“Standart Sığorta” şirkəti polis işçisini aldadıb - GİLEY

16:40 13.05.2019 470
“Standart Sığorta” şirkəti polis işçisini aldadıb - GİLEY

“Sizi sığorta şirkətindən narahat edirik. Avtomobilinizi ən ucuz bizdə sığortalatdırın”.

Bu sözlər avtomobil sahiblərinin az qala gün ərzində bir neçə dəfə aldığı telefon zəngində eşitdiyi sözlərdir. Vay o gündən ki, avtomobilinizlə qəzaya düşəsiniz, yaxud sizin olmadığınız şəraitdə avtomobiliniz diqər nəqliyyat vasitəsi tərəfindən xəsarət görsün. Sığorta vaxtı yağışdan sonrakı göbələk kimi çıxan sığorta şirkətləri “yağlı əppək” olub yoxa çəkilirlər.

Elə bu günlərdə polis əməkdaşı olan vətəndaş Əlimanov Samir İsrafil oğlunun başına gələn hadisədəki kimi. Modern.az-a müraciət edən S.Əlimanov bildirir ki, aprelin 9-da adi günlərdə olduğu kimi, 99XX579 nömrəli BMW markalı şəxsi avtomobililə işə gedib. Öz avtomobilini Naftalan İstirahət Mərkəzinin həyətində saxlayan S.Əlimanov xidməti avtomobillə işə başlayıb. İşdə olduğu müddətdə həmkarı Fərhad Rzayev Rafiq oğlu tərəfindən ona zəng gəlib və təsadüf nəticəsində avtomobilinə xəsarət yetirdiyini, hadisə yerinə öz avtomobilini (10 SO 111 nömrəli) sığortalatdırdığı “Standart Sığorta” şirkətini çağırdığını deyib. Qeyd edək S.Əlimanov hadisə yerinə çatana qədər sığorta şirkəti orada olub. Hadisəni qiymətləndirib, zərəri müəyyən edəcəklərini bildiriblər. “Standart Sığorta” araşdırma aparıb və zərərin 700 manat olduğunu təsdiqləyib. S.Əlimanov avtomobilinə dəyən ziyanın 1000 manat olmasına baxmayaraq, şirkətin müəyyən etdiyi məbləğə razılaşıb. İş icra olunma ərəfəsində “Standart Sığorta” verdiyi qərarı dəyişərək, qəzanı qeyri-real zəmində baş verən hadisə kimi qiymətləndirib və məbləği ödəməkdən imtina edib.

Zərərçəkən hadisənin videogörüntüləri olduğu halda, qeyri-real kimi qiymətləndirilməsinin doğru olmadığını bildirsə də, şirkət bununla razılaşmayıb.

“Standart Sığorta” şirkətinin PR meneceri Aysel İsmayılova ilə əlaqə saxlayıb, məsələ barədə məlumatlandırdıqda, gün ərzində bizə açıqlama verəcəyini bildirsə də, 4 gündür zənglərimizə cavab vermir...

Ekspertlər bildirir ki, qanunsuz endirimlərdən yararlanmaq sığortalının sığorta təminatını sual altına qoyur. Belə ki, təyin olunmuş sığorta haqqından daha aşağı məbləğə icbari sığorta əldə edən sürücülər bilməlidir ki, gələcəkdə sığorta hadisəsi baş verdiyi halda, sığorta şirkəti onların tələbini təmin etməyə bilər. Bir sıra hallarda bəzi sığorta vasitəçiləri fürsətcil və tamahkar davranış nümayiş etdirərək, vətəndaşa icbari sığorta satarkən sığorta şirkətinin məlumat sisteminə müştərinin sığortalamaq istədiyi avtomobilini deyil, eyni markadan olan daha aşağı mühərrikli avtonəqliyyat vasitəsinin məlumatlarını daxil edir və nəticədə müqavilə üzrə daha kiçik sığorta haqqı məbləği formalaşır. Məlumatların sistemə daxil edilməsi vətəndaşın iştirakı ilə baş vermədiyindən, sığorta vasitəçisi bu məbləği məhz endirimli məbləğ kimi qələmə verir və bu da ilk baxışdan vətəndaşı qane edir. Məhz bu sığorta vasitəçisindən aldığı icbari sığorta digərlərinə nisbətən daha münasib təsiri bağışlayır. Lakin bu məmnunluq ilk sığorta hadisəsi baş verənədək davam edir – hadisə baş verən zaman sığorta tələbini araşdıran sığorta şirkəti tərəfindən müqavilə məlumatlarının reallıqla uyğun gəlmədiyi aşkar olunur və bununla da vətəndaşın sığorta tələbi böyük sual altına düşmüş olur.

İcbari sığorta bazarında endirimlərin kütləvi şəkildə təklif edilməsi hesabına yaranan haqsız rəqabətin qarşısının alınması, eləcə də sığorta ödənişlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə icbari sığorta haqlarına hər hansı endirim və ya güzəştlərin təklif edilməsi həm Qanunla, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığortaçılara və vasitəçilərə edilən çoxsaylı xəbərdarlıqlarla qadağan edilib. Amma görünən odur ki, qadağaya riayət etməyənlər varmış...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...