”Oğlum ”ailəmi burada çürüdə bilmərəm” deyib, getdi” - GİLEY

13:04 6.06.2019 530
”Oğlum ”ailəmi burada çürüdə bilmərəm” deyib, getdi” - GİLEY

“Bir otağın içində həm yatır, həm yemək yeyir, həm də çimirik. Sağ olsunlar, hələ buranı veriblər, çöldə qalmırıq. Yoxsa necə olardı bizim halımız?”

DİA.AZ bildriri ki, Kəlbəcərin Nəcəfalılar kəndindən köçkün düşmüş Gülşən Məmmədova belə deyir. O, Yevlaxın Mal Binəsi kəndində məktəbin həyətindəki kiçik tikilidə yaşayır. Deyir, bu balaca daxmada 3 övlad böyüdüb. Bu gün çəkdiyi çətinliklərdən danışmaq, həmin günləri xatırlamaq istəmir. Amma bundan sonrakı həyatını rahat yaşamağı arzulayır.

“Qızım ailə qurdu, köçdü. Oğlum isə evləndi, getdi. Dedi: “Ailəmi burada çürüdə bilmərəm”. Bakıda fəhləlik edir, kirayədə qalır. Qızım da ki, məktəblidir. Deyirəm, heç olmasa onun gəncliyi normal bir evdə keçsin. Yazıq uşaq, gözünü dünyaya açandan normal ev, şərait görməyib. Heç olmasa, bundan sonra bir ev verələr, normal şəraitdə yaşadam. İnanın, üzlərinə baxanda utanıram” – deyir, G. Məmmədova.

”Oğlum ”ailəmi burada çürüdə bilmərəm” deyib, getdi” - GİLEY

“Deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır”

Gülşən Məmmədova deyir ki, normal şəraitləri olsaydı, oğlu Bakıya gedib, orada fəhləlik etməzdi. Rayonda da iş tapıb görə bilərdi. Ailənin ən böyük problemi evdir. Evləri olsa, qalan hər şeyi yoluna qoya biləcəyini deyir:

“Baxın də, bir otağın içində yatırıq, dururuq, yeyirik, içirik. Hər şeyimizi bir otağın içində etməkdən canımızdan bezmişik. Zülmdü e, qəbiristanlıq buradan genişdi, rahatdı. İnanın, gələndən rahatlıq tapa bilməmişik. Birdən həyatımdan elə bezirəm ki, deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır”.

“Yay-qış odun işlədirik”

Ailə 1994-cü ildən burada yaşayır. G.Məmmədova yaşayışında heç bir yaxşı şərait görmür:

“Ayda 60 manat pul girir bu evə – çörəkpulu. Bir yerdə işləmirəm, 2 dəfə əməliyyat olmuşam, xəstə adamam. Belimdə yırtıq, böyrəyimdə daş var. İş qüvvəmi itirmişəm. Həmin 60 manatla dolanırıq. Ev-eşik, imkan, iş yox. Qaz, işıq yox. Güclə ordan-burdan bir xətt çəkmişik. Odun işlədirik yay- qış. Suyu isə daşıyırıq”.

“Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam”

Gülşən Məmmədova deyir ki, həyətdə gecələr ocaq qalayır, su isidir, çimirlər. Sual edir: İndi hansı dövrdür ki, ocaq qalayıb, su isidərlər?

“İşığı da çox istifadə edə bilmirik. Ay sonu gələndə altından çıxmaq olmur. Burada 4 nəfər yaşayırdıq. Gəlinimlə oğlum gedəndən sonra qızımla qalmışam. Deyirəm, darıxıram, gəlin. Qızım da qardaşına həsrətdir. Deyir: “Hara gələk, ora nə yerdir, nə şəraitdir ki?” Böyük qızım da ailə qurub. O da köçkünlə evlidir və Mehdiabadda yaşayır. O da ayda, ildə bir gəlir. Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam”.

“Qızım mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib?”

G.Məmmədova deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Tez-tez oturub ağlayır. Şəraitindən gileylənir:

“Mən kimə, nə pislik etmişəm ki, bu vəziyyətə düşmüşəm? Vallah, daha dözmürəm, yaşaya bilmirəm. Yevlax, yaşadığım kənd pis deyil, ancaq şərait yoxdur. Anamı, atamı, bacımı, qohumlarımızı burada itirmişik. Baxma, ikinci vətəndir. Nolar, heç olmasa, bir ev verələr bizə də. Bundan sonra bir gün görək. Arada deyirəm ki, belə yaşamaqdansa, ölmək yaxşıdır. Sonra deyirəm, birdən Allaha ağır gedər. Susuram, qızım bir dəfə mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib? Adamın üzü də utanır. Uşaqdan da, böyükdən də, gələn qonaqdan da… Nə bilim, bizim də alnımıza bu yazılıbmış…”(DİA.AZ)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar