Xudatda nə baş verir? - Tenderlərdəki "oyun"ların pərdəarxası məqamları

13:16 24.04.2018 568
Xudatda nə baş verir? - Tenderlərdəki "oyun"ların pərdəarxası məqamları
Dövlət satınalmalarını həyata keçirərkən sifarişçi və podratçı təşkilat arasında gedən “otkat” oyunları barədə informasiyalar çox kəslərə məlumdur.

Yenicag.az olaraq bu istiqamətdə apardığımız çoxsaylı araşdırmalar demək olar ki, başa çatmaqdadır.

Apardığımız araşdırmalara görə, Xaçmaz rayon icra hakimiyyəti başçısının Xudat İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə ən çox qazanan, “Tural – 2009” Məhdud Məsuliyyətli Cəmiyyəti. 2010-2015-ci illər ərzində 16 dəfə, ümumilikdə 245 890 manat dəyərində dövlət satınalmaları ilə bağlı keçirilən tenderin qalibi olub.

Beləki, bu təşkilat 2011- ci ildə:

“Sair xərclər üzrə satınalmalar üçün” – 10 880 manat,

“Əsaslı təmir üzrə satınalmalar üçün” – 44 970 manat,

“Digər mallar üzrə satınalmalar üçün” – 11 700 manat,

“Yumşaq inventarların satınalınması üçün” – 8 510 manat,

“Kommunikasiya xidmətlərinin satınalınması üçün” – 4 140 manat,

“İstilik – odun satınalınması üçün” – 7 540 manat,

“Cari təmirlərin satınalınması üçün” – 3 150 manat,

“Təsərrüfat mallarının satınalınması üçün” – 16 420 manat,

“Dəftərxana materiallarının satınalınması üçün” – 8 280 manat – olmaqla 9 dəfəyə 115 590 manatlıq satınalmalarda qalib olub.

2012-ci ildə isə “Tural – 2009” MMC:

“Avadanlıqların satın alınması üçün” – 2 900 manat,

“İnventarların satın alınması üçün” – 4 000 manat,

“Kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün” – 15 600 manat
olmaqla, 3 dəfə qalib olub.

2013-cü ildə isə adıçəkilən kommersiya qurumu:

“Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 39 500 manat,

“Abadlıq işlərinin satın alınması üçün” – 47 500 manat,

“Kommunal və kommunikasiya xidmətlərinin satınalınması üçün” – 17 000 manat,

“İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün” – 3 800 manat
olmaqla, cəmisi 4 dəfə qalib olub.

Qalib firma icra nümayəndəsinin evində yerləşir?!

Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Tural-2009” MMC (VÖEN 7700569131) 2009-cu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərində qurumun hüquqi ünvanı : Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi ev 53 , qanuni nümayəndəsi isə Şıxmuradova Nailə Məclum qızı göstərilib.

Xudatda nə baş verir?

Araşdırmalar onu göstərir ki, qurumun yerləşdiyi və ya hüquqi ünvan kimi təqdim etdiyi Şəhriyar küçəsi 53-də yerləşən ev, əvvəllər Xudat şəhər İƏD-nin icra nümayəndəsi çalışmış, hazırda isə Xaçmaz rayonu, Alekseyevka kəndi üzrə İƏD-də nümayəndə vəzifəsində çalışan Hacızadə Murad Abdulhey oğluna məxsusdur. Adıçəkilən ünvanda qeydiyyatda özü və iki nəfərdən ibarət ailəsi qeydiyyatdadır. Həmçinin məlum olub ki, şirkətin adı da təsadüfən qoyulmayıb. Beləki, şirkət icra nümayəndəsinin oğlunun adı da Tural Hacızadədir.

Xaçmaz rayon icra hakimiyyətinə Xudad şəhər İƏD nümayəndəliyində 2010-2015-ci illərdə işləmiş şəxslərin siyahısı ilə bağlı sorğumuza cavab olaraq Murada Hacızadənin Xudat şəhər 25.02.2013-cü ilə kimi İƏD nümayəndəsi işlədiyini bildiriblər. Şıxmuradova Nailə isə mühasibdir.

Sorğumuza verilən cavabda bildirilir ki, Murad Hacızadə hazırda Alekseyevka İƏD üzrə nümayəndə vəzifəsində çalışır, Nailə Şıxmuradov isə hazırda şəhər İƏD nümayəndəliyində mühasib işləyir.

Xudatda nə baş verir?

Daha maraqlı məqam ondan ibarətdir ki, qurumun hüquqi təmsilçisi kimi adının sənədlərdə yer tutduğu Şıxmuradova Nailə Məclum qızı uzun illərdir ki, Xudat İƏD-də mühasib vəzifəsində çalışır.

Onu da qeyd edək ki, Şıxmuradova Nailə bu satınalmalarda həm də fiziki şəxs kimi iştirak edərək müsabiqənin “qalibi” olub. Beləki o, fiziki şəxs olaraq 2014-cü ildə:

“İdarənin digər xərcləri maddəsi üzrə satınalmalar üçün” – 5 390 manat,

“Abadlıq işlərinin satın alınması üçün” – 44 100 manat,

“İnventarların satın alınması üçün” – 6370 manat,

“Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 44 100 manat olmaqla 4 dəfə, toplam 99 960 manatlıq müsabiqələrin qalibi olub.

Nəzərə alsaq ki, qalib nəinki sıradan biri deyil, hətta hüquqi ünvanı icra nümayəndəsinin evi, qanuni təmsilçisi də satınalmanı həyata keçirən təşkilatın mühasibi olan bir təşkilatdır və bu mühasib həm də icra nümayəndəliyinin mühasibidir, onda bu “satınalmaların” nəticəsini təsəvvür etmək çətin deyil.

Görülmüş işlərin nəticəsi və adıçəkilən fiziki və hüquqi şəxslərin başqa hansı dövlət satınalmalarında iştirak etdiyi barədə məlumatları gələn saylarımızda oxuya bilərsiniz…
Yeni Çağ
Xudatda nə baş verir? - Tenderlərdəki "oyun"ların pərdəarxası məqamları
Xudatda nə baş verir? - Tenderlərdəki "oyun"ların pərdəarxası məqamları
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO