Leriki Milli Məclisdə kim təmsil edir - İTTİHAM

11:22 7.06.2019 494
Leriki Milli Məclisdə kim təmsil edir - İTTİHAM

V çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətə başlamasından 4 il keçir. Dörd ilin yekununda dövlətimizin ali qanunverici orqanının fəaliyyəti, ölkənin ictimai-siyasi həyatındakı rolu, parlamentdə təmsil olunan millət vəkillərinin işgüzarlığı heç şübhəsiz ki, ölkə ictimaiyyətinin xüsusi diqqətindədir. Parlamentin fəaliyyətini daima diqqət mərkəzində saxlayan Editor.az gündəlik müşahidələr və mətbuatın monitorinqi vasitəsilə onların fəaliyyətinə olan ictimai münasibəti araşdırmağa çalışır.

Araşdırmalar göstərib ki, ümumilikdə spiker Oqtay Əsədovun rəhbərliyi altında Milli Məclis kifayət qədər uğurla fəaliyyət göstərərək, respublikamızın ictimai-siyasi həyatında aktiv rol alıb. İstər ölkəmiz üçün zəruri olan qanunvericilik aktlarının hazırlanması, istərsə də dövlətçilik maraqlarının qorunması baxımından parlament və millət vəkilləri prinspial mövqe nümayiş etdiriblər.

Lakin bununla belə 4 illik dönəmdə bir sıra deputatlar yalnız fəaliyyətsizlikləri və gündəmə gəldikləri qalmaqallarla yadda qalıblar. Editor.az “Deputat kürsüsü” rubrikası çərçivəsində ayrı-ayrı millət vəkillərinin fəaliyyətinə olan ictimai rəyi təqdim edir. Bu dəfə 78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədovun millət vəkili kimi fəaliyyətini araşdırmağa çalışacağıq.

İqbal Məmmədov 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.

Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.

1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə təyinat alıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində sahibkar kimi “Tərəqqi” medalı ilə təltif edilib.

2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib.

78 saylı Lerik seçki dairəsindən deputat İqbal Məmmədovu parlamentin ən qalmaqallı üzvlərindən biri hesab etmək olar. Deputatın barəsində internet üzərindən apardığımız araşdırma zamanı millət vəkili ilə bağlı çoxsaylı neqativ məlumatlara rast gəlinir.

Məsələn, bu xüsusda “Report” İnformasiya Agentliyinin “Lerik sakinləri deputat İqbal Məmmədovu axtarır” sərlövhəli məqaləsi diqqət çəkir. Yazıda qeyd olunur ki, Lerik sakinləri hazırda öz deputatlarını tapa bilməməkdən şikayətlənirlər: “2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov biz sakinlərin problemləri ilə maraqlanmır. Bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Halbuki, İqbal müəllim seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, – sakinlərdən biri deyib.

Agentlik yazır ki, rayon sakinlərinin verdiyi məlumata görə, “Kaspi Yıldız” və “Relax” kimi şirkətlərin sahibi olan İ.Məmmədov Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərrüfat qurub.

AFN İnformasiya Portalında deputatla bağlı dərc olunan başqa bir yazıda isə onun vətəndaşı döyməsindən bəhs olunur. Yazıda qeyd olunur ki, Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında Milli Məclisin deputatı İqbal Məmmədov qalmaqal yaradıb: “Deputat adıçəkilən ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi RamazanPriyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb. Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.
Deputatın təhqirlərini və zorakılığını seyr edən Ramazan Priyev çıxış yolunu DİN-nin 102 xidmətinə zəng etməkdə görüb.
Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib”.

Millət vəkili ilə bağlı Aztoday.az informasiya portalının yaydığı xəbərdə isə onun oğlunun deputata məxsus “Relax” istirahət mərkəzində dava salaraq, iranlı turistləri döyməsindən bəhs olunur. Bu barədə hadisə şahidləri məlumat veriblər: “Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. Mənbə bildirib ki, deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb. Deputat İqbal Məmmədov açıqlamasında məlumatı təkzib edib”.

Ümumiləşdirməli olsaq, deputat İqbal Məmmədovla bağlı mediada olduqca qalmaqallı xəbərlər yayılıb və ağır ittihamlar səslənib. Bir çoxu deputat tərəfindən təkzib edilməyən xəbərlərdən bəzilərini diqqətinizə təqdim edirik.

“Onu yalnız Relax-da görə bilirik, o da içkili halda’ – Hacı olan İqbal Məmmədov haqda fikirlər(Azxeber.com); “Deputat İqbal Məmmədov kəndlilərin istifadə etdiyi suya qan axıdır – ŞOK GÖRÜNTÜLƏR”(24saat.org); “Deputat donuz biznesinə girişib-ŞOK MÜRACİƏT”(aydinliq.az); “Lal deputat”: İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub”(sfera.az); Deputat İqbal Məmmədov mühafizəçini döyüb – İDDİA(milliyol.az); Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananlar var(milliyol.az); Deputat mənzil fırıldağının qurbanı olub – 654 min dolları batıb(www.mediatv.az); “Deputat İqbal Məmmədov xuliqanlıq edib?-ZİYAFƏT ƏSGƏROVA ŞİKAYƏT”(tezadlar.az); “Deputat İqbal Məmmədov 1500 Lerik sakininə “Kərbəla müsibəti” yaşadır”(tendensiya.com); “Deputat İqbal Məmmədovdan enerji sabotajı: DÖVLƏTƏ NECƏ FIRILDAQ GƏLİNİR”(cumhuriyyet.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu