayə bağ evləri qiymətlərinin yüksək olmasının əsas səbəbidir”.

Bakı sakinlərinun çoxu aylıq kirayə qiyməti 1 000 manat ətrafında olan, yəni ucuz hesab edilən evlərə üstünlük verir. Bəzən də bir neçə ailə eyni vaxtda bir evi kirayələyir. Bu zaman hətta aylıq qiyməti 3 000- 5 000 manat olan bağlara da maraq olur.

R.Osmanlının sözlərinə görə, bəzən bağ evlərini bir neçə günlük də kirayəyə götürürlər: "Bu halda gündəlik qiymət 100 manatdan başlayır. Elə ərazilər var ki, orada qiymətlər hətta 500 manata çatır”.

Ekspert növbəti aylarda bağ evlərinin kirayə qiymətində artım gözləmədiyini və bu bazarın sabitləşdiyini də bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK