Impera
XƏBƏR LENTİ
17:11Azərbaycan buğda idxalını 28% artırıb17:04“Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub - Nəhayət, gömrükdən şikayətlərə normal reaksiya verildi16:56Mehdi Səlimzadə bu rayona başçı gətirilir - İDDİA16:47"Bütün bunların isə ən böyük zərbəsi yenə də təhsilimizə dəyir"16:40Fədayə Laçının məhkəməsi təxirə salındı16:30İlham Əliyevdən SƏRƏNCAM16:19Problemli kreditlər üzrə kompensasiyalarla bağlı YENİ XƏBƏR - 700 milyon manat16:07Ərdoğan Azərbaycan ordusunun təlimini izləyəcək15:57Şəmkirdə icra başçısının “fərasəti” sayəsində insanların torpaqları əlindən çıxır - İTTİHAM15:15Ağcabədidə şəhid ailəsinə qarşı sayğısızlıq... - GİLEY14:37Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival təşkil ediləcək14:08Qarabağ klanı Paşinyanı dalana dirəyir - Köçəryan kartı ətrafında oyunlar...13:46İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM13:07Bakıda kişi ailə üzvləri olmaqla 4 nəfəri bıçaqlayıb qaçdı - ÖLƏN VAR12:50Biləcəridə harın əməl- restoran müdiri əhaliyə parkda gəzməyi qadağan etdi+FOTO12:28"Amma haqsız pul tələbidir axı..." - Gömrükdən GİLEY11:56Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı11:32Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO11:14"Okean" avtosalonuna qarşı ittiham - Baş prokurora müraciət olundu10:49Yerevanda bütün məhkəmələrə giriş-çıxış bağlanıb10:36Əcnəbilərlə nikaha girən 797 azərbaycanlı boşanıb - RƏSMİ10:23Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib10:05Cəbhədən YENİ XƏBƏR21:08Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO21:04"Məni vəzifəyə qoysalar da getmərəm…" - Əli Əlirzayev21:01Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir20:532019-cu ildə ən gəlirli sahə turizm olacaq11:07Azərbaycanda təmassız ödəniş kartlarının sayı və elektron ticarətin həcmi 2 dəfə artıb10:51Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi 25 dəfə pozub16:55DİN generalın qohumunun həbsi ilə bağlı məlumat yayıb16:42“Mən jurnalistlərə qıcıq oluram” - Təqaüdə göndərilən Ənvər Seyidovdan ƏCAİB AÇIQLAMA16:29Cavid Qurbanov 10 milyona, hökumət isə 1.2 milyona məsləhət alır: - BİR SÖVDƏLƏŞMƏNİN İZİ16:04"İnsan övladından necə imtina edə bilər?" - Azərbaycanlı model15:46Keçən il qlobal elektrik enerjisinin istehsalı üzrə xərclər azalıb15:26"Ölkədə inflyasiya müxalifətin iddia etdiyi dərəcədə deyil" - Baş nazirin müavini14:48Prezidentin Mətbuat Xidmətinin məlumatı14:25Vitse-spikerdən AzTV haqqında gözlənilməz sözlər: "Sonra anladım ki, səhv etməmişəm..."14:10Bakıda hərarət 30 dərəcəyə yaxınlaşacaq - Belə deyirlər...13:51Azərbaycanda psixoloqların maaşları artırılacaq13:36Ceyhun Bayramov bu məktəbə nəzər salmasa... - İDDİA13:00Cəmilə deputat olmaq istəyir: "Sizi ağ günə çıxardacam"12:46ABŞ bütün diplomatlarını İraqdan çıxarır12:40Zakir Həsənov: “Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə və qələbə ruhuna malikdir”12:25Gömrükdə vətəndaşın başına necə oyun açıblar... - İki ölkənin prezidentlərinə müraciət olundu12:11Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib YENİLƏNƏCƏK11:44Hotellər varlı insanlar üçün tikilir - Turizmin inkişafına mane olan səbəblər...11:11Əməkdar artist Aqşin Abdullayev Filarmoniyada konsert verib10:49Məmurlar "Allahın Evi"nə də tamah salıblar... - Beyləqanda10:38İrəvan-Qarabağ qarşıdurması dərinləşir: Müharibə üçün fürsət - TƏHLİL18:07“Traktor”dan möhtəşəm rekord: - 653 min azarkeş...17:52“Qapalı rejimə” keçən qurum: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xalqı narazı salır17:37Ərzaq məhsulları BAHALAŞACAQ? - İqtisadçı AÇIQLADI16:37Bakının mərkəzində BİABIRÇI MƏNZƏRƏ - VİDEO16:24İkinci “ANİMAFİLM” festivalına filmlərin və ssenarilərin qəbulu başlayıb15:41Səudiyyə Ərəbistanında dünyanı ŞOKA SALAN HÜCUM: - Pilotsuz aparatlarla...15:30“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”dan NARAZILIQ15:14İrəvanın “Su 30” yalanı, çevriliş blefi: - inqilabı ABŞ, yoxsa Rusiya edib?14:41İki nazirliyə müraciət etsə də... - VİDEOGİLEY14:01Eldar Əzizov Binəqədidə söküntü işlərinə başladı - FOTO13:30PFL rəmzi komandanı açıqladı13:03Dövlət Gömrük Komitəsində NÖVBƏTİ BİABIRÇILIQ - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb12:38“Ay Hacıbala, sənə 1000 manat verdim, sonra 5000 manat istədin” - Xətaidəki ağac QALMAQALI12:20Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə görən “AtaBank”dır”11:46Çin ABŞ-ın vergi siyasətinə qarşı müəyyən tədbirlər görəcək11:33Əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb10:59"Unibank" yenə də yolunu düz getmir... - İTTİHAM10:41Kukla Teatrının həftəsonu afişası...10:18Qarabağ klanı ilə Ermənistan hökuməti arasında ixtilaf dərinləşir - GƏLİŞMƏ10:055 aydır boş qalan posta onu gətirirlər? - İDDİA09:32Sahil Babayevin işçiləri əlili incidirlər... - GİLEY17:43Dərman içərək intihara cəhd edən şagirdin müəllimləri açıqlama veriblər16:40“Standart Sığorta” şirkəti polis işçisini aldadıb - GİLEY15:53Xaçmaza güclü dolu düşdü15:34Keçmişin “qara kassası” Heybət İmanov rüşvətxorların himayəçisi rolunda... - İTTİHAM15:10Dövlət Teatr Muzeyində “Mədəniyyətimizin keşiyində “ adlı fotosərgi açılıb14:54"Nə qədər ki, Pep buradadır, "Liverpul" çempion olmayacaq"14:28Bakının yeddi rayonuna yeni zibil konteynerləri qoyulub14:12Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM13:25Cahangir Əsgərov və digərlərinin qəpik-qəpik oğurladıqları milyonlar... - İTTİHAM13:14Daha bir keçmiş komsomolçu vəzifəsindən alınır... - İDDİA12:43“Bizə dedi ki, hər an təkrar qanaxma ola bilər, atanızı gətirin” - GİLEY12:29İrana qarşı metallurgiya sanksiyası: Bakıda evlər bahalaşa bilərmi? - TƏHLİL12:12Məşhur aktrisa vəfat etdi11:17“Emil 444”ün qətlini sifariş edənin görüntüsü yayıldı - FOTO10:54Neft şirkətində İsgəndər Şirəli erası bitsə də... - Oliqarxın kapitalı və qara əməlləri üzə çıxır10:40Musiqili Teatrda “Buratino” maraqla qarşılanıb10:31Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcəklər10:12Küveyt KİV-ləri Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə bu ölkədə keçirilən anım mərasimini geniş işıqlandırıb15:10DGK Çindən gətirilən malların qiymətini artırır? – Rəsmi14:54Sabah hava necə olacaq?14:41Sahil Babayevin işçiləri narazılıq yaradır... - GİLEY14:03Ermənistan vətəndaşı Nikol Paşinyanı məhkəməyə verdi13:25Gömrük Komitəsi ləğv olunmasa da... - TƏKLİF12:47Əmək və Əhalini Sosial Müdafiə Nazirliyindən şikayətə baxan yoxdur - GİLEY12:23Bura təhsil ocağıdır, yoxsa... - İTTİHAM12:04Gömrük Komitəsi və Vergilər Nazirliyinin birləşməsi yenidən gündəmdə... - Səfər Mehdiyev ofsaytda saxlanılır...11:37Musiqili Teatrda “Buratino” nümayiş olunacaq11:20Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı17:15Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR17:05Gömrük Komitəsi və Vergilər Nazirliyinin birləşməsi yenidən gündəmdə... - Səfər Mehdiyev ofsaytda saxlanılır...
BÜTÜN XƏBƏRLƏR

İrana qarşı metallurgiya sanksiyası: Bakıda evlər bahalaşa bilərmi? - TƏHLİL

13 May 2019, 12:29   
İrana qarşı metallurgiya sanksiyası: Bakıda evlər bahalaşa bilərmi? - TƏHLİL

ABŞ İranın metallurgiya sənayesinə sanksiya tətbiq etməyə başlayıb. Ağ Evin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, sanksiyalar İranın neftdənkənar ən böyük gəlir mənbələrindən biri sayılan metallurgiya sənayesinə investisiya qoyan, yaxud İranda istehsal olunan metallurgiya məhsullarını alan şirkətlərə şamil olunacaq.

ABŞ prezidenti Donald Trampın imzaladığı əmrlə bağlı Konqresə göndərdiyi izahat məktubunda qeyd olunur ki, qərar İranın nüvə silahı əldə etmək yönündə fəaliyyətlərini maliyyə mənbələrindən məhrum etməyə yönəlib. Sanksiyalar İran metallurgiya sektorunda işləyən, yaxud buradakı şirkətlərin səhmlərinə və digər qiymətli kağızlarına malik olan fiziki və hüquqi şəxslərə şamil ediləcək.

Trampın əmri metallurgiya sektoru üzrə İrandan əhəmiyyətli həcmdə məhsul və xidmət alanlara qarşı yönəlib. Daha dəqiqi, İranda dəmir, alüminium, polad və mis hasilatında, daşınmasında, satışında və nəqlində iştirakçı olan bütün fiziki və hüquqi şəxslər ABŞ-ın “qara siyahısı”na daxil ediləcəklər. Həmçinin bu şəxslərə hər hansı hüquqi, iqtisadi və maddi yardım edənlər də cəzalandırılacaq.

Azərbaycan İrandan polad, dəmir və alüminium məmulatları idxal edir. Ötən il İrandan armatur idxalı ətrafında böyük qalmaqal da yaranmışdı. Belə ki, ilin 9 ayında İrandan 120 min ton armaturun idxal olunması Azərbaycandakı istehsalçıları narazı salmışdı. Onların müraciəti əsasında İrandan idxal olunan armaturun gömrük rüsumuna cəlb olunan dəyəri bir ton üçün 200 dollardan 500 dollara qaldırılıb. Buna baxmayaraq, idxal əvvəlki həcmdə olmasa da, davam etdirilir. Armaturdan daha çox fərdi evlərin və binaların, eləcə də obyektlərin inşasında geniş istifadə olunur. Bəs İran armaturuna tətbiq edilən sanksiya, Azərbaycanda mənzil bazarına necə təsir edəcək?

“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, mövcud sanksiyaların Azərbaycanda mənzil bazarına təsir edəcəyini düşünmür: “Çünki alternativ bazarlar çoxdur. Rusiya, Ukrayna bazarı mövcuddur və eləcə də daxildə armatur istehsalı həyata keçirilir. Ancaq təbii ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir. Bu sanksiyalar təkcə onun istehsalçılarına və satışı ilə məşğul olan yerli kampaniyalara deyil, eyni zamanda, xarici kampaniyalara da xəbərdarlıqdır. Amerika Maliyyə Nazirliyi çox ciddi şəkildə bu sanksiyaların tətbiqini izləyəcək. Bəhs etdiyimiz sanksiyalara düşməmək üçün təbii olaraq, İran istehsalı olan bu məhsullardan imtina gərəkdir. Yaxud başqa bazarlarda eyniadlı məhsulları axtarmaq lazımdır. Olsun ki, armaturun qiymətlərində müəyyən qədər fərq olsun. Bu, 3-5 faizdən çox olmaz. Çünki bildiyimiz qədər İran armaturu daha ucuz idi ki, bunu alıb gətirməyə də təşəbbüs çox idi. Ancaq ciddi bir dəyişikliyin olacağı, qiymət artımına gediləcəyi inandırıcı deyil”.

ABŞ-ın sanksiyalarının uzun müddətli olub-olmayacağı məsələsinə gəlincə, ekspert aşağıdakıları söylədi: “İran neftini ixrac edən 8 ölkəyə sanksiya tətbiq edilməmişdi. Gözlənilirdi ki, may ayının 1-dən etibarən həmin ölkələrə də sanksiya qoyulacaq. Ancaq son məqamda Tramp bu sanksiyanı tətbiq etməkdən imtina etdi. Müvəqqəti olaraq o, bu sanksiyaların tətbiqini dayandırdı. Qeyd edilən proses nə qədər davam edəcəksə, bunu söyləmək çətindir. Qərara ancaq ABŞ-ın administrasiyası və İranın nüvə proqramlarını reallaşdırması ilə bağlı mövqeyi və digər faktorlar təsir edəcək. ABŞ 12 şərti irəli sürüb ki, bu şərtlərin də İran tərəfindən yerinə yetirilməsi, praktiki olaraq mümkün deyil. Çünki İranın Yaxın Şərqə öz mövqeyi və siyasəti var. Bu fonda İranın şərtləri qəbul etməsi də inandırıcı deyil. Həmçinin onu da nəzərə alaq ki, yuxarıda qeyd etdiyimiz 8 ölkə ilə bağlı sanksiyanın mayın 1-dən tətbiq olunacağı dəfələrlə vurğulanırdı və bu istiqamətdə sərt mövqe vardı. Ancaq görürük ki, bu, uzadıldı. Hazırkı şəraitdə metallurgiya sahəsinə tətbiq edilən sanksiyaların nə qədər uzadılacağını söyləmək çətindir. Bu, ABŞ-ın Yaxın Şərqdəki siyasəti və yuxarıda da qeyd etdiyimiz kimi, İranın nüvə siyasətindən asılı olacaq. Ona görə də burada zamanın faktorlara bağlılığı əsasdır. Qabaqdan fikir söyləmək çətin məsələdir. Bunu heç kim söyləyə bilməz. Çünki elə situasiya yaranar ki, Tramp sanksiyaları geri götürər. Yaxud daha da ağır sanksiya tətbiq edər. Mövcud vəziyyətdə hansısa proqnoz irəli sürmək mümkün deyil”.
OXŞAR MÖVZULAR