Impera
XƏBƏR LENTİ
17:58Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat17:45Türkiyədən ABŞ-a sərt cavab: 12 gün sonra17:27"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY17:09"Tam bir zülm məngənəsinin içindəyəm" - Eldar İbrahimovun qardaşına İTTİHAM16:54Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər16:3826 ildir zülüm çəkən ailə... - Müraciət16:18""Dəmirbank" ASC ləğv olunubsa mənim nə günahım var ki..." - GİLEY12:51Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM12:13Bura təhsil ocağıdır, yoxsa?.. - İDDİA11:55Ağstafada törədilən dəhşətli cinayətdə yaralananların sayı 5-ə çatıb - İSTİNTAQ BAKIDA APARILACAQ11:45Gənc idmançıdan böyük qələbə/Foto11:41"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA11:29Sahil Babayevə çıxış qapısını göstərməyin zamanıdır... - Əvvəlindən TÜKƏNMİŞ ADAM11:01SOCAR: “Bursagaz” və “Kayserigaz”ın təhvil-təslimi başa çatıb10:46Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov15:42Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...14:17İlkin ATV-də qalır - telekanaldan rəsmi açıqlama13:54Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub13:27Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır13:04Ağstafada dəşət saçan keçmiş məhkum POLİSƏ TƏSLİM OLUB - Bakıdan DİN və prokurorluq işçiləri göndərildi12:45"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY12:24Samir Şərifovun işçisi Goranboyda səltənət qurub... - İDDİA12:00Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb - Geri qalırıq...11:48Azərbaycan nefti həftə ərzində сuzi bahalaşıb16:59Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:55Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:51"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:48Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:43Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”11:57Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:41Saatlının başçısı "racon kəsir"... - İDDİA11:13Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir11:10“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:41Azərbaycanda Milli Qurtuluş Günüdür14:3535 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:12"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:55Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:43"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:25"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:54Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:25Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:03AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:38Milli Məclis bu gün də TOPLANIR10:24"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:09Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:09Prezident onları təltif etdi17:52İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:39İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:12“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:45Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:22Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:35''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:56İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:39"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:30Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:49Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:34"Onların torba tikməklərindən xəbərim olmur"11:17Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:03Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir21:58Pensərçay çayında sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb21:53Müsəlman olmaq məni daha yaxşı insan etdi21:47Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VIDEO21:43Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...17:07Sabah dollar neçəyə olacaq?16:50Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:35Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:07Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:55Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:54“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:39Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:01Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:35Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar11:59Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:50Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:19Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:04İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:49Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:19Bakıda III Milli Mühasiblər Forumu keçirilir17:00Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI16:33DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:21“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub16:00Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:38Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:16Xəzər dənizində tanker partladı: ölənlər var15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:51Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:32ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:13Bakıda transdan küçədə qeyri-etik hərəkət – VİDEO14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:47““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”13:20Bu fotodakı şəxs şəhid atası deyil13:19Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...

12 Haz 2019, 21:43   
Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...
Əvvəllər bütün orta ümumtəhsil müəssisələrində tibb kabinetləri var idi. Həmin kabinetlərdə məktəblilərin sağlamlığına nəzarət edilir, vaksinasiya aparılır, məktəblərdə baş verən ani qəzalar zamanı ilkin tibbi yardım göstərilirdi. Ancaq indi, demək olar ki, bir çox məktəblərdə bu kabinetlər və vakansiyalar yoxa çıxıb, yaxud tibb kabineti yerində qalsa da, heç bir fəaliyyəti yoxdur.

Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edir. Təhsil Nazirliyi isə bu iddiaları təkzib edərək, bildirir ki, məktəblərdə tibb kabineti və vakansiyalar ləğv edilməyib…

Xeberle.com-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov söyləyib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müəssisəsində təhsil alanlara pulsuz tibbi xidmət göstərilir: "2011-ci ildə qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsinə əsasən, hər bir məktəbdə təhsil alan şagirdlərə çevik, operativ müdaxilə etmək üçün tibb xidməti, eyni zamanda profilaktik olaraq orta ümumtəhsil məktəblərində şagirdlərdə yoluxucu, infeksion xəstəliklərin yoxlanılması və digər xəstəliklərlə bağlı monitorinqlərin aparılması, ilkin diaqnozun qoyulması üçün tibb otaqları olmalıdır. Növbəli şəkildə minimum iki tibb bacısı yaxın poliklinika tərəfindən məktəbə ezam olunur və məktəbin iş qrafikinə uyğun fəaliyyət göstərir:

“Hazırda ölkəmizdə 4500 orta ümumtəhsil müəssisəsi var və orta məktəblərdə ilkin tibbi yardımın, eyni zamanda buna yaxın psixoloji xidmətlərin göstərilməsi ilə bağlıproblemlər var. Qanunvericilikdə nəzərdə tutulsa da, orta ümumtəhsil məktəblərində tibb otaqlarında lazımi avadanlıqlar, tibbi preparatlar yoxdur. Çalışanlar isə, mütəmadi olaraq təhsil alan şagirdlərin yoxlanışını həyata keçirmir. Əlbəttə ki, burada bəzi hallarda obyektiv və subyektiv səbəblər var. Səbəbləri bölsək, bəzi məktəblərdə sənəd üzərində tibb otağı olsa da, şagird sıxlığına görə bir çox halda bu otaq və həmin otaqlarda lazımi şərait də olmur. Çünki məktəbdə şagird sayı çoxdur və ayrıca otaq ayrılması mümkün deyil. İkinci səbəb isə, tibbi xidmət göstərən işçilərin sayının azlığıdır. Bu gün orta ümumtəhsil məktəblərində 4000-4500 şagirdi olan məktəblər var və tibbi xidmət göstərən bir şəxs orada yüksək səviyyəli tibbi xidmət göstərə bilmir. Ona görə də əksər hallarda kiçik işlər görməklə kifayətlənir. Bu gün orta məktəblərdə ilkin tibbi yardım xidmətinin göstərilməsi səviyyəsi çox aşağıdır. Biz bunu həm də burada görürük ki, yuxarı siniflərə qalxdıqca 65 faiz uşağın görmə qüsuru var, lakin məktəbdə tibbi xidmət göstərilsəydi, həmin problemlər öncədən aşkarlanardı. Yaxud da, 70 faiz uşaq inkişafdan qalıb, 80 faiz uşaqda onurğa problemi var. Orta məktəbdə keyfiyyətli tibbi xidmət göstərilsəydi, bütün bunların hamısı öncədən həkimlər tərəfindən müəyyənləşdirilərdi və şagirdlərimiz arasında belə problemlər daha az müşahidə olunardı. Buna görə də hesab edirəm ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsinə ciddi şəkildə ehtiyac var. Bura heç də poliklinikaların göndərdiyi deyil, müsabiqə yolu ilə seçilmiş daha yüksək bilik və bacarıqlara malik şəxslər gəlməlidir. Eyni zamanda da məktəblərdə tez-tez monitorinqlər aparılmalıdır ki, tibb otaqlarında lazımi dərmanlar, ləvazimatlar varmı. Təəssüflər olsun ki, ilkin tibbi yardım göstərmək üçün belə, məktəblərdə tibb otaqlarında şərait yoxdur”.

“Hazırda ölkəmizdə 4500 orta ümumtəhsil müəssisəsi var və orta məktəblərdə ilkin tibbi yardımın, eyni zamanda buna yaxın psixoloji xidmətlərin göstərilməsi ilə bağlıproblemlər var. Qanunvericilikdə nəzərdə tutulsa da, orta ümumtəhsil məktəblərində tibb otaqlarında lazımi avadanlıqlar, tibbi preparatlar yoxdur. Çalışanlar isə, mütəmadi olaraq təhsil alan şagirdlərin yoxlanışını həyata keçirmir. Əlbəttə ki, burada bəzi hallarda obyektiv və subyektiv səbəblər var. Səbəbləri bölsək, bəzi məktəblərdə sənəd üzərində tibb otağı olsa da, şagird sıxlığına görə bir çox halda bu otaq və həmin otaqlarda lazımi şərait də olmur. Çünki məktəbdə şagird sayı çoxdur və ayrıca otaq ayrılması mümkün deyil. İkinci səbəb isə, tibbi xidmət göstərən işçilərin sayının azlığıdır. Bu gün orta ümumtəhsil məktəblərində 4000-4500 şagirdi olan məktəblər var və tibbi xidmət göstərən bir şəxs orada yüksək səviyyəli tibbi xidmət göstərə bilmir. Ona görə də əksər hallarda kiçik işlər görməklə kifayətlənir. Bu gün orta məktəblərdə ilkin tibbi yardım xidmətinin göstərilməsi səviyyəsi çox aşağıdır. Biz bunu həm də burada görürük ki, yuxarı siniflərə qalxdıqca 65 faiz uşağın görmə qüsuru var, lakin məktəbdə tibbi xidmət göstərilsəydi, həmin problemlər öncədən aşkarlanardı. Yaxud da, 70 faiz uşaq inkişafdan qalıb, 80 faiz uşaqda onurğa problemi var. Orta məktəbdə keyfiyyətli tibbi xidmət göstərilsəydi, bütün bunların hamısı öncədən həkimlər tərəfindən müəyyənləşdirilərdi və şagirdlərimiz arasında belə problemlər daha az müşahidə olunardı. Buna görə də hesab edirəm ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsinə ciddi şəkildə ehtiyac var. Bura heç də poliklinikaların göndərdiyi deyil, müsabiqə yolu ilə seçilmiş daha yüksək bilik və bacarıqlara malik şəxslər gəlməlidir. Eyni zamanda da məktəblərdə tez-tez monitorinqlər aparılmalıdır ki, tibb otaqlarında lazımi dərmanlar, ləvazimatlar varmı. Təəssüflər olsun ki, ilkin tibbi yardım göstərmək üçün belə, məktəblərdə tibb otaqlarında şərait yoxdur”.

Məlum məsələyə münasibət bildirən tibb eksperti Adil Qeybulla deyir ki, bəzi məktəblərdə tibb otaqları qənaət məqsədilə ləğv edilib. Ekspert, həmçinin hesab edir ki, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı xeyli boşluqlar var. Ekspertin fikrincə, uşaqların sağlamlıq problemləri genofondun əsas bazasını təşkil etməlidir: "Bütün dünyada uşaqlara qayğı çox ciddidir. Orta məktəblərdə uşaqların qidalanması, təhsili, həkim nəzarəti və digər məsələlər çox vacibdir. Uşaqlar bəzən ev şəraitində qüsurlu tərbiyə ala bilərlər. Amma məktəb onların həyatında çox önəmli rol oynayır".

Məlumat almaq üçün öncə Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət etdik və bizə bildirildi ki, Sumqayıt şəhərində fəaliyyət göstərən bütün tədris mərkəzlərində tibbi xidmət məntəqəsi fəaliyyət göstərir. Tibbi xidmət 45 məktəbdə məktəbə təyin olunan tibb işçiləri tərəfindən; 3 məktəbdə yaşayış ərazisindəki tibb məntəqəsinin işçiləri tərəfindən; 1 məktəbdə isə digər yaşayış ərazisindəki tibb məntəqəsinin işçiləri tərəfindən həyata keçirilir.

Ümumilikdə isə tibb məntəqələri səhiyyə şöbəsinin tabeliyindədir. Məktəblərdə tibb məntəqələrini lazımi inventarlarla Təhsil Nazirliyi və Səhiyyə təmin edir.

Xeberle.com-un məsələ ilə bağlı sorğusuna Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilən cavabda isə qeyd olunur ki, təhsil müəssisələrində fəaliyyət göstərən tibb kabinetlərində səhiyyə şöbəsinin əməkdaşları fəaliyyət göstərir. Məntəqələrin xidməti ilkin tibbi yardım göstərməkdən ibarətdir və şagirdlərdə hər hansı bir narahatlıq aşkar olunarsa, valideynlərinə poliklinikalarda ümumi müayinədən keçmələri barədə məlumat verilir.
OXŞAR MÖVZULAR