Gömrükdə vətəndaşın başına necə oyun açıblar... - İki ölkənin prezidentlərinə müraciət olundu

12:25 15.05.2019 473
Gömrükdə vətəndaşın başına necə oyun açıblar... - İki ölkənin prezidentlərinə müraciət olundu

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində müvəqqəti yaşayan Gürcüstan vətəndaşı Osmanov Binəli tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Binəli Osmanov 02 fevral 1972-cu ildə Gürcüstan respublikasının Dmanisi rayonunda anadan olmuşam. İşimlə bağlı son illəri müvəqqəti olaraq Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayıram. Hər iki aydan bir doğma yurduma- Gürcüstana gedib gəlirəm. Və hər dəfə də Azərbaycana qayıdanda özümlə normaya uyğun ərzaq mallarından da gətirirəm. Lakin bu ilin mayın 4-də “Sınıq körpü” Postunda Azərbaycan tərəfin gömrük işçisi namazov Natiq Vidadi oğlu Gürcüstandan mənimlə birlikdə gələn Şabanov Bəxtiyar Vidadi oğlu və mənə məxsus olan, hər birimizə aid 5 l çaxırı əlimizdən alıb müvəqqəti saxlanca qoydular. Və yaxşı ki, AKT da bağladılar. Digər yoldaş Əsgərov İsmayıl bahadur oğlunun da gətirdiyi 5 l çaxırı zorakılıqla əlindən alıb heç akt da tərtib etmədilər. Hadisə 4 may 2019-cu il, saat 12-30 -12-50 arası müşahidə kameralarının altında baş vermişdir. Bir daha xatırladım ki, mayın 4-də bütün Qırmızı Körpü Gömrük postu işçiləri yalnız vətəndaşların gətirdikləri çaxırları müsadirə edirdilər. sanki hansısa məmurun oğlunun toy məclisinə tədarük görürdülər. Azərbaycana gələn xarici və yerli vətəndaşlara qarşı gömrük işçilərinin kobud davranışını və əmnlaklarımızı zorakılıqla əsassız olaraq ələ keçirmələrini rəsmi dələduzluq və vəhşilk adlandırmaq olar. Əgər gömrük orqanlarına təqdim olunan qadağan olunmuş mallar siyahısında gürcü çaxırının adı varsa. Hardasa bununla razılaşmaq olar. Amma Azərbaycan DGK-dən fərqli olaraq Gürcüstan Respublikası öz dövlət büdcəsini məhz bütün dünya ölkələrinə ixrac etdiyi çaxırın sayəsində müəyyən qədər formalaşdıra bilir, təkcə Azərbaycandan başqa. Ona da Dövlət Gömrük Komitəsi dövlətin deyil, özlərinin tərtib etdikləri “qanunlar” tətbiq etməklə. Arzu edərdik ki, bizim gömrük postlarımızda dövlətin tərtib etdiyi təlimatlara uyğun qeyd edilmiş malların postlardan keçirilməsinə inhisarçı quldurların göstərişlərinə əməl edilmədən icazə verilsin.

Çox hörmətli, Preziden İlham Əliyev və Soloma Zurabaşvili! Mən Gürcüstan vətəndaşı olsam da, milliyətcə Azərbaycan türküyəm. Və Azərbaycana doğmalarımın yanına gəlmək-getmək mənim hüququmdur. Gürcüstan tərəfin gömrük postu Azərbaycan tərəfə nisbətən bütün standart qaydalara əməl edir və insanları incitmir, əmlaklarını zorakılıqla ələ keçirmirlər. Cənab Prezident İlham Əliyev başımıza gətirilən belə xoşagəlməz hadisələrdən nəticə çıxarırırq ki, Dövlət Gömrük Komitəsində daha savadlı, peşəkar, qanunlardan xəbəri olan və Azərbaycanın digər regionlarını təmsil edən kadrların işləməsinə çox böyük ehtiyac vardır. Bir sözlə, DGK-də ciddi islahatların aparılması zəruriyyəti yaranmışdır. Sizdən çox xahiş edirəm ki, 4 may tarixində DGK-nin Qırmızı Körpü Gömrük Postunda əsassız olaraq zorakılıqla ələ keçirilmiş əmlaklarımızın geri qaytarılması barədə aidiyyatı üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümüzü bildiririk".(Dia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO