Bakının yeni meri o adam olmalıdır... - Deputatlar CAVAB VERDİLƏR

12:42 24.04.2018 589
Bakının yeni meri o adam olmalıdır... - Deputatlar CAVAB VERDİLƏR
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda gözlər Bakı Meriyasına yönəlib. Hamı Şəhər İcra Hakimiyyətinin başçısısı vəzifəsinə kimin gətiriləcəyini səbirsizliklə gözləyir.


Maraqlıdır, Bakı meri necə biri olmalıdır?

Modern.az saytı bu sualla Milli Məclisin deputatlarına müraciət edib.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli qeyd edib ki, ölkə başçısı kadrlar seçimində bir neçə önəmli məqamlara diqqət yetirir:

“Birincisi, şəffaflıq, təmizlik, düzlük, halallıq. İkincisi, müasirlik, dünyəvilik, təşəbbüskarlıq, islahatlar. Üçüncüsü, fədakarlıq, gecə-gündüz işləmək. Dördüncüsü isə görülən işlərin fayda verməsi, yəni səmərəlilik.

Kadr özünü işinə həsr etməlidir. Prezidentimiz belə istəyir, belə kadrlar seçir. Düşünürəm ki, Bakı Şəhər İcra Hakimiyyətinə təyin edilən şəxs də dediyim tələblərə cavab verməlidir”.


Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev deyib ki, Bakı meri əsasnaməyə əsasən öz işini icra etməlidir:


“Bakı Şəhər İcra Hakimiyyəti bu gün dövlət strukturu kimi tanınır. İcra orqanlarının özlərinin əsasnaməsi var və orada merin görəcəyi işlər əsaslandırılır. Şəhər icra hakimiyyətinin başçısı hansı səlahiyyətlərə malikdir, onun gördüyü işlər, vəzifəsi, hüquqları – bütün bunlar hamısı həmin əsasnamədə öz əksini tapıb.

Əlbəttə, Bakı merinin ilk görəcəyi iş şəhərin sosial- iqtisadi problemləri həll etmək, şəhərsalma məsələsi, o cümlədən şəhərin yaşıllaşdırılması, abadlıq işlərinin görülməsidir. Bu baxımdan iqtisadi, sosial, mədəni məsələlər bilavasitə şəhər icra başçısının səlahiyyətlərinə aiddir. Bu işləri Bakı meri, onun komandası həyata keçirməlidir”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , deputat Tahir Kərimli bildirib ki, adətən merlərin seçimi seçkilər vasitəsilə olsa da, Azərbaycanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının seçimi təyinat kimi reallaşdırılır:

“Əks halda mer seçkilərində hər kəs namizədliyini verib özünü sınaya bilərdi. Lakin bizdə icra hakimiyyətinin başçısını cənab prezident təyin edir. Bu da onun müstəsna səlahiyyətidir. Düşünürəm ki, bundan əvvəlki Bakı meri Hacıbala Abutalıbov yaradıcı, qurucu insan idi. Hətta ona nə qədər tənqidlər olsa da, bu işin öhdəsindən xeyli gələ bildi. O, intriqalardan uzaq adam idi. Necə ki, baş nazir dəyişdi və intriqalardan uzaq, qruplaşmara aid olmayan biri bu postu tutdu. Eləcə də Bakı meriyası üçün də cənab prezident uğurlu seçim edəcək.

Əslində Bakı meri quruculuq işlərini yaxşı bilən, Bakının simasını gözəlləşdirən, onun infrastrukturunu quran, daha çox can yandıran, işi bacaran bir adam olmalıdır. Əlbəttə, bu adamın memar, iqtisadçı olmağı daha yaxşıdır. Amma başqa sənət sahibləri də ola bilər. Hər bir halda Bakıdakı quruculuq işləri davam etdirilməli və yüksək nəticələr əldə olunmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT