“Bakı neft maşınqayırma zavodu” ASC-ni kim alıb? - MÜƏMMA

09:05 20.06.2019 524
“Bakı neft maşınqayırma zavodu” ASC-ni kim alıb? - MÜƏMMA
Bakıda neft maşınqayırma zavodu yenidən qurulacaq.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu gün belə bir açıqlamanı Əmlak Məsələləri Dövlət Komitəsi yayıb. Bildirilir ki, "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.

Komitədən verilən məlumata görə, bu istiqamətdə komitə tərəfindən "Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib: "İştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxıldıqdan sonra müsabiqə komissiyası açıq səsvermə yolu ilə "Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. Müsabiqə şərtlərinə uyğun olaraq, qalib investor dövlət büdcəsinə 4,7 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb. Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb”.

ƏMDK-nın məlumatında o da qeyd edilir ki, təqdim olunmuş investisiya proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır: "Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.

Əmlak Komitəsi məsləhətlə işləyir?

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır”.

Maraqlıdır ki, bütün bu işləri görəcək şəxsin, yəni investisiya müsabiqəsinin qalibinin adı ictimaiyyətə açıqlanmır. Həm komitənin mətbuat xidməti tərəfindən rəsmi açıqlanmış məlumatda, həm də Qaynarinfo-nun ƏMDK mətbuat xidməti rəhbəri Qulu Xəlilova ünvanladığı sorğuda "qəhrəman”ın adı gizlin saxlandı. Üstəlik, hörmətli Q.Xəlilov bizim bu məsələ ilə maraqlanmağımızın səhv olduğunu iddia etdi: "Əsas odur ki, Azərbaycanda investisiya müsabiqəsi nəticəsində yeni müəssisə yaranacaq, bu qədər iş yeri açılacaq. Nə fərqi kim qoyub investisiyanı, fiziki ya hüquqi şəxs?! Biz Azərbaycan vətəndaşıyıqsa, bizi maraqlandıran o olmalıdı ki, müəssisə yenidən bərpa olunacaq, iş yeri açılacaq. Belə məsləhət görülüb ki, ad açıqlanmır”.

Ekspert: "Azərbaycanda özəlləşdirmə məmur sahibkarlığına xidmət edir”

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə, Azərbaycanda indiyədək aparılan özəlləşmənin 99 faizi özəlləşən müəssisənin və onun yerləşdiyi torpağın talan olunması məqsədi daşıyıb:

"Mən SC-lərdən birinin 30 faizlik səhminə sahibəm. 1998-ci ildən özəlləşdirilən SC-nin 2004-cü ildən səhmdarıyam. Əmlak Komitəsinin keçirdiyi hərracdan almışam həmin payı. Çox təəsssüf edirəm ki, apardığım bütün mübarizəyə rəğmən, hələ bir qəpik divident almamışam. Hətta Əmlak Komitəsini məhkəməyə vermişəm, yenə nəticə olmayıb. Azərbaycanda gördüyünüz, bildiyiniz, sovet vaxtından qalan, 1997-ci ildən əvvəl ümumi dəyəri 32 milyard dollar olan sənaye müəssisələrinin özəlləşdirilməsi üçün çeklər paylandı. İnsanlara vəd verildi ki, hərəyə təqribən 4 min dollar ekvivalentində səhm veriləcək. Çox təəssüf edirəm ki, bu əmlaklar elə öz "direktor”larının əlilə müxtəlif şəxslərə pay-püş edildi. Onunla da Azərbaycan iqtisadiyyatı elə sarsıldı, iqtisadiyyata elə zərbələr vuruldu ki, təsirini hələ də hiss edirik, bundan sonra da hiss edəcəyik. Bu zərbələri sonradan bir çox komitə və qurumları özündə birləşdirən Əmlak Komitəsi vurub. Çox təəssüf edirəm ki, bu "makler ofisi” nə investisiya şərtilə özəlləşdirməni bir yerə gətirib çıxartdı, nə də qonşu ölkələrin təcrübəsindən yararlanmadı.

Fəaliyyətləri ancaq "şapka” almaqla məhdudlaşdı. Zavodu qiymətləndirən zaman onun yerləşdiyi yeri və torpağı satmaq ehtimalı üzərində qiymətləndirmə apardı. Halbuki digər ölkələrin çox müsbət təcrübəsi vardı. Məsələn, Gürcüstanda, Çexiyada müəssisə simvolik qiymətə satılırdı, ancaq şərt qoyulurdu ki, burada filan qədər iş yeri açılacaq, dövlətə filan qədər vergi veriləcək, yəni perspektivə baxılırdı. Mən hesab edirəm ki, Azərbaycanda özəlləşdirmə tam iflasa uğrayıb. Məhz bu uğursuz özəlləşdirmə sayəsində ötən əsrin 70-80-ci illərində dünyanın 30-dan yuxarı ölkəsinə neft maşınqayırma məhsulları ixrac edən ölkə rəzil duruma salındı. Nəticədə hətta indi böyük layihələrə istifadə olunan müxtəlif mal-materialları xaricdən gətirməli olduq. Bu da neft müqavilələrində Azərbaycanın mövqeyini zəiflətdi, xarici investorların qoyduğu sərmayənin məbləğini şişirtdi. Buradan qazanan təbii ki, xarici şirkətlər oldu. Mən hesab edirəm ki, özəlləşdirmə prosesi Azərbaycanda strateji baxımdan doğru düşünülsə də, onu icra edən şəxslər bunu şəxsi qazanc və mənfəət üçün istifadə etdilər. O cümlədən də indiki rəhbərlik”.

Bakı neft maşınqayırma zavodu” ASC-ni özəlləşdirən şəxsin kimliyinin açıqlanmaması onun tanınmış biri, yaxud məmur, deputat olması ola bilərmi? Sualı cavablandıran ekspert bildirdi ki, məmurun, deputatın, yaxud hansısa tanınmış şəxsin qanunvericiliklə əmlak almaq hüququ var: "Məmurların və deputatların birbaşa iqtisadi fəaliyyətlə məşğul olması qanunla qadağandır, lakin əmlak alqı-satqısı heç bir şəxsə qadağan deyil. Təbii ki, belə önəmli bir müəssisənin özəlləşdirilməsi cəmiyyətə açıq olmalıdır. Azərbaycanda özəlləşdirmə məmur sahibkarlığına xidmət edir, bu prosesin özəl sahibkarlığa heç bir aidiyyatı yoxdur. Azərbaycanda özəlləşdirilən müəssisələrin 95 faizdən çoxu işləmir, bunun səbəbi isə prosesin düzgün aparılmamasıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU