Gəncədə məmur məmuru dövlətin rəmzi adlandırır... - QALMAQAL

11:53 7.05.2019 564
Gəncədə məmur məmuru dövlətin rəmzi adlandırır... - QALMAQAL

Çoxsaylı oxucularımızın diqqətinə onu çatdırmaq istəyirik ki, təqribən üç-dörd gün bundan öncə Gundemxeber.az saytında, Gəncə şəhərində 37-ci ilin repressiya qurbanlarından biri olan İbrahim Abdulla oğlu Eminbəylinin adını daşıyan parkda qol qoyulan olmazın hoqqalarla bağlı tənqidi açıqlama dərc etmişdik.

Yazıb onu qeyd etmişdik ki, bu gün gəncəlilər Eminbəylinin adını daşıyan parkı, vaxtilə inşa olunmuş və hal-hazırda da fəaliyyət göstərən “İzmir kababxanası”nın adı ilə daha yaxşı tanıyırlar. Parkın dörd tərəfində ayrı-ayrı şəxslərə məxsus obyektlər fəaliyyət göstərir ki, onlardan biri də Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevə məxsus "AL market"dir. Bundan əlavə, "AL market"lə üzbəüz ərazidə bu şəxsə məxsus bir çox obyeklər də fəaliyyət göstərməkdədir. Adı çəkilən vəzifə sahibinə məxsus olan və xarici dil hazırlıq kurslarında dərs keçmək məqsədilə inşa olunmuş obyekt isə, yolun mühafizə zolağında inşa olunub. Bu da istər piyadaların, istərsə də nəqliyyat vasitələrinin hərəkəti zamanı çoxsaylı problemlərin əmələ gəlməsinə səbəb olmaqdadır.

Bu günlərdə isə, əməkdaşımız Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Elnur Rzayevlə bağlı daxil olmuş başqa bir məsələni araşdırmağa çalışarkən, o, olduqca maraqlı və hər kəsi şoka sala biləcək situasiya ilə üz-üzə qalır. Yəni, məsələnin maraqlı və təəccüb doğuran tərəfi o olur ki, əməkdaşımız İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Həsən Məmmədovla əlaqə saxlayıb, ondan məsələlərə münasibət bildirməsini xahiş etdikdə, həmin vaxt o, tarixin canlı salnaməsinin üzərindən keçərək qarşı tərəfin maraqlarının qorunması yöndə çıxış edir. Hələ bu azmış kimi o, Elnur Rzayevi dövlətin rəmzi adlandırmaqdan da çəkilnmir. O halda ortaya belə bir sual çıxır ki, Azərbaycan Respublikasının ikinci böyük şəhərində şöbə müdirinin müavini vəzifəsini daşıyan Həsən Məmmədovun, dövlətimizin rəmzləri haqqında elementar təsəvvürə malik olmamasına səbəb nədir? Axı, adı çəkilən bu şəxsin daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil. Çünki, Həsən Məmmədov ŞİH Aparatının aparıcı şöbəsində çalışdığından, o, ən azından bilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində qeyd olunub ki, “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və himni, həm də Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir”. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən Həsən Məmmədov belə bir “ixtira”sını nəyə və hansı mənbəyə əsaslanaraq açıqlayır və nə vaxtdan dövlət qurumunda çalışan məmur dövlətin rəmzi hesab olunur?



Bundan əlavə, əməkdaşımız Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevlə bağlı olayı da araşdırmağa çalışarkən, o, hər kəsi şoka sala biləcək başqa bir mənzərə ilə də üz-üzə qalır. Yəni, məsələnin maraqlı və təəccüb doğuran tərəfi o olur ki, Həsən Məmmədov bu məsələdə də qarşı tərəfin maraqlarının qorunması yöndə çıxış edir. Belə ki, Gəncə sakini Əliyeva Nəsibə Musa qızı yazılı ərizə ilə Gundemxeber.az saytının əməkdaşına müraciət edib, illər öncədən üz-üzə qaldığı problemin ictimailəşdirilməsini ondan xahiş edir. O, yazmış olduğu müraciətində vaxtilə Kəpəz rayonu ərazisində inşa etdirdikləri, amma sonradan iki dəfə tikilib sökülmüş tikintinin yenidən əlavə olaraq sənədləşməsi üçün 5 (beş) min manat rüşvət verdiklərini, bu gün isə həmin pulu geri ala bilmədiklərinin vurğulayır. Elə ki, əməkdaşımız məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədovla bir daha əlaqə saxlayır və ondan problemlərin varlığına aydınlıq gətirməsini xahiş edir, o halda qarşı tərəf əməkdaşımızı şər-böhtan yazmaqda ittiham etməkdən də çəkinmir. Hətta o, bir qədər “sərhəd”di keçərək “sən kimin sifarişi əsasında məqalə hazırlayırsan və niyə də hazırlamalısan” deyə ona bir neçə sual da verir. Belə bir yanaşmanın varlığı onu sübut edir ki, adı çəkilən vəzifə sahibinin KİV haqqında Qanunun tələblərindən də xəbəri yoxdur. Yəni, bu şəxsin həmin Qanundan xəbəri olsaydı, o halda o, əməkdaşımıza belə bir sualı heç bir halda ünvanlamazdı. Onu da unutmaq olmaz ki, Həsən Məmmədovun Gundem xeber.az saytının xanım əməkdaşı Mehriban Əzizqızına qarşı kobud davranışı, heç də sonuncu hal deyil. Bu özbaşınalıqlarla bağlı yazı, hətta xanım jurnalistin ölkə başçısına müraciəti belə olmuşdu. Yəni əldə etdiyimiz məlumatlara görə, adı çəkilən vəzifə sahibinin xanım əməkdaşa qarşı gərgilədiyi münasibət sabiq icra başçısı zamanında necə idisə, bu gün də oxşar qaydada davam etməkdədir. Görünür ölkə başçısının tövsiyyə və iradlarını Gəncə şəhərinin bəzi məmurları, əsasəndə Həsən Məmmədov saya salmayaraq, o dövlətin deyil, bəzi ona xeyri dəyən məmurların mövqeyini açıq aşkar qoruyaraq saya salmır. Əgər saya salınsaydı, o halda xanım əməkdaşımız müəyyən mənada təhdid olunmazdı. Məsələ ilə bağlı əməkdaşımız Gəncə şəhər İcra Hakimiyyəti başçısının köməkçisinə müraciət edib, bir daha belə bir halların təkrarlanmaması üçün Niyazi Bayramovla görüşmək istəsə də, ona “İcra başçısı xarici qonaqlarladır, vaxtı yoxdur, sizi qəbul edə bilməyəcək” deyə cavab verilir. Belə çıxır kı, yenə də Gəncədə “köhnə hamam, köhnə tasdır. Məsələ ilə bağlı əməkdaşımızın fikrini dinlədik, o halda o, bildirdi ki, “Gəncədə baş verən məlum hadisələrdən sonra, yenə bəzi məmurlar vətəndaşlara qarşı haqsız, kobud davranmaqda davam edirlər. Məmurlar anlamırlar ki, məmur vətəndaşa qarşı haqsızlıq edərək sayqısız davranırsa , vətəndaş qarşısına “Çin səddi” çəkən məmurdan deyil, dövlətdən , Prezidentindən narazı qalır. Görünür məmurlar şəxsi maraqlarını dövlətin maraqlarından üstün tuturlar. Bizim , yəni "Gündəm xəbər"in apardığı mübarizə, məhz bu qəbildən olan məmurlara qarşı yönəlik mübarizədir.

Ulu Öndərin jurnalistlər haqqında dediklərini bir daha yada salaq. Bəli, bu gün jurnalistin əsas vəzifəsi ölkə başçısının yerlərdə görə bilmədiklərini ona səlis, olduğu kimi çatdırmaqdır. Bu belə olduğu halda icra hakimiyyəti rəsmisinin həqiqəti görməməsi, həqiqətə istehza ilə yanaşması yolverilməz haldır. Gəncə ŞİH Aparatı əməkdaşının belə bir cavabları, belə bir davranışı və yanaşmasının varlığı, daha çox isə məmuru dövlətimizin rəmzi adlandırması, birbaşa hər kəsi təəccüb edən halların varlığından xəbər verir. Əslində belə bir vəzifə sahibləri həm daşıdıqları vəzifələrinin mahiyyəti, həm də ümumi dövlətimizə aid olan terminlər, bəzi açıqlamalar və s. haqda müəyyən bilgilərə malik olmalıdırlar. Belə bir bilgilərdən xəbərsiz olan istənilən vəzifə sahibinin bu kimi danışıqları onların ümumi savadının səviyyəsini ortaya qoymuş olur. Odur ki, ...
Mövzu diqqətimizdədir.
GundemXeber.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ