Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM

12:51 18.06.2019 514
Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM

Ukraynanın sayca 6-cı Prezidenti Volodimir Zelenski andiçmə mərasimində məmurlar qarşısında ilk tələbini qoyub: “Kabinetlərinizdə divarlara mənim yox, öz uşaqlarınızın şəkillərini asın və hər hansı qərar qəbul edəndə onların gözlərinə baxın”.
Bu səsləniş birbaşa vicdana xitabdır. Təsəvvür edin ki, hansısa məmur rüşvət almaq istəyərkən gözləri övladının şəkilinə sataşır və aldığı həmin haram pulla uşağını yedirib-yetişdirdiyini göz önünə gətirir və çirkin əməldən vaz keçir. Əlbəttə vicdanı olmayan kəs övladının portetinə baxıb, rüşvəti alaraq “bunu onun daha yaxşı həyat sürməsi üçün edirəm” fikirində olacaqdır. Bütün hallarda Zelenskinin həmin tələbi hamıya təsir etməsə də, bir çox məmuru vicdanı ilə üz-üzə qoyacaq.

Nədir korrupsiya?

Korrupsiyanın nə olması ilə bağlı bir çox anlayış mövcuddur. Dünya Bankına görə, korrupsiya - öz ictimai mövqeyindən şəxsi maraqlar üçün istifadəyə deyilir. Korrupsiyaya daha geniş anlayış isə Avropa Komissiyası tərəfindən verilib. Korrupsiya rüşvət və bu kimi mənfi halları əhatə etməklə şəxsi maraqları güdən, ictimai marağa zidd olan, qanunlardan kənar fəaliyyətdir.
Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır.
Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir.
Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsəslələrin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış - rüşvətdir.

200 min manatlıq təyinat

Indi gəlin təsəvvür edək ki, Tovuz Təhsil Şöbəsinin müdirəsi Hüseynova Zelenski dediyi kimi başının üstündən uşaqlarının şəklini asıb. Görən korrupsiyaya son qoyacaqmı? İnanılası deyil. Niyə məhz Tovuz və niyə məhz Validə Hüseynova?
Sadəcə nümunə kimi.
Azerinfo.tv olaraq qeyd edək ki, Tovuz təhsili başdan ayağa rüşvətə yoluxmuş təhsilimizin bariz nümunəsidir.
Hə, bu o təhsil şöbəsidir ki, kişiləri belə analıq məzuniyyətinə yollayırmışlar. Bir zamanlar “Meydan tv” bütün dünyaya bu absurd qərarı çatdırmışdı.
Tovuz rayon sakinləri deyir ki, yerli təhsil sistemində yaşanan neqativ hallar, baş alıb gedən qanunsuzluqlar əhalini bezdirib.
2012-ci ildən Tovuz təhsilinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti, hal-hazırda rayon ictimaiyyəti tərəfindən məqbul qiymətləndirilmir. Sakinlərin iddialarına görə, o, qeyd olunan ildən yarıtmaz fəaliyyəti ilə bu sahənin həm məhvinə, daha çox isə geriləməsinə səbəb olmuşdur.
Bəs necə olub ki, belə bir adam Tovuz Təhsilinə rəhbər gətirilib.
Validə Hüseynova 2010-cu il parlament seçkilərində deputatlığa namizəd oldu və amma MM-də əyləşə bilmədi. Buna baxmayaraq o, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsindən sonra, Tovuz təhsilinə rəhbərlik etmək ixtiyarını da qazana bildi.
Mənbələrimiz xəbər verir ki, həmin vaxt icra başçısı olan Tofiq Zeynalova 200 min verilibmiş ki, Validə Hüseynova Milli Məclisə düşə bilsin. Təbii ki, Tofiq Zeynalovun belə bir gücü yox idi. Seçkidə uduzan Hüseynova başçını şantaj edir və pulunu geri istəyir. Nəhayətdə belə razılığa gəlinir ki, deputatlıq sevdasından vaz keçsin və yerli təhsilə rəhbərlik etsin.
Vəssalam, o gündən Tovuz təhsilinin qara günləri başlayır.

“Məktəbləri bardağa çevirib”

Tovuz təhsilində 17 minlik qalmaqal- Sabiq məktəb direktoru TŞ müdirəsini prokurorluğa verdi

Müasir Müsavat Partiyasının sədri, son prezident seçkilərində namizəd olmuş Hafiz Hacıyevin KİV-ə verdiyi müsahibələrin birində Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hacıyeva haqqında söylədiyi qalmaqallı açıqlama hələ də internet resurslarında (youtobe kanalında) durur. Hacıyevin sözlərini məzmununu saxlamaq şərtilə kiçik reaktə ilə təqdim edirik: «Müəllimlər şikayətlənirlər, qadın şöbə müdiri hər ay onların maaşından 30-50 manat kəsir ki, bəs hansısa fonda köçürürəm. İcra başçısından soruşursan, deyir məni başqa yerdən qoymurlar. Demək, bu qadın gedib Bakıda kiminsə qucağında oturubsa, başçının ona gücü çatmamalıdır. Məktəbləri bardağa çevirib”
Validə Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri də, rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməsi və minbir yollarla ələ keçirməsi də olub. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrindən bəziləri bərbad haldadır. Hər il avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərə, heç də yeni avadanlıqlar alınmır. Məhz, ötən illərdə alınmışlar təmir olunaraq qaydaya salınır və rəsmi sənədlərdə yeniləri alınıb deyə sənədləşdirilir. Təhsilə ayrılan yanacağın “qeybə çəkilməsi” də, başqa bir söhbətin mövzusudur. Digər bir məqama da diqqət yetirək. Validə xanım adı çəkilən təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, təhsil şöbəsinin bütün strukturlarında nəzarəti tam ələ keçirir. Bu da ona digər vəzifə sahiblərinin hansısa maxinasiyalara qol qoymalarına, nəsə əldə etmələrinə imkan vermir. Onun belə bir addımlarının nəticəsi o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və onun özünə çatdırılır. Məsələn, əgər bir kimsə yaxınını təhsil şöbəsinə hansısa işə düzəltmək istəyərsə, o zaman o, "get “haqq-hesab”ı düzəlt gətir, mən özüm həll edəcəyəm” deməkdən də çəkinmir.

Bir sözlə onun rəhbərliyə təyinatından sonra Tovuz təhsilində həyacan təbili çalındı, əksər direktorlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, peşəkar müəllimlərin çoxu olmazın oyunlara da salındılar. Baş verən və daha çox narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, dərs saatlarının bölgüsü zamanı ədalətsizliyə yol verilməsi hallarının varlığıdır.
Bu gün rayonda baramaçılığın inkişafı adı altında Validə Hüseynova hər məktəbdən 150 manat yığır.
Aylıq “idarə haqqı” isə hər məktəb üçün 200-300 manat aralığında dəyişir. İndi bu məbləğləri məktəblərin sayına vurun və aylıq qazancı hesablayın. Pis deyil eləmi?

Yeni qalmaqal yetişir

Bu yaxınlarda Tovuz Rayonu , Əyyublu kəndində yerləşən 1 saylı məktəbin direktoru Cəmşid Sadıqov vəzifəsindən çıxarılıb.
Təcrübəli pedaqoqun yerinə Tovuz Təhsil Şöbəsində məsləhətçi işləmiş Məhhəbbət Hüseynova təyin olunub.
Bu Məhəbbət Hüseynovadan dəfələrlə prokurorluğa şikayətlər olunub. Rüşvət almaqla bağlı yəni. Ancaq nə edəsən ki, məhz beləsi Validə xanımın rəfiqəsiir və etibarlı adamıdır.

Yeri gəlmişkən Cəmşid Sadıqov Validə Hüseynovadan prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib.
Sən demə təhsil şöbəsinin müdirəsi onu direktorluqda saxlamaq üçün 17 min manat rüşvət alıb. Ancaq vədinə xilaf çıxıb. Maraqlıdır ki, həmin məbləği Cəmşid Sadıqov neytral zonada- Gədəbəy polisinin, “pasportstol”un əli ilə.
Çox maraqlı proseslərdir və gedişatı izləyəcəyik.
Azerinfo.tv
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR