Impera
XƏBƏR LENTİ
17:58Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat17:45Türkiyədən ABŞ-a sərt cavab: 12 gün sonra17:27"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY17:09"Tam bir zülm məngənəsinin içindəyəm" - Eldar İbrahimovun qardaşına İTTİHAM16:54Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər16:3826 ildir zülüm çəkən ailə... - Müraciət16:18""Dəmirbank" ASC ləğv olunubsa mənim nə günahım var ki..." - GİLEY12:51Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM12:13Bura təhsil ocağıdır, yoxsa?.. - İDDİA11:55Ağstafada törədilən dəhşətli cinayətdə yaralananların sayı 5-ə çatıb - İSTİNTAQ BAKIDA APARILACAQ11:45Gənc idmançıdan böyük qələbə/Foto11:41"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA11:29Sahil Babayevə çıxış qapısını göstərməyin zamanıdır... - Əvvəlindən TÜKƏNMİŞ ADAM11:01SOCAR: “Bursagaz” və “Kayserigaz”ın təhvil-təslimi başa çatıb10:46Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov15:42Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...14:17İlkin ATV-də qalır - telekanaldan rəsmi açıqlama13:54Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub13:27Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır13:04Ağstafada dəşət saçan keçmiş məhkum POLİSƏ TƏSLİM OLUB - Bakıdan DİN və prokurorluq işçiləri göndərildi12:45"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY12:24Samir Şərifovun işçisi Goranboyda səltənət qurub... - İDDİA12:00Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb - Geri qalırıq...11:48Azərbaycan nefti həftə ərzində сuzi bahalaşıb16:59Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:55Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:51"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:48Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:43Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”11:57Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:41Saatlının başçısı "racon kəsir"... - İDDİA11:13Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir11:10“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:41Azərbaycanda Milli Qurtuluş Günüdür14:3535 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:12"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:55Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:43"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:25"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:54Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:25Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:03AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:38Milli Məclis bu gün də TOPLANIR10:24"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:09Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:09Prezident onları təltif etdi17:52İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:39İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:12“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:45Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:22Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:35''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:56İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:39"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:30Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:49Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:34"Onların torba tikməklərindən xəbərim olmur"11:17Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:03Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir21:58Pensərçay çayında sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb21:53Müsəlman olmaq məni daha yaxşı insan etdi21:47Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VIDEO21:43Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...17:07Sabah dollar neçəyə olacaq?16:50Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:35Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:07Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:55Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:54“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:39Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:01Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:35Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar11:59Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:50Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:19Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:04İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:49Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:19Bakıda III Milli Mühasiblər Forumu keçirilir17:00Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI16:33DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:21“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub16:00Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:38Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:16Xəzər dənizində tanker partladı: ölənlər var15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:51Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:32ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:13Bakıda transdan küçədə qeyri-etik hərəkət – VİDEO14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:47““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”13:20Bu fotodakı şəxs şəhid atası deyil13:19Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?
BÜTÜN XƏBƏRLƏR

Ramin Quluzadəyə inhisarçılıq İTTİHAMI - “Bu, faktiki olaraq, müştəri oğurluğudur”

11 Haz 2019, 11:00   
Ramin Quluzadəyə inhisarçılıq İTTİHAMI - “Bu, faktiki olaraq, müştəri oğurluğudur”

Son vaxtlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və bu quruma məxsus “AzTelekom” və “BakTelekom” dövlət operatorlarının inhisarçı mövqeyindən sui-istifadə etməklə özəl provayderləri sıxışdırdıqlarına dair məlumatlar geniş yayılıb.

Telefon-kabel quyularından özəl provayderlərin istifadəsi məhdudlaşdırılır

Bununla bağlı “Yeni Müsavat”a danışan özəl provayderlərdən birinin nümayəndəsi bildirir ki, özəl provayderlərin binaları kabelləşdirməsinə əngəl yaradılır: “Müraciət edirsən ki, kabelləşməyə icazə verilsin, amma vermirlər. Deyirlər, gəl bunu sizin üçün biz edək, çünki siz bizim avadanlıqlardan istifadə edirsiniz. Məcbur qalıb razılaşırsan, sonra şərt qoyurlar interneti mütləq bizdən almalısan. Bu isə əlverişli deyil, çünki bu zaman qiymət bahalaşır. Bakıdakı bütün telefon-kabel quyuları ”BakTelekom"un əlindədir. Ən müxtəlif yollarla özəl provayderlərin bu quyulardan istifadə edərək kabel çəkməsinə icazə vermirlər. İcazə verəndə də elə yüksək qiymətlər tətbiq edirlər ki, onlarla kabel çəkmək, ümumiyyətlə, sərfəli olmur".

Müsahibimiz deyir ki, son vaxtlar rabitə sistemində mütəxəssislərin çoxu işdən azad edilib, yerinə qeyri-peşəkarlar götürülüb: “Buna görə də yaranan problemləri vaxtında həll etmək mümkün olmur, müraciət edirsən, məlum olur ki, sistemi bilən yoxdur. Telefon üzərindən internet xidməti təklif edən bütün özəl provayderləri sıradan çıxarıblar, faktiki olaraq yalnız ”Baktelekom" qalıb. Statistikaya nəzər yetirsək, görərik ki, ölkə üzrə ümumi internet istifadəçilərinin sayı azalsa da, “BakTelekom”un müştərilərinin sayı kəskin artıb. Çünki özəl provayderlərə imkan verilmir işləməyə".

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bildirir ki, “AzTelekom” dövlət operatoru faktiki olaraq “müştəri oğurluğu” ilə məşğuldur: “Son günlər bu dövlət operatoru özəl provayderlərin minlərlə müştərilərini qeyri-qanuni olaraq öz şəbəkələrinə keçirib.

Bu, necə baş verir? Deməli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Çindən dövlət vəsaiti hesabına balaca, kiçik tutumlu ONU tipli mini ATS-lər (köməkçi ATS-lər) gətirib. Bu ATS-lər istifadəçilərə daha yaxın ərazilərdə fiber-optik xətt üzərindən quraşdırılır. Yəni hazırda mövcud olan ATS-lərlə müştəri arasında daha bir köməkçi ATS qurulur.

Lakin bundan o tərəfi, yəni müştəriyədək olan məsafə isə yenə də adi mis kabel üzərində olan, köhnə ADSL texnologiya əsasında internet xidməti olacaq. İndiki anda bu, sadəcə, biabırçılıqdır.

Dünyanın inkişaf etmiş ölkələrinin lap çoxdan, qonşularımızın isə artıq 3-4 ildir ki, imtina etdiyi ADSL texnologiya ilə internet xidmətinə investisiya yatırmaq indiki anda absurd bir şeydir. Anlamıram ki, indiki anda bu kimin ağlına gəlib. Xatırlayıram ki, sonuncu dəfə 7-8 il bundan öncə BTRİB bu texnologiyadan istifadə edirdi. İzahı, analoqu olmayan bir situasiya ilə qarşı-qarşıyayıq.

Sual oluna bilər ki, bəs burada “innovasiya” haradadır? Bu yeniliyin “innovasiya” tərəfi ondan ibarətdir ki, bununla özəl provayderlərin müştərisini ələ keçirmək üçün unikal imkan yaranmış olur. Belə ki, yeni ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdimək imkanı yoxdur. Və ya NRYTN qəsdən bu imkanı yaratmayıb. Xatırladım ki, özəl provayderlər hər ay bir xeyli vəsait ödəməklə öz müştərilərinə xidmət göstərmək üçün köhnə ATS-lərdə avadanlıqlar yerləşdiriblər.

Tətbiq olunan “innovasiyadan” sonra yeni ATS-lərdə belə bir imkandan məhrum olan özəl provayderlərin köhnə ATS-lərdəki avadanlıqlarında “oturan” müştəriləri avtomatik olaraq NRYTN provayderlərinə keçir. Daha doğrusu, keçirilir".

O.Gündüz bildirir ki, ölkədə internetin “topdansatışı” ilə məşğul olan əsas provayder “Delta Telekom” dövlət operatorlarına qiymətlərin 70 faiz endirilməsini təklif edib: “Lakin hələ də NRYTN və onun tabeliyində olan, internet bazarın 50 faizinə nəzarət edən dövlət provayderləri “Delta Telekom”un təklifinə cavab verməyib. Bu, o deməkdir ki, dövlət provayderləri qiyməti endirmək istəmirlər. Əksinə, özəl provayderlərin müştərilərini də qeyri-qanuni olaraq özlərinə keçirərək inhisarçılığı gücləndirirlər. Səmimi deyirəm, analoqu olmayan situasiyadır. Əslində tənzimləyici qurumun özü bu tip addımlar atmalı, bazarı liberallaşdırmalı, istehlakçıların hüquqlarını və mənafelərini qorumalıdır. Bizdə isə əksinədir, biznes sektoru liberallaşmaya getmək istəyir, genişzolaqlı internetin xüsusi çəkisini artırmaq istəyir, amma tənzimləyici dövlət qurumu - NRYTN imkan vermir".

Nazirlik daha 5 bölgədə ONU quraşdıracaq

NRYTN-dən qeyd olunan məsələlərlə bağlı “Yeni Müsavat”ın sorğusuna verilən cavabda qeyd edilir ki, “Azərbaycan Respublikasında Telekommunikasiya və İnformasiya Texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı”nın icrası ilə əlaqədar “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidməti göstərən tabeli qurumlarının xidməti ərazilərində rabitə infrastrukturunun yenidən qurulması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir: “Bu layihələrin icrası ilə əlaqədar Xaçmaz rayonunda külli miqdarda investisiya qoymaqla yenidənqurma işləri həyata keçirilmiş, köhnə TDM stansiyaları dəyişdirilərək NGN şəbəkə avadanlıqları ilə əvəzlənmiş, abunəçilərə daha yaxın məsafədə ONU avadanlığı qoyularaq keyfiyyətli və yüksək sürətli telefon və internet xidmətinin göstərilməsi təmin edilmişdir. Bu səbəbdən mövcud mis kabellər istifadədən çıxarılmış, əvəzinə isə FO kabeli çəkilmişdir. Nəticədə abunəçilərin yenidən abunəçisi olduqları provayderin avadanlıqlarına qoşulması bizdən asılı olmayan səbəblərdən mümkün olmayıb.

Qeyd edək ki, bu barədə vaxtında bütün özəl provayderlərə, o cümlədən yuxarıda qeyd edilən provayderlərə 14.03.2017-ci ildə xəbərdarlıq məktubu göndərilmişdir".

Nazirlik deyir ki, “Aztelekom” MMC dövlət provayderi olaraq öz fəaliyyətində “Telekommunikasiya haqqında” Qanunu və telekommunikasiya sahəsində digər normativ hüquqi sənədləri rəhbər tutaraq ölkədə bu sahədə sahibkarlığın inkişafına həmişə dəstək verib, telekommunikasiya bazarında internet xidməti göstərən özəl provayderlərə öz fəaliyyətlərini sərbəst və azad prinsiplərlə həyata keçməsinə dəstək olur: “”Aztelekom" MMC və tabeli qurumları tərəfindən “Sahibkarlıq fəaliyyəti haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Haqsız rəqabət haqqında” qanunların tələblərinə ciddi əməl olunaraq, özəl provayderlərə münasibətdə inhisarçılığa və haqsız rəqabətə yol verilmir. Qeyd edilənlərin nəticəsidir ki, “Aztelekom” MMC-nin resurslarından istifadə etməklə, hazırda “Data Plus” MMC tərəfindən 30908, “Qlobal Netvorks” MMC tərəfindən 2335 və “CNC.Az” MMC tərəfindən 7292 abunəçiyə internet xidməti göstərilir.

Bildiririk ki, bu istiqamətdə dövlət proqramının icrası hazırda da davam etdirilir və 2019-cu ildə Abşeron, Sumqayıt, Masallı TKQ-lərdə və Gəncə TKİ-də də yeni texnologiyaların tətbiqi həyata keçirilməkdədir. Bununla əlaqədar “Data Plus”, “Qlobal Netvorks” və “CNC.AZ” MMC-lərə 25.09.2018-cu il tarixli məktublar göndərilərək bir neçə ay öncədən yazılı xəbərdarlıq olunmuşdur. Bundan əlavə, 03.05.2019-cu il tarixli məktublarla “Data Plus”, “Qlobal Netvorks” və “CNC.AZ” MMC-lərə qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün NRYTN ilə razılaşdırılmaqla yenidənqurma işləri aparılan Abşeron, Sumqayıt, Masallı TKQ-lərin və Gəncə TKİ-nin xidməti ərazilərində quraşdırılan ONU avadanlıqlarının yanında öz avadanlıqlarının (ONU və s.) quraşdırılaraq xidmətlərin göstərilməsi, o cümlədən NRYTN ilə razılaşdırılmaqla yenidənqurma işləri aparılacaq adları qeyd edilən telekommunikasiya müəssisələrinin xidməti ərazilərində yerləşən telefonlaşmamış yaşayış məntəqələrində rabitə şəbəkəsinin tikilməsini aparmaqla xidmətin göstərilməsinin təşkili təklif edilmiş və qeyd olunmuşdur ki, hər iki halda “Aztelekom” MMC tərəfindən tələb olunan texniki dəstəyin göstərilməsi təmin olunacaqdır".

NRYTN-in cavabından o da aydın olur ki, “Bakı Telefon Rabitəsi” MMC-nin balansına 21294 ədəd kabel-kanal quyusu daxildir: “BTR MMC tərəfindən rekonstruksiya işləri aparılaraq yenilənən müasir kabel-kanal infrastrukturu ilə keyfiyyətli xidmətlə yanaşı, investisiya xərclərini azaltmaq, səmərəli və effektiv işi təmin etmək mümkündür. ”Baktelecom"un həyata keçirdiyi müasir standartlara uyğunlaşma işləri istər dövlət qurumlarının, istərsə də özəl şirkət və təşkilatların inkişafına dəstək olan kabel-kanal sisteminin yaradılmasını təmin edir. Kabel-kanal sisteminin istismar qaydalarına texniki normalara uyğun şəkildə əməl edən özəl provayderlərlə əməkdaşlıq olunur. Texniki imkanlılıq olduğu halda infrastrukturdan faydalanmaları üçün onlara imkan yaradılır. Əməkdaşlıq etmək istəyən özəl provayderlərin ixtiyarına standart şərtlərlə kabellər üzərindən tariflərə uyğun qaydada internet və ya optik portlar təqdim edilir.

Nazirlikdən bildirildiyinə görə, “Delta Telecom” provayderlərə təmin olunan internetin qiymətində təxminən 70 faizə qədər endirim etməsini elan etdikdən sonra “Bakı Telefon Rabitəsi” MMC tərəfindən şirkətə rəsmi məktub ünvanlanıb: “Məktubda endirim paketinin şərtləri barədə məlumatın təqdim olunması əks olunub. ”Delta Telecom" tərəfindən ünvanladığımız məktuba hələ ki münasibət bildirilməyib".
OXŞAR MÖVZULAR