Impera
XƏBƏR LENTİ
14:00Futbolumuzda unikal hadisə13:43Paşinyan inqilabçı yoldaşlarını vəzifədən çıxarır13:07Akif Əlizadədən Prezidentə daha bir şikayət - "...qohumlarının adlarına mənzillər ələ keçirmişlər"12:29İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb12:05Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi11:06İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktorunun məhkəməsi başlayıb10:53Bakıda 17 yaşlı gənc özünü 10-cu mərtəbədən atıb10:426 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY10:26“Azeri Light”ın bir barreli 74,86 dollara satılır09:55Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək17:59"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert17:50Daha bir rayonda şöbə müdiri işdən çıxarıldı17:41Baş nazir olmaq istəyirmiş... - İDDİA17:28"Qardaşım zəng edib dedi ki..." – Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının BİBİSİ17:17Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY17:05Azərbaycanda nişanlısı ilə dalaşıb evdən qaçan qız tapıldı: Görün HARDA İMİŞ - FOTO16:44Bakı Şəhər İcra Hakimiyyətindən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət16:23Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır16:07İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub15:56İnkişafın ünvanı olan rayon - Fotolar15:50Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur - Qobustandan prezidentə ŞOK MÜRACİƏT15:30Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...14:51Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib14:36Deputat qardaşını necə xilas edir? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı14:23"Arsenal" Bakıda qalib gəlsə... - fantastik mükafat14:03Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...13:37"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə... - Keçmiş başçı FƏNA YAXALANDI...13:18Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?12:39Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq... - GİLEY12:23Bakının mərkəzində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulacaq - RƏSMİ11:54Prezident marketə girib, qiymətlərlə maraqlandı - FOTOLAR11:36Astarada təhsilin anasını ağladırlar... - İDDİA11:15Bu gün Bakıda su olmayacaq? - RƏSMİ10:48Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:36Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir17:11Azərbaycan buğda idxalını 28% artırıb17:04“Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub - Nəhayət, gömrükdən şikayətlərə normal reaksiya verildi16:56Mehdi Səlimzadə bu rayona başçı gətirilir - İDDİA16:47"Bütün bunların isə ən böyük zərbəsi yenə də təhsilimizə dəyir"16:40Fədayə Laçının məhkəməsi təxirə salındı16:30İlham Əliyevdən SƏRƏNCAM16:19Problemli kreditlər üzrə kompensasiyalarla bağlı YENİ XƏBƏR - 700 milyon manat16:07Ərdoğan Azərbaycan ordusunun təlimini izləyəcək15:57Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır - İTTİHAM15:15Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq... - GİLEY14:37Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival təşkil ediləcək14:08Qarabağ klanı Paşinyanı dalana dirəyir - Köçəryan kartı ətrafında oyunlar...13:46İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM13:07Bakıda kişi ailə üzvləri olmaqla 4 nəfəri bıçaqlayıb qaçdı - ÖLƏN VAR12:50Biləcəridə harın əməl- restoran müdiri əhaliyə parkda gəzməyi qadağan etdi+FOTO12:28"Amma haqsız pul tələbidir axı..." - Gömrükdən GİLEY11:56Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı11:32Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO11:14"Okean" avtosalonuna qarşı ittiham - Baş prokurora müraciət olundu10:49Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb10:36Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ10:23Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib10:05Cəbhədən YENİ XƏBƏR21:08Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO21:04"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev21:01Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir20:532019-cu ildə ən gəlirli sahə turizm olacaq11:07Azərbaycanda təmassız ödəniş kartlarının sayı və elektron ticarətin həcmi 2 dəfə artıb10:51Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 25 dəfə pozub16:55DİN generalın qohumunun həbsi ilə bağlı məlumat yayıb16:42“Mən jurnalistlərə qıcıq oluram” - Təqaüdə göndərilən Ənvər Seyidovdan ƏCAİB AÇIQLAMA16:29Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır: - BİR SÖVDƏLƏŞMƏNİN İZİ16:04"İnsan övladından necə imtina edə bilər?" - Azərbaycanlı model15:46Keçən il qlobal elektrik enerjisinin istehsalı üzrə xərclər azalıb15:26"Ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil" - Baş nazirin müavini14:48Prezidentin Mətbuat Xidmətinin məlumatı14:25Vitse-spikerdən AzTV haqqında gözlənilməz sözlər: "Sonra anladım ki, səhv etməmişəm..."14:10Bakıda hərarət 30 dərəcəyə yaxınlaşacaq - Belə deyirlər...13:51Azərbaycanda psixoloqların maaşları artırılacaq13:36Ceyhun Bayramov bu məktəbə nəzər salmasa... - İDDİA13:00Cəmilə deputat olmaq istəyir: "Sizi ağ günə çıxardacam"12:46ABŞ bütün diplomatlarını İraqdan çıxarır12:40Zakir Həsənov: “Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə və qələbə ruhuna malikdir”12:25Gömrükdə vətəndaşın başına necə oyun açıblar... - İki ölkənin prezidentlərinə müraciət olundu12:11Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib YENİLƏNƏCƏK11:44Hotellər varlı insanlar üçün tikilir - Turizmin inkişafına mane olan səbəblər...11:11Əməkdar artist Aqşin Abdullayev Filarmoniyada konsert verib10:49Məmurlar "Allahın Evi"nə də tamah salıblar... - Beyləqanda10:38İrəvan-Qarabağ qarşıdurması dərinləşir: Müharibə üçün fürsət - TƏHLİL18:07“Traktor”dan möhtəşəm rekord: - 653 min azarkeş...17:52“Qapalı rejimə” keçən qurum: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xalqı narazı salır17:37Ərzaq məhsulları BAHALAŞACAQ? - İqtisadçı AÇIQLADI16:37Bakının mərkəzində BİABIRÇI MƏNZƏRƏ - VİDEO16:24İkinci “ANİMAFİLM” festivalına filmlərin və ssenarilərin qəbulu başlayıb15:41Səudiyyə Ərəbistanında dünyanı ŞOKA SALAN HÜCUM: - Pilotsuz aparatlarla...15:30“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ15:14İrəvanın “Su 30” yalanı, çevriliş blefi: - inqilabı ABŞ, yoxsa Rusiya edib?14:41İki nazirliyə müraciət etsə də... - VİDEOGİLEY14:01Eldar Əzizov Binəqədidə söküntü işlərinə başladı - FOTO13:30PFL rəmzi komandanı açıqladı13:03Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb12:38“Ay Hacıbala, sənə 1000 manat verdim, sonra 5000 manat istədin” - Xətaidəki ağac QALMAQALI12:20Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə görən “AtaBank”dır”11:46Çin ABŞ-ın vergi siyasətinə qarşı müəyyən tədbirlər görəcək11:33Əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb
BÜTÜN XƏBƏRLƏR

İrəvanın “Su 30” yalanı, çevriliş blefi: - inqilabı ABŞ, yoxsa Rusiya edib?

14 May 2019, 15:14   
İrəvanın “Su 30” yalanı, çevriliş blefi: - inqilabı ABŞ, yoxsa Rusiya edib?

Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ili özünəməxsus tərzdə qeyd elədi. İşğal altındakı Şuşada yallı getdi, İrəvanda velosiped sürdü... Bu bir ildə yaşayışı əsla yaxşıya dəyişməyən, məhrumiyyətlər içində çabalaqmada davam edən ermənilərə hesabat vermək əvəzinə, populist çıxışlarından da qalmadı.

Məsələn, dünən o, daxili auditoriyanın başını qatmaq üçün “məxməri inqilab”a sərf olunan məbləği açıqlayıb. “Yeni Müsavat”ın erməni qaynaqlara istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, ölkədə hakimiyyət dəyişikliyi üçün cəmi 200 min ABŞ dolları bəs edib.

Sitat: “Biz öz inqilabımıza 200 min dollar xərclədik. Bu pullar haradan idi? Biz adamlardan xahiş elədik. Bizim elektron pul kisəmiz vardı və bütün ölkələrdən ermənilər, - yeri gəlmişkən, əksəriyyəti Rusiyadan idi, - bizə pul bağışladılar. Biz həmin pulları xərclədik və hər həftə, inqilab prosesində hara, nə qədər xərclədiyimizi dərc elədik”.

*****

Paşinyan şəksiz ki, yenə blef edir. Çünki inqilabı Rusiya(dakı ermənilər) yox, əslində Amerika edib. Məlumdur ki, erməni inqilabının qələbə çalmasında İrəvandakı ABŞ səfirliyi - postsovet məkanında sayca ən böyük olan bir səfirlik həlledici rol oynayıb - ölkədəki Amerika yönlü QHT-lər və media vasitəsilə, ictimai rəyi lazımi hədəfə yönəlməklə, lap elə birbaşa maddi dəstəyi ilə.

“Vaşinqton Ermənistanda uğurlu ”məxməri inqilab" üçün İrəvana 25 milyon dollar xərcləyib... Nikol Paşinyan işə başlamalı və ABŞ-la oyunu oynamağa son verməlidir". Bu sensasion sözlər Vaşinqtondakı Kornegi Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corctaun Universitetinin professoru Pol Stronskinin iki ay öncə öz twitter səhifəsində Paşinyana ünvanlandığı sərt müraciətindəndir (“Yeni Müsavat” bu mövzuda zamanında yazıb. Bax: “ABŞ-ın Ermənistanda batan layihəsi - Vaşinqtondan İrəvana ilginc hədə” sərlövhəli məqalə).

ABŞ-ın hədəfi şübhəsiz ki, Paşinyan hesabına Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq idi. Vaşinqton ümidli idi ki, yeni hökumət bundan ötrü Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla öz əsas qonşuları Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salacaq, bu yöndə ciddi addımlar atacaq. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton ötən ilin oktyabrında İrəvanda ən əvvəl buna görə olmuşdu.

Ancaq ABŞ-ın gözləntiləri doğrulmadı. Nikol Paşinyan, obrazlı desək, Amerikaya da, öz xalqına da “atdı”. İnqilabi dəyişikliyə risk eləmədi, qorxdu. Sələfləri kimi Rusiyanın ağuşunu seçdi. Həm də o məqsədlə ki, Kremldən ucuz təbii qaz və silah ala bilsin. Rusiya isə silah-sursatı, qazı aşağı qiymətə elə-belə vermir. O zaman sual ortaya çıxır ki, inqilab eləməyə, hakimiyyəti-rejimi dəyişməyə dəyərdimi, əgər erməni xalqının güzəranı inqilabdan sonra yaxşılaşmayıbsa, Rusiyadan vassal asılılığı davam edirsə, işğalçı ölkənin ərazisində rus hərbi bazaları öz mövcudluğunu saxlayırsa, ölkənin Rusiya və İranla sərhədlərini hələ də rus əsgərləri qoruyursa, İrəvandakı beynəlxalq aeroport belə, rus sərhədçiləri tərəfindən mühafizə olunur və ölkəyə giriş-çıxışı onlar həyata keçirirsə?

Sual ritorikdir.

*****

Beləcə, Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı ölkənin Rusiyadan nökər asılılığı dəyişmədi. Nökər ölkənin öz ərazindəki xarici dövlətin hərbi potensialı ilə öyünməsi, hələ üstəlik, həmin ölkənin silahları ilə başqa bir ölkəni hədələməsi isə absurddur. Ona görə ki, həmin hərbi gücün, ora daxil olan hərbi texnikanın ixtiyarı vassalda - Ermənistanda deyil, Rusiyadadır.

Qeyd edilənlərdən sonra Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın Azərbaycanı hədələməsi gülünc görünür. Rusiyanın İrəvana verdiyi (verdiyimi? - “YM”) bir neçə “İsgəndər” raket sisteminə arxalanan Arutyunyan bildirib ki, Ermənistan Azərbaycanın hərbi və iqtisadi mərkəzlərini məhv etmək gücündədir. O, İrəvanın Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarmaq niyyətində olmadığını da deyib.

Sitat: “Qarabağ konflikti çox dərin problemdir. Deyə bilərəm ki, yaxın zamanlarda Qarabağ konflikti həll edilməyəcək. Biz Qarabağ məsələsini həll etmişik və hədəfimiz əldə olanları qoruyub saxlamaqdır”.

Arutyunyanın blefi də ortadadır. Bir yandan, deyir Dağlıq Qarabağ konflikti çox dərin konfliktdir və yaxın zamanda həll edilməyəcək, o biri yandan isə iddia edir ki, “biz Qarabağ məsələsini artıq həll etmişik”.

Üçüncü yandan, onun Bakını “İsgəndər” raketləri ilə hədələməsi də yersizdir. Çünki Moskva “İsgəndər”dən istifadə iznini özündə saxlayır. Yəni erməni istədiyi vaxt ondan istifadə eləmək hüququna malik deyil. Bunu da işin içində olanlar bilir.

*****

Eləcə də son vaxtlar həm Ermənistanın müdafiə naziri David Tonoyanın, həm də baş nazir Nikol Paşinyanın tezliklə Rusiyadan 4 müasir Su-30 SM qırıcısı, ardınca daha bir neçəsinin alınacağı barədə eyforik açıqlamaları gerçəyi əks etdirmir və belə görünür ki, sırf daxili auditoriyaya ünvanlanıb. Bu da növbəti dəlil-sübut.

“Söhbət Su 30-ların alınmasından yox, Ermənistanda (Erebunidə - red.) yerləşən Rusiya aviabazasının silahlarını yeniləməkdən gedir. Hələ ki İrəvana qırıcılar satılması söhbəti getmir. Mən bilmirəm, belə məlumatlar haradan qaynaqlanır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am erməni saytına müsahibəsində tanınmış rusiyalı siyasi və hərbi ekspert Aleksandr Perenciyev deyib.

“Mən Ermənistanın müdafiə nazirinin bəyanatından xəbərdaram. Ancaq o, hələ ki arzusunu gerçək kimi təqdim edir. Aydındır ki, belə bəyanatlar Ermənistanda yaxşı səslənir. Hamı Ermənistan müdafiə nazirindən sitatlar gətirir, ona inanırlar. Ancaq mən Rusiyadayam və bilirəm ki bu yalnız quru sözdür. Hələ ki biz nə Ermənistana, nə də hansısa başqa ölkəyə qırıcı satmağa hazırlaşmırıq”, - deyə o qeyd edib.

Rusiyalı hərbi mütəxəssisin sözlərinə görə, Moskva, ümumiyyətlə, bu məsələdə həbi-siyasi yanaşmaya, yəni nə Ermənistana hücum xarakterli texnika verməməyə üstünlük verir. “Mən bilirəm ki, həqiqətən Ermənistana və Azərbaycana təyyarələr verməmək barədə qərar var. Deməzdim ki, bu yasaq edilib. Ancaq ən azından dondurulub. Hərçənd Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz İrəvana istənilən havadan müdafiə sistemi verə bilərik. Bununla bağlı problem yoxdur. Amma zərbə, hücum xarakterli hərbi texnikanı nə Azərbaycan, nə də Ermənistana tədarük etməyəcəyik. Bəli, bu, hərbi-siyasi yanaşmadır”.

Necə deyərlər, Paşinyanın, Tonoyanın daha bir yalanı çıxır, lovğalanmağa əsas qalmır...
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR