Vilyam Hacıyevin qəbuluna düşmək müşkülə çevrilib... - "İcra hakimiyyətinə üç dəfə getmişəm..."

12:58 30.05.2019 442
Vilyam Hacıyevin qəbuluna düşmək müşkülə çevrilib... - "İcra hakimiyyətinə üç dəfə getmişəm..."

“Məktəbə gedən uşaqlarım bir dəst paltarı növbə ilə geyinir. Biri günorta dərsdən gəlib paltarı çıxarır, sonra o birisi geyinib gedir. Qarındolusu çörək verə bilmirəm onlara…”, – İmişli rayonunun Qızılkənd kəndinin sakini Elməddin Əliyev ailəsinin ağır durumundan danışır.

“Bir ailə acından ölə bilər”

37 yaşlı E.Əliyev dörd uşaq atasıdır. Övladlarının ən böyüyünün 12 yaşı var, ən kiçiyi isə 8 aylıqdır. Deyir, Azərbaycanın əksər kəndlərində hökm sürən işsizlik Qızılkənddən də yan keçməyib, burada da bir çox gənc, ailə başçısı işsizdir.

“İş üçün daha haralara getməmişəm?! Məşğulluq İdarəsindən tutmuş, icra hakimiyyətinə, Prezident Administrasiyasına qədər. İcra hakimiyyətinə üç dəfə getmişəm. Deyirəm, nə istəyirəm, uşaqlarım acından ölməsin deyə, işləmək üçün iş istəyirəm. Heç qəbul eləyib, sözümü də eşitmək istəmirlər. Bunları narahat eləmir ki, bir ailə acından ölə bilər. İmkan vermirlər ki, başçının qəbuluna düşüm. Bəlkə də onun qəbuluna düşüb, sözümü deyə bilsəm, kömək eləyər. Ancaq imkan vermirlər. Yəqin qorxurlar ki, başçıya onların əməllərindən şikayət edərəm. Axırıncı dəfə müavini məni çölə çıxarıb qovdu. Kimə deyək dərdimizi?”, – E.Əliyev bildirir.

“Həkimin pulunu ödəmək üçün torpağımı icarəyə verdim”

Çarəsiz vəziyyətdə qaldığına görə iki ay öncə uşaqları ilə birlikdə Prezident Administrasiyasına getdiyini deyən E.Əliyevin sözlərinə görə, orada onu qəbul edib, dərdini eşidiblər. Sonra onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriblər. Orada da nazir müavini Anar Kərimovun qəbulunda olub: “Düzü, Anar müəllim diqqətlə qulaq asdı, dedi ki, durumumu başa düşür. Ailəmə yardım üçün mümkün addımlar atılacaq”.

Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “DOST İş Mərkəzi”nə (“Dayanıqlı və Operativ Sosial Təminat”) İmişli rayonunda qəbul edilənlərdən biri də E.Əliyev olub. İctimai işlərə cəlb olunan E.Əliyevə aylıq 173 manat maaş təyin olunub. O, aprel ayından bu pulu alır. Deyir ki, bu məbləğ 6 nəfərlik ailənin kommunal xərclərinə, bir də yavan çörəyinə ancaq çatır: “Biz böyük adamlarıq, “yoxdur” başa düşürük, yemək olmayanda yemirik. Uşaq bunu anlamır axı, dözmür. 173 manatı böləndə adama heç 30 manat düşmür. Bununla dolanmaq olar?! Sosial yardım üçün müraciət etmişik, imtina cavabı gəlir. Deyirlər ki, adımızda torpaq var. Düzdü, var, ancaq inanın, həkimin pulunu ödəmək üçün onu icarəyə verdim”.

“Ailənin ehtiyacı olub-olmadığı bunları maraqlandırmır”

İndiki halda, E.Əliyevin istəyi ona mal-qaranın verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan Özünüməşğulluq Proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal-qara verilir. E.Əliyev deyir ki, yeddi ay öncə növbəyə yazılıb, ancaq ala bilmir: “Bundan ötrü dəfələrlə rayon Məşğulluq İdarəsində olmuşam, Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də getmişəm. Oradan göstəriş veriblər ki, mənə mal-heyvan verilsin. Ancaq Məşğulluq İdarəsi əməl eləmir. Kimə istəyirlər, verirlər, kimə də istəmirlər, vermirlər. Ailənin ehtiyacı olub-olmadığı bunları maraqlandırmır. Əsas məsələ onların öz maraqlarıdır”.
DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu