Impera
XƏBƏR LENTİ
17:58Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat17:45Türkiyədən ABŞ-a sərt cavab: 12 gün sonra17:27"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY17:09"Tam bir zülm məngənəsinin içindəyəm" - Eldar İbrahimovun qardaşına İTTİHAM16:54Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər16:3826 ildir zülüm çəkən ailə... - Müraciət16:18""Dəmirbank" ASC ləğv olunubsa mənim nə günahım var ki..." - GİLEY12:51Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM12:13Bura təhsil ocağıdır, yoxsa?.. - İDDİA11:55Ağstafada törədilən dəhşətli cinayətdə yaralananların sayı 5-ə çatıb - İSTİNTAQ BAKIDA APARILACAQ11:45Gənc idmançıdan böyük qələbə/Foto11:41"Azza"nın məhsulları bizi necə azarladır... - İDDİA11:29Sahil Babayevə çıxış qapısını göstərməyin zamanıdır... - Əvvəlindən TÜKƏNMİŞ ADAM11:01SOCAR: “Bursagaz” və “Kayserigaz”ın təhvil-təslimi başa çatıb10:46Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov15:42Bayıl sakinlərinin bir qismi köçürülüb: - amma narazılıqlar da var...14:17İlkin ATV-də qalır - telekanaldan rəsmi açıqlama13:54Azərbaycan-Qətər əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub13:27Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır13:04Ağstafada dəşət saçan keçmiş məhkum POLİSƏ TƏSLİM OLUB - Bakıdan DİN və prokurorluq işçiləri göndərildi12:45"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY12:24Samir Şərifovun işçisi Goranboyda səltənət qurub... - İDDİA12:00Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb - Geri qalırıq...11:48Azərbaycan nefti həftə ərzində сuzi bahalaşıb16:59Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:55Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:51"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:48Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:43Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”11:57Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:41Saatlının başçısı "racon kəsir"... - İDDİA11:13Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir11:10“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:41Azərbaycanda Milli Qurtuluş Günüdür14:3535 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:12"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:55Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:43"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:25"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:54Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:25Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:03AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:38Milli Məclis bu gün də TOPLANIR10:24"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:09Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:09Prezident onları təltif etdi17:52İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:39İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:12“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:45Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:22Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:35''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:56İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:39"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:30Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:49Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:34"Onların torba tikməklərindən xəbərim olmur"11:17Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:03Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir21:58Pensərçay çayında sahilbərkitmə işlərinin aparılmasına 1 milyon manat ayrılıb21:53Müsəlman olmaq məni daha yaxşı insan etdi21:47Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar - VIDEO21:43Ceyhun Bayramov bunu mütləq nəzərə almalıdır... - Təkcə Sumqayıtda belə deyil...17:07Sabah dollar neçəyə olacaq?16:50Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:35Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:07Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:55Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:54“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:39Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:01Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:35Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar11:59Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:50Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:19Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:04İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:49Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:19Bakıda III Milli Mühasiblər Forumu keçirilir17:00Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI16:33DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:21“Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır” – Bakıda gözəgörünməz varlıqlar peyda olub16:00Fenomenə çevrilən “Miss Polad Omba” azərbaycanlı qız: Onu dünya ulduzları izləyir – FOTOLAR16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:38Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:16Xəzər dənizində tanker partladı: ölənlər var15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:51Bakıda məktəbli qızları tora salıb fahişə kimi satan Cəlalın FOTOLARI14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:32ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə – FOTOLAR14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:13Bakıda transdan küçədə qeyri-etik hərəkət – VİDEO14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:47““Liverpul”un futbolçuları mesaj yazdı, cavab vermədim”13:20Bu fotodakı şəxs şəhid atası deyil13:19Şimali Koreya Prezidentinin öldürülən qardaşı ABŞ-a işləyib?
BÜTÜN XƏBƏRLƏR

"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev

18 May 2019, 21:04   
"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev

Sabiq deputat, məşhur “91-lər”dən olan iqtisad elmləri doktoru, professor Əli Əlirzayev “AzPolitika.info”-ya müsahibə verib.

Hurriyyet.org həmin müsahibəni təqdim edir.

- Əli müəllim, bir zamanlar istər parlamentdə, istərsədə parlamentdən kənarda çox aktiv fəaliyyətiniz vardı. Lakin son illər proseslərdən kənarda qalmısınız. Bunun səbəbi nədir?

– Mənim indi siyasətlə məşğul olmalı vaxtım deyil. Tələbələrim, ailəmlə, gündəlik qayğıların həlli ilə məşğulam. Eyni zamanda mənə müraciət ediləndə çalışıram ki, cavab verim. Üstəlik, nəzərə alın ki, mənim işim, həyatım elə siyasətdir. İqtisadi məsələlərə, cəmiyyətdə olan hadisələrə həm vətəndaş, həm də alim kimi yanaşıram. Eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvüyəm. Başqa nə olacaq ki? Hər adamın bir dövrü var…

- Siz, Heydər Əliyev yaxın silahdaşı, YAP-ın qızıl fondu kimi təqdim olunan “91-lər”dənsiniz…

– Bu artıq mənim keçmişimdir. Mən fəxr edirəm ki, belə keçmişə malikəm, bu hökumətin yaranmasında rolum olub. Bəzən keçmiş haqqında xatırlayanda öz-özlüyümdə düşünürəm ki, doğrudanda ağır günlər idi. Heydər Əliyevin arxasında duran adamlardan indi həyatda çox azı qalıb və onlardan biri də mənəm. Heydər Əliyevin yanında olmuşam, tapşırığını yerinə yetirmişəm. Bu mənim üçün fəxrdir. Gənc adamlar bu məsələləri bilmək üçün kitab oxumalı, əsər tapmalıdır. Mənsə birbaşa Heydər Əliyevin yanında, hadisələrin mərkəzində olmuşam. Bəzən universitetdə tədbirlər olanda mənə söz verilir və danışıram. Heydər Əliyevin Naxçıvan həyatı, iqtisadiyyata münasibəti, YAP-ın yardılması və digər məsələlərlə bağlı danışıram. Mən onun yanında olan şəxsəm, bunu unutmaq olmaz. Unutsam, özümü inkar etmiş olaram.

- Deyirsiniz ki, zamanında Heydər Əliyevin yanında olan şəxslərdən indi həyatda çox az adam qalıb. Bu adamlar bir-birilə əlaqə saxlayıb, görüşürmü?

-Təsəvvür edin ki, o zaman, ən ağır dövrlərdə Heydər Əliyevin arxasında duran şəxslərin içərisində bəlkə də ən cavanı mən idim, haradasa 45-50 yaşım olardı. İndi 70 yaşı keçmişəm. 30 il az tarix deyil. Mən bu yaxınlarda “Kişilər” adlı kitabı qələmə alacağam. Obraz kimi özümü götürsəm də, tələbəlik dövründən indiyə qədər gördüyüm kişilərin mənə münasibətini və özümün münasibətini ifadə edəcəyəm. Hesab edirəm ki, tərbiyəvi əhəmiyyət də kəsb edir.

Əlaqə saxlamağa gəlincə, YAP-da olan adamlarla düşmən deyilik. Azərbaycan balaca ölkədir, xeyirdə-şərdə görüşürük, bir-birimizi təbrik də edirik. Keçmişdən çox az adam qalıb. Ancaq tam əlaqənin olduğu, nəsə fikirləşək kimi bir şey yoxdur. Şəxsən mənim heç kimlə münasibətim yoxdur. Ancaq elmdə, təhsildə, konfranslarda iştirak edirəm. Respublika daxilində keçirilən YAP-ın tədbirində iştirak etmirəm, çünki çağırılmayan yerə gedə bilmərəm.

- Zamanında Heydər Əliyevin yanında olan və hazırda sağ olan insanlara qiymət verilirmi, məsələn, siz özünüzə münasibətdən razısınızmı?

– İndi qiymətin verilib-verilməməsi nisbi məna daşıyır. Doğrudan da elə adamlar var ki, onlar yaxşı təqaüd alır, normal şəraiti var, özü işləməsə də övladları işləyir. Elələri var bizneslə məşğuldur. Mən kafedra müdiriyəm. Yaşım da yetmişi keçib. Bu yaşdan sonra neyləyə bilərəm? Məni vəzifəyə qoysalar da getmərəm…

- Demək bütün arzu və istəkləriniz həyata keçirilib…

– Siz də bilirsiniz, mənim üçün vacibi akademik olmaq idi. Bunu etsəydim, çox gözəl olardı. Ancaq məni seçmirlər…

- Niyə? Professor, “91-lər”dən biri, onlarla alim yetişdirmiş Əli Əlirzayev nə üçün akademik ola bilməz?

– Bilirsinizmi, indiyə qədər mən üç dəfə namizədliyimi vermişəm. Bir dəfə səs almamışdım və bunu təbii qarşıladım. Çünki özüm də cavan idim. İkinci dəfə 17 səs almışdım. Rəhmətlik akademik Cəmil Quliyev mənə dedi ki, çəkil. İndi baxıb görürəm elə adamlar gəlib akademik olublar ki, həm deputatdırlar, həm də digər vəzifələrdə çalışırlar. Mən bəzən öz-özümə düşünürəm ki, niyə mənə akademik olmaq olmaz, mən neyləmişəm ki?… İnanın, mən vəzifə, başqa şey arzulamıram. Əmək haqqım da, təqaüdüm də normaldır və ailəmi dolandıra bilirəm. Düzdür, başqa yerdən gəlirim yoxdur, ancaq əməkhaqqı ilə dolanıram və heç nədə də gözüm yoxdur. Bu yaşda yaşayırımsa, deməli Allahın mənə lütfüdür. Ancaq hesab edirəm ki, Azərbaycanda akademik seçilməyə stajı və elmi çatan beş nəfər varsa, onlardan biri də mənəm…

- Son zamanlar “91-lər”dən olan bəzi şəxslərin açıqlamaları oldu. Məsələn, Əli Nağıyevin tənqidi bəyanatlarına münasibətiniz necədir?

– Açığı maraqlanmadım. Heç başqaları haqqında danışmaq niyyətində də deyiləm. Mən aliməm və elmi məsələlər haqqında danışmağa hazıram. Eyni zamanda ölkəmizin gələcəyi üçün elm adamlarının yetişməsinə köməkliyimi edirəm. Kimin nə danışması, kimlə danışması şəxsən mənə artıq maraqlı deyil. Onun da bir dövrü, vaxtı var idi. Mən həmişə bir nəfərə hörmət etmişəm, o da Heydər Əliyevdir. YAP-da elə adamlar vardı ki, Nərimanov prospektində otururdular. Onlardan soruşmaq lazımdır. İndi onların bəziləri vəzifədə, bəziləri də işsizdir. Mənim keçmiş adamlarla heç bir əlaqəm yoxdur.

- Yəqin ki, o dövrdə Əli İnsanovla əlaqəniz olub…

– Əli İnsanovla parlamentdə oturmuşam. Onunla başqa münasibətim olmayıb, indi də yoxdur.

- Belə iddialar var ki, İnsanov partiya yaradır, köhnə YAP-çıların bəziləri onun partiyasında toplaşa bilər. Bunu nə dərəcədə mümkün sayırsınız?

– Mən bunu bilmirəm, bu barədə də maraqlanmıram. Mənim o qədər qayğılarım var ki… Yoldaşım xəstədir, vəziyyəti yaxşı deyil. Özümün şəkəri demək olar ki, hər gün qalxır. Odur ki, belə məsələlərə diqqət ayırmağa vaxtım yoxdur. İndi yaşayıramsa bu böyük nemətdir, bir də eşidəcəksiniz ki, artıq Əli Əlirzayev yoxdur.

- Əli müəllim, 90-cı illərdən Heydər Əliyevi müdafiə etmisiniz. Sizinlə yanaşı onlarla, yüzlərlə insan bu prosesdə iştirak edib və onların bəziləri hazırda böyük vəzifələr tutur. Onlarla, məsələn, Ramiz Mehdiyevlə, Novruz Məmmədovla və digər vəzifəli şəxslərlə münasibətiniz, əlaqəniz varmı?

– Onların çoxunu 40 il əvvəldən tanıyıram. Onların da mənə, mənim də onlara yaxşılığım olub. Ramiz Mehdiyev xırda adam deyil, hələ SSRİ zamanı Kommunist Partiyasının başında dayan şəxslərdən biri, respublikada ikinci adam idi. Mən ona hörmətlə yanaşmışam, özümə qarşı da bu münasibəti görmüşəm. Ramiz Mehdiyev məni prorektor vəzifəsinə qoyub, qəbul edib. Mən də çalışdığım qədər qarşı tərəfə hörmət etmişəm. Ramiz Mehdiyev o zaman Naxçıvan Muxtar Respublikasından deputatlığa namizədliyini vermişdi. Ona kömək etmişəm, əlaqə saxlamışam. Yaxşı məsləhətlər verirdi. Milli Məclisdə deputat olduğum zaman da mənə dəstək olub, hətta məni qabağa verib ki, bu məsələlərlə bağlı mənim fikrim daha yaxşıdır. Ramiz müəllim alim adamdır, bilir ki, mənim hansı potensialım var. Bu mənada da hər zaman qarşılıqlı hörmət olub. Digərlərinə gəldikdə, deyim ki, mən Milli Məclisdə indiki Prezident İlham Əliyevlə bir yerdə oturmuşam, ondan nehrəmlilərlə bağlı bəzi xahişlərim olub və çox sağ olsun ki, buna dəstək verib. Və yaxud Naxçıvanda İlham Əliyevin görüşünə heç kim getmirdi, o zaman mən Heydər Əliyevin yanında İlham Əliyevlə görüşmüşəm. İlham Əliyev o zaman Türkiyədən atasının yanına gəlib-gedirdi. Orada bir-birimizi tanımışıq. Bunların hamısı tarixdir. Odur ki, mən insanlardan narazı deyiləm. Kimsə nəsə eləməlidir və eləmirsə, deməli nəyimsə çatmır. Amma cəmiyyət və xalqa, dövlətçiliyə layiq adamam. Azərbaycanda yüz nəfərdən biri bəlkə də mənəm ki, xalqa bu qədər xeyir vermişəm…
OXŞAR MÖVZULAR