Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat

17:58 18.06.2019 538
Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat

Dünya əhəmiyyətli unikal müalicəvi Naftalan nefti hələ qədim zamanlardan dayaq hərəkət aparatı, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. O, iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır.
1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlayıb. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunublar. O dövrdə Naftalan kurortu elitanın ən sevimli istirahət yeri idi.Hazırda isə Naftalanda bir neçə sanatoriya fəaliyyət göstərir, lakin onların bir çoxunun qiyməti sadə vətəndaşların cibi ilə təzad təşkil edir.

Zamantv.az Qaynarinfo-ya istinadən həmin sanatoriyaların bəzilərinin qiyməti ilə sizi də tanış edir.

Həmin qiymətlərin nə qədər ədalətli olduğuna da qoy elə oxucular qərar versin.

Beləliklə:

15 min kvadratmetr əraziyə, 4 mərtəbəli yataq və 4 mərtəbəli müalicə korpusuna, eləcə də digər yardımçı binalara malik, çoxillik həmişəyaşıl şam ağacları və dekorativ ağaclarla əhatə edilmiş olan "Gözəl Naftalan” sanatoriyasında 1 nəfər üçün 1 sutkalıq qiymət mövsümi olaraq tənzimlənir.

Belə ki:
– 35 AZNsutkalıq (qiymət sadə otaqda 1 nəfər üçün nəzərdə tutulub);
– 50 AZNsutkalıq (qiymət lüks otaqda 1 nəfər üçün nəzərdə tutulub).

"Möcüzəli Naftalan” sanatoriyasındakı bəzi qiymətlər isə aşağıdakı kimidir:

– 1 nəfərlik yarılüks otaq: 7 gün – 350 manat;
– 2 nəfərlik lüks otaqda 1 nəfər üçün qiymət : 7 gün – 700 manat

Bir neçə ildir fəaliyyət göstərən və 300 xəstəyə müalicə etmək imkanına malik olan "Sehrli Naftalan” sanatoriyasının qiymətləri isə aşağıdakı kimidir:
1 noyabrdan 1 aprelədək:

Bir nəfər üçün iki nəfərlik otaqda - 30 AZN
Bir nəfər üçün üç nəfərlik otaqda - 30 AZN
Bir nəfər üçün iki çarpayılı otaqda - 40 AZN
İki nəfər üçün iki nəfərlik otaqda - 60 AZN
Bir nəfər üçün lüks otaqda - 60 AZN
İki nəfər üçün lüks otaqda - 80 AZN

1 apreldən 1 noyabra:
Bir nəfər üçün iki nəfərlik otaqda - 30-35 AZN
Bir nəfər üçün üç nəfərlik otaqda - 30 AZN
Bir nəfər üçün iki çarpayılı otaqda - 50 AZN
İki nəfər üçün iki nəfərlik otaqda - 70 AZN
Bir nəfər üçün lüks otaqda - 70 AZN
İki nəfər üçün lüks otaqda - 100 AZN

Naftalanın ən bahalı sanatoriyaları isə "Qaşaltı” və "Çinar”dır.

"Qaşaltı" ("Gaşaltı") sanatoriyası üç mərkəzə bölünür: otel və poliklinika; tibb bina və idman və əyləncə kompleksi. Sanatoriyanın binalarında qapalı üzmə hovuzu, yodlu bromlu vanna, sualtı idmanı məşqləri, sauna, türk və fin hamamları var.

Sanatoriyanın yataqxanasında 92 otaq var, bunlardan 83-ü standart, 9-u suitdir. Sanatoriyanın geniş "Qaşaltı" əyləncə mərkəzində bir 3D kino, boulinq salonu, bilyard salonu və slot maşın salonu var. İdman və gimnastika zallarında kasiskelet sistemində, o cümlədən tibbi simulyatorlarda problemlərin aradan qaldırılması üçün müasir avadanlıq quraşdırılıb. Sanatoriyanın ərazisində mini futbol üçün açıq stadion, tennis kortu və basketbol meydançası mövcuddur. Həmçinin 5 və ya daha çox nəfərlik qrup böyük ailələr və turistlər üçün öz heyətinə malik geniş kotteclər var.

Bütün otaqlarda rahatlıq səviyyəsi Avropa səviyyəsində 5 ulduzlu otel standartlarına cavab verir: geniş yüngül otaqlar, avtomatik istilik və soyutma sistemi, kabel televiziyası və beynəlxalq telefon xətti, simsiz internet və mini bar.

Sanatoriyadakı qiymətlər (14 gün ərzində) isə vətəndaşların mütləq əkəsriyyəti üçün əlçatmazdır.

Belə ki:
"Standart” otaqlarda – dekabr, yanvar, fevral ayları üçün – 1 nəfər 1200 manat; 2 nəfər 1980 manat, mart, aprel, may ayları üçün – 1 nəfər üçün 1320; 2 nəfər üçün 2178 manat; iyun, iyul, avqust, sentyabr ayları üçün – 1 nəfər üçün 1560 manat; 2 nəfər üçün 2574 manatdır.

"Deluxe” otaqlarda isə dekabr, yanvar, fevral ayları üçün – 1 nəfər 1440 manat; 2 nəfər 2376 manat, mart, aprel, may ayları üçün – 1 nəfər üçün 1584; 2 nəfər üçün 2614 manat; iyun, iyul, avqust, sentyabr ayları üçün – 1 nəfər üçün 1872 manat; 2 nəfər üçün isə 3089 manatdır.

"Deluxe Suite 1” otaqlarda iki nəfərlik yerlərdə qiymətlər iyun, iyul, avqust, sentyabr ayları üçün 5 min manatı keçir.

"Presidential Suite” otaqlarda isə qiymətlər ümumiyyətlə fantastikdir: ilin fəslindən asılı olmayaraq 4 nəfərlik yerlər 15 827 manatdır.

Hələ SSRİ dövründə böyük şöhrət qazanmış "Çinar” sanatoriyası hazırda həm də müasir otel kompleksidir və "Chinar Hotel SPA Naftalan” adlanır. Şam ağaclarından ibarət parkla əhatə olunub. Buranın əsas üstünlüyü, onun 70-dən artıq xəstəlik növünün müalicəsi üçün geniş müalicə proqramına sahib olmasıdır. Müalicə kursu adətən 14 gün təşkil edir. Lakin oteldə qalma müddəti heç bir qaydada nizamlanmır.

İki nəfər üçün 7 günlük qiymətlər 1 498 manatdan başlayır.

"Standart” otaqlarda 1 nəfər 14 gün üçün – may-oktyabr aylarında 1355 manat, "Superior” otaqlarda 2716, "Suite” otaqlarda 3248 manat, "Deluxe”otaqlarda isə 1-4 nəfər üçün 6650 manat, "King Suite” otaqlarda isə 14 250 manat təşkil edir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!