Gəncənin təhsil müdiri, CEYRAN KƏMƏRİ VƏ QƏMƏR GƏLSİN MAHNISI

14:24 6.05.2019 578
Gəncənin təhsil müdiri, CEYRAN KƏMƏRİ VƏ QƏMƏR GƏLSİN MAHNISI

Son vaxtlar məktəblərdə baş verən neqativ hallarla bağlı xırda bir araşdırma aparanda ölkəmizin ikinci paytaxtı Gəncə şəhərinin Təhsil idarəsi haqqında mediada yayılan xəbərlər diqqətimi cəlb etdi.

Mediada yayılan xəbərlərdə Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun adı saxta atestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə hallanıb. Hətta Gəncənin “Baş müəllimi”nin adı siyasi xəyanətdə də çəkilir.

Bütün bunlar azmış kimi Zakir Hüsüynov Ağır Cinayətlər Məhkəməsində şahid və zərərçəkən kimi ifadə verib. O məhkəməyə verdiyi ifadəsində bildirib ki, İkram Rəhimov adlı jurnalist ona zəng edərək onun haqqında məlumat dərc edəcəyini deyib. Bu səbəbdən də o məcbur olub İkram Rəhimova müəyyən vaxtlarda pul verib.

Əlbəttə, mediada yayılan bu xəbərlərin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik. Amma atalar demişkən, od olmasa tüstü çıxmaz və inək göz eləməsə, buğa, daha doğrusu jurnalist məmuru təhdid edə bilməz. Görəsən, Zakir Hüseynov niyə və nə üçün bir neçə dəfə jurnalistə pul verib?

Həm də Gəncənin “Baş müəllimi”nin adının belə rüsvayçı işdə hallanması istənilən halda adama başucalığı gətirmir.

Amma bütün bunlar bizim üçün maraqlı deyil. Bizim üçün maraqlı olan fəlsəfə doktoru Zakir Hüseynovun yazdığı kitabdır. Kitabın adı belədir: ““Heydər Əliyev və məktəb riyazıyyatı”.

Sözün düzü, Heydər Əliyevə real tarixi-siyasi qiymət vermək üçün gərək müəllifin “razmer”i ilə mərhum Ulu Öndərin miqyası arasında az-çox uyğunluq, mütənasiblik olsun. Əks təqdirdə yazılan kitablar məddahlıqdan o yana keçməyəcək.

Bir müddət əvvəl Şahlar adlı bir tanınmış elm xadimi də “Fizikanın tədrisində Heydər Əliyev irsinin rolu” adlı bir kitab yazmışdı. Görəsən, böyük siyasi qrossmeyster olan Heydər Əliyevin fizikanın tədrisi ilə nə əlaqəsi ola bilər?

Ədalət naminə qeyd edək ki, Heydər Əliyev sağlığında belə hallara qarşı çox kəskin mövqe bildirirdi. Yaxşı yadımdadır akademik Fərəməz Maqsudov mərhum prezidentə akademik adı verilməsi ilə bağlı təklif səsləndirəndə cənab Heydər Əliyev ona yumorla çox kəskin cavab vermişdi. Heydər Əliyev öz miqyasını gözəl bilirdi və başqalarını da layiq olduğu dərəcədə dəyərləndiridi. Bu gün hansısa deputat təklif edir ki, Qaradağ rayonunun adını dəyişib Heydər Əliyev adlandıraq. Cənab deputat öz “razmer”i ilə Ulu Öndərin miqyasını səhv salır və başa düşmür ki, Heydər Əliyevin miqyası bir rayona sığacaq deyil.

Sözün qısası Zakir müəllimin kitabı, daha doğrusu kitabının adı bu mövzuda diqqətimizi cəlb etdi. Və onunla telefon əlaqəsi saxlayıb kitabın adına bir aydınlıq gətirməsini xahiş etdik.

Cənab müəllif telefon söhbətində bizə bildirdi ki, Bakı-Ceyhan kəmərinin memarı Heydər Əliyevdir: “ Mən kitabımda kəmərini uzunluğu ilə bağlı şagirdlərə riyazi sual verirəm.Və Heydər Əliyevlə məktəb riyaziyyatını əlaqələndirirəm”.

Bu məqamda yadıma bir çayxanada baş verən əhvalat düşdü.

Bakı-Ceyhan kəməri kəməri çəkiəndə bir aşıq çayxanada sazı sinəsinə basıb, “Qəmər gəlsin” mahnısını “Kəmər gəlsin” kimi ifadə edirdi. Aşığı haradasa başa düşmək olar. Amma ölkənin ikinci paytaxtının təhsilinə rəhbərlik edən və ixtisasca riyaziyyatçı olan şəxsi başa düşmək çox müşküldür.

Sonda üzümü Heydər Əliyevlə bağlı kitab yazanlara Məmməd Arazın misraları ilə cavab vermək istəyirəm:

Bir AĞIL-ın budağından sallanıb,

Neçə-neçə AĞLI-DAYAZ yaşayır.

Sallanın, cənablar, bəylər ! Amma primitiv yazılarınızla O-nun budaqlarını sındırmayın. Sadəcə, ayıbdır. \\Nuh
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu