Bazarda cib yandıran qiymətlər: - süni artım, yoxsa..

15:14 3.05.2019 451
Bazarda cib yandıran qiymətlər: - süni artım, yoxsa..

Son aylarda ölkəmizdə sosial proqramların effektiv icra olunması əhalinin gəlirlərini gözəçarpacaq dərəcədə artırdı. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən minimum əmək haqqının 38.5 faiz, məcburi köçkünlərin aylıq müavinətlərinin 50 faiz, pensiya və təqaüdlərinin məbləğinin isə yarıdan çox artımı, həmçinin yeni Prezident təqaüdlərinin təsis olunması ölkə rəhbərinin həssas əhali qruplarına göstərdiyi diqqəti təcəssüm etdirir. Belə ki, problemli kreditlərin həlli istiqamətində qəbul edilmiş mexanizmlər, dollar krediti olan vətəndaşlara aşağı məzənnələrlə kreditlərin hesablanması və artıq ödənilmiş pullar üzrə kompensasiyaların verilməsi Azərbaycan dövlətinin köməyə ehtiyacı olan vətəndaşlarına dəstəyini ifadə edir. ...Sosial tədbirlər planı təsdiq olunduqdan sonra mağazalarda məhsulların qiyməti sözün məcazi mənasında “at oynatdı”. Hələ artımlarını kartlarında hiss etməyən insanlar bazarın qiymət alovuna düşdü. Zəruri qida məhsulu hesab olunan soğanın və kartofun qiymətinin artması ilə başlayan yüksəliş, ən aşağı qiymətli “Orbit” saqqızın qiyməti 50 qəpikdən 70 qəpiyə dəyişdikdə uşaqları aldatmaq üçün deyilən “ Saqqız satan baba ölüb!” cümləsi mənə də qəribə gəlmədi. Bahalaşma süd məhsullarındada müşahidə edilir. Dovğa istehsal edən firmalardan biri məhsulun 2 ay əvvələ kimi 0.85 manata, indi isə 1 manat 15 qəpiyə satır.

Şokalad məhsullarında da qiymətlər ürəkaçan deyil. Belə ki, 1 ay əvvəl 63 qəpiyə təklif olunan “Sinikers”-də hazırda 25-26%-lik artım var. Qeyri-ərzaq mallarında da qiymət artımı hədsiz dərəcəyə çatıb. Ümumilikdə, bazarda hər məhsulda 35-40%-lik artım var. Vətəndaşlar isə bundan çox narahatdır. Ağdam rayonundan məcburi köçkün Əli Cahangirov Cənab Prezident İlham Əliyevin ölkə vətəndaşlarına olan diqqətinə görə təşəkkür etdi: Ölkə başçısı bizlərə hər zaman qayğı göstərir. Dövlət maddi vəziyyəti yaxşı olmayan insanların dayaq yeridir. Lakin ölkədə məhsul edən şirkətlər öz mənfəətləri üçün süni qiymət artırırlar. Bazarı təhlil etsəniz görərsiniz ki, sosial müavinətlərin artım faizi qədər bahalaşma var.

Kəlbəcər rayonundan məcburi köçkün Xaləddin Tağıyev bahalaşmanın çox olmasından gileylənir. O mal və xidmətlərdə bahalaşma yaradan işbazlara qarşı tədbirlər görülməsini istəyir: Aldığımız maaş təlabatımızı ödəmir. Prezidentimiz əmək haqlarını, pensiyaları və məcburi köçkünlərin sosial müavinətlərini artırdı. Allah canın sağ eləsin, hər zaman bizə dəstək göstərir. Məhsul istehsal edən firmalar isə sui-istifadə edib bahalaşma yaradıblar. Ət, yağ, süd, qeyri ərzaq məhsullarında ciddi bahalaşma var. Hesab edirəm ki, zəruri tələbat mallarında qiymətlərin artması əhalinin maddi rifahına mənfi təsir edir.

Qiymətlərə nəzarət olmalıdır...

Nəzərə alsaq ki, xarici valyutanın məzənnəsi sabit qalıb, xaricdən idxal olunan məhsullara rüsumlar artırılmayıb, ÜDM-də iri pay sahibi olan neft və qazın

qiyməti ucuzlaşmayıb, həmçinin başqa mühüm iqtisadiyyata təsir edən faktorlar olmayıb, o zaman bahalaşmanın süni olduğun demək olar. Son günlər kartofun və soğanın qiymətinin 2 dəfə artması alıcı kütlənin narazılığına səbəb oldu. Dövlət strukturlarının müdaxiləsi nəticəsində qiymətlər tənzimləndi. Düzdür, Kənd təsərrüfatı məhsullarına edilən davamlı təzyiq istehsalçıların məhsula olan marağını azaldar, nəticədə ölkə iqtisadiyyatında qıtlıq yaranar. Hələ qədim dövrlərdə iqtisadi məktəblər “azad iqtisadiyyat” və “dövlət tənzimlənməsi” anlayışlarına müxtəlif fikirlər bildiriblər. Bazar iqtisadiyyatı prinsipləri ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Ancaq bu, bəzi "işbazların" mal və xidmətlərə istədiyi qiyməti qoyaraq bahalaşma yaradırlar. Monopolist bazarlarda dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır. Bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edir və bu müdaxilə, bir qayda olaraq, bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir. Ümid edirik ki, hazırki qiymətlər aidiyyatı dövlət strukturlarında araşdırılacaq və lazimi tədbirlər görüləcəkdir...


DİA.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU