Keşikçidağ qalmaqalı: Gürcüstan indi nə istəyir? - TƏHLİL

12:06 8.05.2019 516
Keşikçidağ qalmaqalı: Gürcüstan indi nə istəyir? - TƏHLİL

Ermənistan və Gürcüstan Azərbaycan hesabına dövlət olub.

Bu aksiomadır və isbata ehtiyacı yoxdur. Tarixə qısa səyahət kifayət edər ki, deyilənləri əyani şəkildə görmək mümkün olsun. Ermənistanla məsələ tam olaraq aydındır. Çünki Qafqazda bu adda dövlət olmayıb və Ermənistanın paytaxtı olan İrəvan belə tarixi Azərbaycan torpağıdır. Hazırda Gürcüstan sərhədləri daxilində olan ərazilərin də bir çoxu qədim Azərbaycan əraziləridir. Məsələn, 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən devrilməsindən sonra bu ərazilərimiz Gürcüstana verilib:

1.Cüyür meşəliyi - 5000 ha (Zaqatala quberniyası) - 1924
2.Şirək çölü -18000 ha (Zaqatala quberniyası) - 1924
3.Eldar düzü -16387 ha (Samux mahalı) - 1929
4.Vaşlovan və Buğa - 8376 ha (Gəncə) - 1926
5.İorri - 8577 ha (Samux mahalı) - 1926
6.Çatma çölü - (Qazax qəzası) - 12890,85 ha - 1926
7.Aramdərə və Bodbi pay torpaqları (Qazax qəzası) - 1927
8.Keşikçidağ rayonu (Qazax qəzası) - 2884,2 ha - 1929

Ancaq hələ də Ermənistan və Gürcüstandakı bəzi dairələr Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir. Gürcüstan tərəfindən son Keşikçidağ qalmaqalından sonra bu məsələ bir daha gündəmə gəlib.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Gürcüstan tərəfi Azərbaycanın etdiyi yaxşılıqları unutmamalıdır:

“Azərbaycan Gürcüstanı bir dövlət kimi süquta uğramaqdan qoruyub. Azərbaycanın 1988-ci ildən bu yana 20 faiz torpağı işğal olunub. Bu, sonuncu işğal faktı deyil. XX əsrdə dəfələrlə Azərbaycan torpaqları Ermənistana verilib. Bu proses bu gün də davam edir. Təbii ki, belə olduğu təqdirdə, Gürcüstan da bu cür vəziyyətdən yararlanmağa çalışır. Ona görə də bu məsələlərə bir qədər qarşılıq verilməlidir və çox sərt siyasət yürüdülməlidir. Bu gün Azərbaycan dövləti Gürcüstana yerini göstərməlidir. Başa salınmalıdır ki, 2008-c ilin avqust hadisələri zamanı Rusiya artıq Tiflisin bir neçə kilometrliyində olanda Gürcüstan dövləti tamamilə süqut etmək ərəfəsində idi. Belə bir strateji məqamda onlara hava-su kimi lazım olan addımları yalnız Azərbaycan dövləti atdı. Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə Azərbaycan bütün növ enerji daşıyıcılarını onlara su qiymətinə verdi. Ərzaq və digər vacib məhsulların Gürcüstana təcili qaydada verilməsi də məhz Azərbaycan tərəfindən edildi. Baxmayaraq ki, Rusiya bu yöndə Azərbaycan dövlətinə çox ciddi şəkildə təzyiq edirdi. Rusiyanın təxribatı ilə Gürcüstan meşələrində kütləvi şəkildə yanğın hadisələri törədilmişdi. Tiflis bu yanğını söndürməkdə sadəcə olaraq, aciz duruma düşmüşdü. Belə bir strateji məqamda da Gürcüstanın köməyinə gedən, meşələrdəki yanğını söndürən Azərbaycan oldu. Ona görə də bu cür hadisələr Gürcüstanın qarşısında qoyulmalıdır”.

N.Miri hesab edir ki, Azərbaycan Gürcüstana sərt üzünü göstərməlidir:

“Nədənsə, Ermənistan və Gürcüstan kimi dövlətlər “xristian həmrəyliyi”ndən istifadə edərək zaman-zaman Azərbaycanın torpaqlarına göz dikirlər. Düşünürlər ki, təzyiqlə, Qərbin dəstəyi ilə bu torpaqları çox rahat şəkildə Azərbaycandan ala biləcəklər. Ona görə də Azərbaycan bu istiqamətdə “qırmızı xətti”ni ortaya qoymalı və Gürcüstanı cəzalandırmalıdır. Gürcüstan Azərbaycanın iki alayının qarşısında davam gətirə bilməyəcək qədər aciz bir dövlətdir. Azərbaycanın enerji daşıyıcılarından və digər məhsullarından asılı olan Gürcüstan, bu gün bizə ərazi iddiası edirsə, bu, bizim yumşaq davranmağımızdan irəli gəlir. Azərbaycan bu istiqamətdə çox qətiyyətli bir siyasət yürütməlidir. Gürcüstanın qarşısında konkret dəlillər qoyulmalı, bu ölkə yerində oturdulmalıdır”.

Natiq Miri sonda Gürcüstanın təhlükəsizlik məsələsində də Azərbaycan və Türkiyədən asılı olduğunu vurğulayıb:

“Bu məsələlər mütləq mənada Gürcüstanın yadına salınmalıdır. Azərbaycan daha qətiyyətli addımlar atmalıdır. Bunun üçün həm tarixi, həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın əlində çox ciddi amillər mövcuddur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış