Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...

15:42 17.06.2019 457
Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...
Bayılda artıq ötən həftədən etibarən köçürülmə prosesi başlayıb. İndiyə qədər sökülən evlərin sayı 15-dən yuxarıdır.

Bu barədə Musavat.com-a sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr verilən kompensasiya ilə razıdırlar. Lakin məbləğlə razılaşmayanlar da var ki, onların evlərini tərk etmələri üçün rəsmi qurumlar tərəfindən məcburiyyət yoxdur.

Öncə məlumat üçün qeyd edək ki, ötən ay yayılan rəsmi məlumata görə Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olanacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.

Sakinlər bildiriblər ki, hazırda 30-a yaxın evin sahibi verilən qərarla razı deyil.

Sakin Elməddin Muradlı söylədi ki, həmin ailələrin evlərinin həcmi kiçikdir və qiymətləndirmə bir qədər aşağıdır: “Yaşayış yerlərinə 1000 manat hesablanır, zirzəmilərin, köməkçi tikililərin isə qiyməti başqadır. Bütün bunlara ümumi yanaşanda evin hər kvadratına təxminən 600-700 manat kompensasiya düşür. Kiçik evlərə verilən vəsaitin məbləği aşağı olduğu üçün ailələr narazılıq edirlər. Ancaq razı olub, pulunu alanlar da var. Bu həftənin əvvəlində təxminən sökülən 15 evin sahibinə kompensasiya ödənilib. Köçənlərin bəzilərinin başqa yerdə evləri vardı. Müvafiq qurumlar elə şərt qoyurlar ki, çətinlik yaradır. Məsələn, şərt qoyurlar ki, evi sökün, şəkillərini təqdim edin, ondan sonra sizə kompensasiya ödəniləcək. Bu proses də təxminən 20-25 gün çəkir. Belə çıxır ki, bu insanlar bütün əşyalarını yığıb, təzədən haradasa 1 ay kirayə qalmalıdırlar. Rəsmi qurumların açıqlaması belədir ki, heç kimi köçmək üçün məcbur etmirik. Deyirlər ki, kim istəyirsə köçsün, kim də istəyir evində yaşamağa davam eləsin. Ancaq biz də bilirik ki, qarşıdan qış gəlir. Havalar soyuyanda qaz yox, işığı da kəsəcəklər və yenə də problem yaranacaq. Necə ki, 1 il ərzində bu cür problemlər baş verdi. Ona görə də bəzi insanlar bunu düşünüb, artıq evlərini tərk etmək qərarına gəliblər. Bilirik ki, qışda onsuz da kommunal xətləri kəsib, əziyyət verəcəklər”.

Sakin bildirib ki, xüsusilə də yola yaxın ərazilərdə yaşayanlar problem yaşayırlar: “Dövlət Dəniz Administrasiyasına yaxın ərazidə yaşayan sakinlər, illərdir ki, orada məskunlaşıblar. Həmin sakinlər haqlı olaraq kompensasiyaya etiraz edirlər. Deyirlər ki, bizim evdən 200-300 metr aşağıda bina tikilir və həmin binanın kvadratı 2500 manata satılır. Deyirlər ki, nə üçün bizim evin kvadratına 650 manat kompensasiya verilir? Hazırda tikilən binaların yerində olan evlər sökülən zaman həmin sakinlərin mənzillərinə hər kvadrat üçün 1500 manat kompensasiya ödəyiblər. Ona görə də həmin sakinləri də haqsız saymaq olmur. Qeyd etdiyimiz ərazilərdə yaşayan sakinlər müxtəlif qurumlara müraciət edib, şikayətlərini bildirirlər. Hələ ki, bu istiqamət üzrə yenilik yoxdur”.

Yada salaq ki, Bayıl ərazisindəki “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər.

Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Yanvar ayında köçürülmə prosesi ləngidiyi üçün kirayə pulunun verilməsi yenidən mart ayına qədər uzadılmışdı. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Hazırda da əksər evlərdə kommunal xidmətlərin verilişi bərpa olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymayıb. Bildirilib ki, ərazidə vəziyyət stabil olaraq qalmaqdadır.
Musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO