Bank vətəndaşları yalançı reklamla aldadır - Qanunlar belə pozulur...

11:41 7.05.2019 481
Bank vətəndaşları yalançı reklamla aldadır - Qanunlar belə pozulur...
Dollar kreditlərinə görə artıq ödəniş etmiş vətəndaşların pulunun özlərinə qaytarılması banklarda qələbəlik yaradıb. Vətəndaşlar onlardan artıq alınan pullarını geri almaq ümidi ilə banklara axışır, sıxlıq yaranır. Belə növbələrdə boş-bekar gözləyən vətəndaşlar bankların reklam bukletləri ilə tanış olmaq fürsəti də qazanırlar.

“Bank VTB”də də uzun növbələrdən müştəri tutmaq üçün istifadə olunur. Bu da təbiidir. Bankın “Neftçilər” metro stansiyası yaxınlığındakı filialında da hər gün sıxlıqdır. Orada da reklam bukletləri “gəl-gəl” deyir. Məsələn, “10 min AZN-dək nağd pul krediti; Yeni başlanğıclara 9 faizlə start verin!” reklam bukleti əslində müştərinin cəlb edilməsidir. Əgər vətəndaş 36 aylıq kredit götürəcəksə, o pulun böyük hissəsini dünyanın heç yerində olmayan bir faiz dərəcəsi -26 faizlə ödəməli olacaq.

Reklam bukletində kreditin yalnız şəxsiyyət vəsiqəsi ilə veriləcəyi göstərilir. Bakı, 2 digər şəhər və 1 rayon istisna olmaqla, ölkənin digər şəhər və rayonlaırn sakinləri kampaniyadan istifadə etmək üçün Bakıda qohum-qardaş tapmalı, onların evlərinin sənədlərini aparıb banka təqdim etməlidirlər. Bundan başqa, nağd pul krediti reklam bukletində yazıldığı kimi, tək şəxsiyyət vəsiqəsi ilə deyil, iş yerindən aylıq əmək haqqı haqda arayışa əsasən verilir. Bank operatoru internet üzərindən dəqiqləşdirici yazışmada adi 9 faizlik olan kreditin verilməsi üçün tələblərin belə olduğunu qeyd edir: “Kredit - 10 000 AZN təşkil edir. 5000 AZN-dən yuxarı sorğuda zamin tələb olunur. Kredit 6 aydan 36 aya qədər verilir. Bank tərəfindən keçirilən ”Start" kampaniyası çərçivəsində 15.04.2019 - dən etibarən illik faiz dərəcəsi 9 % təşkil edir. Təklif 15.07.2019-dək qüvvədədir. Növbəti aylar üçün illik faiz dərəcəsi 24% təşkil edəcək, bank komissiyası isə 2% təşkil edir. Yaş həddi qadınlar üçün 21-60 yaş, kişilər üçün 21-65 yaş təşkil etməlidir. Ümumi staj 1 ildən az olmamaq şərti ilə, sonuncu iş yerində staj minimal - 6 ay olmalıdır. Qeydiyyat tələb olunur: Bakı ş., Sumqayıt ş., Xırdalan ş. və Abşeron r-nu. Qeydiyyat rayona və yaxud digər şəhərə olduqda, Bakı ş., Abşeron r., Sumqayıt ş., Xırdalan ş. və ya Abşeron r-da öz adınıza və yaxud atanızın, ananızın, həyat yoldaşınızın, övladlarınızın adına mənzil və ya ev olsun. Həmin evin və ya mənzilin çıxarışı, orderi, texniki pasportu, tikiliş üçün icazəsi olan sənədlərdən hər hansısa biri təqdim olunmalıdır. Krediti əldə etmək üçün lazım olan sənədlər:

1) Vaxtı keçməmiş şəxsiyyət vəsiqəsi;

2) İş yerindən arayış və yaxud son 6 ayın əmək haqqının çıxarışı (iş vəsiqəsi ilə bir) təqdim olunmalıdır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a dedi ki, bu məsələdə açıq-aşkar qanun pozuntusu var: “”Reklam haqqında Qanun"un 33-cü maddəsi konkret olaraq maliyyə, bank, sığorta, investisiya xidmətlərinin və qiymətli kağızların reklamı ilə bağlıdır. Həmin maddənin 4-cü bəndində konkret olaraq deyilir ki, istehlak kreditlərinə dair reklamda kreditin xərci ilə bağlı məlumat verildikdə istehlakçı aşağıdakılar barədə məlumatlandırılmalıdır. Kreditin ümumi xərcinə daxil istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinə hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər; kreditin müddəti; kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ; kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi. Bu tələblərə uyğun olaraq belə reklamlardakı məlumatlar digər məlumatlardan kiçik ölçüdə olmayan və aydın şəkildə oxuna bilən şəkildə yazılmalıdır. Hazırkı reklam bukleti “Reklam haqqında” Qanunun tələblərini pozur.

Faktiki illik faizlə bağlı tələblər haqda məlumat verilmir. Bankdan kredit alan şəxsə illik nə qədər faiz ödəyəcəyi haqda konkret məlumat verilməlidir. Yazır kı, 9 faizlə 10 min kredit veririk. Neçə ayı 9, neçə ayı 26 faizlə verirlər, bunu konkret yazmalıdırlar. Bu, müştərini cəlb etmək üçün aldatmaqdır. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi “Reklam haqqında” qanunvericiliyin pozulması adlanır. Əmtəələr, işlər, xidmətlər haqqında və yaxud onların istehsalçıları, icraçıları, satıcıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər - bu halda bank 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir. Bank qanunu pozduğuna görə cərimə edilməlidir".

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı “Bank VTB” rəsmilərinin mövqeyini öyrənməyə çalışıb. Əməkdaşımıza bildirlib ki, marketinq şöbəsində Nigar Kərimova yalançı reklamla bağlı məsələyə aydınlıq gətirəcək. N.Kərimova isə redaksiyamızla əlaqə saxlamayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”