"Həkimlər qızımı əziyyətlə öldürüblər" – Burun əməliyyatında ölən qızın atası

12:21 6.05.2019 500
"Həkimlər qızımı əziyyətlə öldürüblər" – Burun əməliyyatında ölən qızın atası

"Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib"
İndi gənc qızlar arasında yeni zərərli adətlər ortaya çıxıb. Hər cəhətdən sağlam həyat sürmək əvəzinə, bir-biri ilə bəhsə girərək, estetik əməliyyat eşqinə düşürlər. Bunun üçün özlərində qüsur axtarır, hansısa aktrisaya, müğənniyə bənzəməyə çalışırlar. Belə olanda ailəni yola gətirib əməliyyat stoluna asanlıqla uzanırlar. Halbuki rinoplastika-burun estetik əməliyyatları heç də asan tibbi müdaxilə deyil. Hər halda mütəxəssislər belə deyirlər. Həkim axtarışına çıxan pasiyentlərin hədəfi istədiyinə nail olmaqdır. Çox az hissəsi əməliyyat və həkimlər barədə ətraflı məlumatla tanış olurlar. Bir çox həkimlər isə maddi maraq qarşısında həkimlik məsuliyyətini unudaraq, lazım oldu-olmadı, əməliyyatlara hər zaman hazırdırlar. Səhiyyədə baş alıb gedən nəzarətsizlik, özbaşınalıq isə həkim-pasiyent arasında problemləri artırır.
Martın 18-də Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla Mürsəlova Starmed Klinikasında həyatını itirdi. Adı məşhur olan plastik cərrah Sənan Mehdiyevin xəstəsi olan Leylanın əməliyyatda verilən yüksək dozalı narkozun təsirindən öldüyünü dedilər. Əlbəttə, ailə üçün gənc övladının ölümü böyük faciə və şok oldu. Leylanın qəfildən ölümü ətrafında da çox suallar doğurdu. Artıq mərhumənin ölümündən xeyli vaxt keçsə də, məsuliyyət daşıyan həkimlər barədə hər hansı cəza tədbiri görülməyib. Əməliyyat stolunda ölən qızın atası Namiq Mürsəlov Analitik.az-la söhbətində qızının ölümündə cavabdeh olanların cəzalandırılmasını tələb etdiyini bildirib. Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu və başqa qurumlara yazılı müraciət edən çarəsiz atanın sözlərinə görə, hələ də səriştəli orqanlardan hər hansı cavab gəlməyib: “Starmed klinikasının fəaliyyəti dayandırılıb. Səhiyyə Nazirliyinin başqa reaksiyasını görməmişik. Ölüm halı ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm, müvafiq maddə ilə (ehtiyatsızlıq üzündən adamöldürmə) cinayət işi açılıb. Fuad adlı müstəntiqin apardığı ilkin istintaq prosesi davam edir. Əməliyyatda iştirak edən tibbi heyətdən ilkin ifadələr alınıb. Tibbi Ekspertizanın rəyini gözləyirik”.
“Klinikada əməliyyatla bağlı hər hansı sənədləşmə aparılmayıb”
Bəziləri gənc qızın ölümünü “qisməti beləymiş” deyib keçsə də, bir qrup faciənin baş verməsində həkimlərlə yanaşı, ailəni də günahlandırır: “Valideynlər bu yaşda gənci əməliyyata göndərməməli idilər”, “özəl klinikaya güvənmək olmazdı”, “gəncin müayinəsini yaxşı etdirməli idilər” kimi qınaqlar az deyil. Məsələ ondadır ki, hər bir valideyn övladı üçün belə bir son olmasını xəyal etməyə qorxar. Fakt odur ki, valideynlərdən çox, əməliyyatı boynuna götürən həkim diqqətli olmalı idi. Ata Namiq Mürsəlov həkimi qızının seçdiyini Analitik.az-a deyib: “Sənan Mehdiyev haqqında yaxşı cərrah rəyi var. Leyla da deyilənlərlə bizi razı saldı. Əslində mən və anası ona çox dedik, ehtiyacın yoxdu, qızımın şəkillərdə də heç qüsurunun olmadığını görə bilərsiz. Leylanın əməliyyatı tək plastik məqsədli yox, həm də tibbi tərəfdən lazımlı idi. Burnunda çəpər əyriliyi də vardı. Xəbərlərdə qızımın ürək problemini gizlətdiyimizi, elə bu səbəbdən öldüyünü yazırlar. Bəli, Leylanın kiçik yaşlarında ürəyində azca narahatlığı vardı və müalicə etdirmişdik. Son illər şikayəti də yox idi. Biz fevralın 20-də həkimlə ilk konsultasiyaya getdik, martın 9-u analizlər, müayinələr aparıldı. Sənan həkim kobud insandır, onun xəstələrlə davranışı əvvəldən xoşuma gəlmədi. Həkim pasiyenti ilə danışanda sağlamlıq problemlərini, istəkləri, psixoloji vəziyyətini nəzərə almalıdır. Əməliyyatdan qabaq hazırlıq mərhəsi heç olmadı. Əməliyyatla bağlı sənədləşmə qəti aparılmayıb. Sadəcə əməliyyat haqqı - 1500 manat danışmışdıq, vəssalam. Qızımın ətraflı müayinə və psixi hazırlığı tam edilmədi. Bunları sonradan daha aydın başa düşdüm. Təssəvvür edin, əməliyyatda rol oynayan anestezioloqu yalnız faciəmizi xəbər verəndə gördük. Ona kimi bizdən hər hansı sorğu-sual olunmadı. Ən azı, qızımın əməliyyatına icazəsi üçün müqavilə, sənəd belə imzalamadım. Belə çıxır ki, onlar qeyri-qanuni və yaxının izni olmadan əməliyyata başlamışdılar”.
“Qızımı öləndən sonra əməliyyat ediblər”
Əməliyyat günü baş verənləri xatırladan Namiq Mürsəlov deyib ki, Starmed klinikasına 17 mart, səhər doqquzun yarısı gəliblər: “Hətta bizdən qabaq başqa ailənin əməliyyatı vardı. Mən də maraqlandım, sübhdən nə əməliyyatdır olub, görəsən? Sonra Leylanı əməliyyat otağına apardılar.

"Həkimlər qızımı əziyyətlə öldürüblər" – Burun əməliyyatında ölən qızın atası

Saat 11-ə işləmiş anestizoloq gəlib dedi ki, bəs Leylanın təzyiqi düşüb, temperaturu çox yüksəkdir, ürəyi dayanmaq üzrədir, amma biz vəziyyətini normala qaytarmağa çalışırıq. Həmin vaxt onlar bizdən Leylanın vəziyyətini gizlətdilər, bəlkə də onda qızım keçinmişdi. Amma bizə ölüm xəbərini təxminən axşam saat 4-də dedilər. Vaxtında bizə doğru məlumat versəydilər, mən də əlavə həkim gətirməyə çalışardım. Amma qızımın doğrudan da vəziyyəti ağır olub və bunlar hətta əlavə reanimatoloq da gətiriblər sonradan, o da gec gəlibmiş. Bir də, həmin klinikanın tibbi avadanlıq və əməliyyat otağının hazırlığı kifayət qədər olmayıb. Biz əməliyyat zamanı dəhlizdə gözləyəndə bir kişi tez-tez xəstəxana ilə çöl arasında qaça-qaçda idi. Maraqlandıq, sən demə, həmin kişi əməliyyat otağı üçün dərmanlar dalınca göndərilibmiş. Belə çıxır ki, klinika əməliyyat zamanı baş verəcək hər hansı vəziyyət üçün tibbi preparatla təmin olunmamışdı”.
“Qızımı əziyyətlə öldürüblər”
Çox maraqlıdır ki, ölkə səhiyyəsində belə bir fikir var. Həkimlər təqsirkar ola bilməzlər, həkim səhv etməz. Axı ən təcrübəli həkimin belə səhlənkar davranmasa da, səhv addımı ola bilər. Namiq müəllim deyir ki, Sənan həkimin ilkin ifadələri saxtadır: “Sənan həkim deyir ki, guya qızımın vəziyyəti əməliyyatı başa çatdırana yaxın pisləşib. Axı əməliyyat saatına nəzər salsaq, həkimin qızımın vəziyyəti haqqında ara-sıra bizə verdiyi məlumatlarla onun ifadəsində böyük fərq görərik. Çünki narkozdan sonra qızımın pisləşməsini xəbər edən həkimlər, vəziyyətini normala qaytarmadan necə əməliyyat ediblər? Belə çıxır ki, qızım keçinəndən sonra əməliyyata başlayıblar. Çünki qızımın burnunda tamponlar vardı. Bunu əlbəttə Leylanın ölümündə məsuliyyətdən qaçmaq üçün ediblər. Axı Sənan həkim tanınan biridir. Heç bir həkim əlində xəstənin ölməsini arzulamaz, amma Sənan Mehdiyev qızımın ölümündən sonra da özünü təqsirli hesab etmədi. Mənə ağır gələn odur ki, qızımı zülmlə ölüdürüblər. Biz onu görəndə qolları, biləkləri gömgoy idi. Görünür ki, qızım hansısa iynəyə reaksiyası zamanı şok keçirib və onu qollarından bərk saxlayıblar. Tibb bacısının ifadəsi isə məni lap özümdən çıxardı. Əməliyyatda iştirak edən qadın deyir ki, vəziyyəti pisləşən qızımı görəndə pis olub və otağı tərk edib. Axı əməliyyatdakı tibb işçisi müdaxilə, əl-ayağa düşmək əvəzinə niyə qaçmalıdır ki? Belə naşı, məsuliyyətsız tibb işçiləri niyə insanları bədbəxt edirlər?..”
Söhbətinin sonunda ata, bu işin arxasınca gedəcəyini və təqsirli həkimlərin cəzalandırılması üçün hər şey edəcəyini deyir.
“Leylanın çox arzusu vardı”
Mərhumənin qrup yoldaşı Fidan Cabbarova Analitik.az-la söhbətində bildirib ki, Leylanın ölümü hamıya pis təsir edib: “Ölüm xəbərini eşidəndə şok keçirdik. Leyla bizlə hec vidalaşmamışdı da. Sadəcə əməliyyata girmək istəyirdi. Son sözü də o oldu ki, mənim üçün dua edin. Onun əslində heç bir qüsuru yox idi. Sadəcə kompleks edirdi. Analizlərinin cavabını səbirsizliklə gözləyirdi, elə problemli də çıxmadı. Anası bizə deyir ki, əməliyyat günü səhər dəfələrlə “Leyla, bəlkə, getməyəsən” dedim, razı olmadı. Təəssüf, gənc idi Leyla. Arzuları var idi, alman dilini öyrənirdi, kolleci bitirən kimi imtahan verəcəkdi. Bir qardaş, bir bacı idilər. Kiçik qardaşına deyirmiş ki, əməliyyatdan salamat çıxım, sənə hədiyyə alacam”.
///analitik.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?