"Üstay" şirkəti işçinin haqqını yeyir... - Türkiyə vətəndaşı yerlilərindən giley edir

12:11 29.05.2019 700
"Üstay" şirkəti işçinin haqqını yeyir... - Türkiyə vətəndaşı yerlilərindən giley edir

Adətən ölkə mətbuatında yerli və nadir hallarda isə əcnəbi vətəndaşların hansısa şirkətlər tərəfindən əmək hüquqlarının tapdalanması haqda yazılara,şikayətlərə rast gəlmək olur.Amma Türkiyə vətəndaşı, Hatay vilayətinin İskəndərun ilçəsinin sakini ,Azərbaycanda Türkiyə şirkətində çalışmış Mehmet Çalışırın şikayəti tam fərqlidir.Belə ki,o üstəlik öz soydaşları olan Türkiyə vətəndaşları tərəfindən haqlarının tapdlanmasını bildirir.

DİA.AZ xəbər verir ki,Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən , 1 ilə yaxın işlədiyi “Üstay” şirkətindən şikayətçidir.Belə ki, Mehmet Çalışır türk şirkəti olan “Üstay” rəhbər işçiləri tərəfindən əmək hüquqlarının tapdalanmasını və onlar tərəfindən ona çatacaq əməkhaqqının mənimsənilməsini bildirir.

12 ildir Azərbaycanda yaşayan Mehmet Çalışır azərbaycanlı xanımla evlidir və 3 qız övladı var.Hal-hazırda Kotec qəsəbəsində kirayədə yaşayır,işsizdir.

Mehmet Çalışırın dia.az-a dediyinə görə onu «Üstay Yapı Taahhüt və Ticarət Anonim» şirkətinin Azərbaycanda,Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətinə işə Şevqet Yıldız adlı soydaşı dəvət edib. Qeyd edək ki, “Üstay” şirkəti , Technip FMC tərəfindən götürülən, "Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün "EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb və “SOCAR Polymer” in müxtəlif sifarişlərini müqavilə əsasında yerinə yetirib,o cümlədən boru xətti çəkmək və onları boyamaq işlərini .

Bu layihənin rəhbəri isə Musa Kırıcı olub.

“Məni «Üstay”ya dəvət edəndə vəd verdi ki,”sən minimum 1500-2000 manat arası maaş alacaqsan",- Mehmet Çalışır deyir

Amma sonradan ona aydın olub ki,onu aldadıblar. Belə ki,realda ona ilk vaxtlar 700 ,son iki ayda isə cəmi 800 manat maaş verilib ki,onun da 500 manatı Paşa Bank-ın kartına oturdulub,300 manatı isə ələ verilib:

“Mənim həyat yoldaşım ağır şəkər xəstəsi olduğundan(hər gün insulin vurur)üstəlik bir böyrəyi “otkaz” etdiyindən , mənə verilən maaş onun müalicəsinə çəkilən və ailənin xərclərini ödəməyə çatmırdı.Halbuki Tükiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumdan 1600 yevrodan aşağı maaş ala bilməzdim.Yəni «Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar,mənə qarşı qeyri-insani və qanunsuz davranıblar.

Bununla onlar Azərbaycanda olan Əmək Məcəlləsinin də qanunlarını kobud şəkildə pozublar”.

Belə ki,onun kimi türk işçi statusunda olanlara,yerli fəhlələr də ondan qat-qat çox maaş veriblər:

“Mənim kimi “Üstay” Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki,onlara məndən fərqli olaraq yüksək maaş veriblər.Burada eyni işdə işləyən azərbaycanlı işçilər,qaynaqçılar,boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər.Üstəlik məni stabil saat hesablı maaşla ilə işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə mənə əlavə pul yazılmayıb.Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan-800 manatdan əlavə 500 manat pul verilməli idi.Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. Halbuki idarə rəhbərini əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu.Üstəlik mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib.Ümumiyyətlə “Üstay”ın burada çalışan işçilərinin əmək hüquqları te-tez pozulub.Məsələn, “Üstay” da işləyən soydaşlarımdan birinin iş qəzası nəticəsində ayağı qırıldı amma onun maaşını,təzminatını vermədilər.Baxmayaraq ki,o əmək müfəttişliyinə şikayət etdi.

Əksəriyyət “Üstay” da mənim kimi müqaviləsiz işləyib və təbii ki, mənim kimi çoxlarının sosial sığorta kartı olmayıb.Mən may ayında “Üstay”da işə düzəldim,bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş vermək istədiklərinə görə oradan çıxmaq məcburiyyətində qaldım. Mən “Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki,mənim həyat yoldaşım ağır şəkər xəstəsidir və ona hər gün insulin vurulması və ona qulluq etmək üşün mənim işdə gec qalmamağım lazımdır.Amma çox vaxt olurdu ki, məni saat beşdən axşam saat 3-cən işdə saxlayıblar.

Amma bu adamalrın elə bil mənimlə şəxsi-qərəzliyi var.

İşə düzələndə mən soruşdum ki,”niyə bu qədər belə az maaş verirsiz?” Şevqet Yıldız dedi ki,sonra qaydasına düşəcək.

Bu minvalla məni 1 ilə yaxın başımı aldatdılar ki,bəs bu ay düzələcək,gələn aydan düzələcək... Mənim pula ehtiyacım olmağımdan süni surətdə istifadə etdilər.

Mən boru boyaçısı kimi işə qəbul olunmalı idim,amma sonradan mənə dedilər soyunub-geyinmə yerində nəzarətçi olacaqsan və mən 11 ay «Üstay”ın 700 işçisi olan yerdə nəzatərçi vəzifəsində işlədim. «Üstay”ın Sumqayıtdakı şirkətindəki idarə rəhbəri İsmayıl Akay bir gün məmə dedi ki,sən açarları qarışdırmısan və məni haqsız yerə ittiham etdi,məni işdən çıxartmaqla hədələdi.Mən ona bildirdim ki,”mən işçilərin şkaflarına nəzarət edirəm,açarlar,kompyuter sistemi də sənin nəzarətindədir”. Onlar məni işin öhdəsindən gəlməməkdə ittiham edə bilməzdi,çünki işimi şox məsuliyyətlə yerinə yetirirdim. 2018-ci ildə hətta özləri təhlükəsiz və alqışa layiq iş bacarığına görə məni təşəkkürnamə ilə də təltif ediblər.Nədən mən birdən-birə pis oldum?!

Bu cavabdan sonra İsmayıl Akay məni ağır ifadələrlə təhqir etməyə başladı.Bu adamdan ümumiyyətlə «Üstay”da xoşu gələn insan yoxdur. Bundan başqa o məni çox zaman mənə aid olmayan işləri gördüməyə çalışırdı . Halbuki layihə rəhbərinin əmrinə görə mən , kamera ilə təchiz olunmayan soyunub-geyinmə otağını iş zamanı tərk edib nəzarətsiz qoya bilməzdim.Çünki 700-800 nəfərin əşyalarına mən nəzarət edirdim ki,oğurluq-filan olmasın. İsmayıl Akay və idarə işləri köməkçisi öz vəzifələrindən süni surətdə istifadə edirdilər,səlahiyyətlərini mənə də, digərlərinə qarşı aşırdılar,məni gözüm çıxdıya salırdılar. Maaşımın həddən artıq az verilməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayətdən sonra sonra məni Hakan adlı adamları ilə 6 ay işlədiyim "SOCAR-Polymer”dən başqa yerə ,özlərinin təbiri ilə desək cəhənnəmə-Yaşıldərə adlanan ərazidəki Qubadlı icra hakimiyyətinə aid zavodda işləməyə cəza kimi göndərdilər. 100 nəfərin işlədiyi bu zavodda iş şəraiti daha pis idi,amma mən eyni maaşı alırdım. 5 ay da orada nəzarətşi kimi işlədim.

Yaşıldərədə iş qurtarandan sonra layihə rəhbərinin yardımçısı,ikinci adam olan Nurdoğan bəy mənə dedi ki,sənin maaşını 475 manata salırıq.Mən isə ondan sordum ki,bizim qanımız türk,çanızım türk ola-ola nədən mənə bu qədər az maaşı rəva görürsüz.Axi mənin ağır xəstə olan həyat yoldaşım,məktəbə gedən 3 azyaşlı övladım var.Mən bu pulla kirayədə qala-qala necə dolana bilərəm?!Bu qədər insafsızlıq,haqsızlıqmı olar?!Bütün dünyada maaşlar qalxması müşahidə olunduğu halda mən maaşın azalmasını yalnız «Üstay”da gördüm. 475 manatla ailəmi dolandırım,kirayə pulunu verimmi,yoxa dərman alım?!Onlar bilə-bilə ki mənim maddi vəziyyətim çox pisdir,sıxıntım var,evdə xəstəm,3 uşağım var maaşımı azaltdılar.

Mənim suallarıma onların veriləsi cavabı yoxdur.

Mən 475 manat maaşla təbii ki,razı olmadım və işdən çıxdım.Amma mən haqqımı tələb edirəm.Mən bununla əlaqədar «Üstay”ın Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya,Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət etmişəm.Türkiyə səfirliyindən mənə bildirdilər ki,onlar müdaxilə edə bilməzlər və mən yerli məhkəməyə müraciət edə bilərəm. Amma 800 manat maaş alan və bu qədər sıxıntısı olan böyük bir şirkəti məhkəməyə verib udmaq halındadırmı?!Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki,niyə ən azı 1600 -1800 avro maaş almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?!Amma orada da bildirdilər ki,biz heç nə edə bilmərik,müdaxilə edə bilmərik.Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı –mənə verilməyən 17 min avromu tələb edirəm. Onlar mənim haqqımı mənimsəyiblər.Türkiyə və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımın təmin edilməsində yardımçı olsunlar”.(DİA.AZ)

"Üstay" şirkəti işçinin haqqını yeyir... - Türkiyə vətəndaşı yerlilərindən giley edir
"Üstay" şirkəti işçinin haqqını yeyir... - Türkiyə vətəndaşı yerlilərindən giley edir
"Üstay" şirkəti işçinin haqqını yeyir... - Türkiyə vətəndaşı yerlilərindən giley edir
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL