Bu rayon icra başçılarının işi təftiş olunsa... - İDDİA

16:30 2.05.2019 515
Bu rayon icra başçılarının işi təftiş olunsa... - İDDİA

Prezident İlham Əliyev aprelin 30-da, ayın son günündə keçirdiyi müşavirəsində bir daha bəyan elədi ki, islahatların alternativi yoxdur.

Bu, dövlət başçısının növbəti anonsu idi ki, ölkədə gedən dəyişikliklərlə, islahatlarla barışmayan, hesablaşmayan, yeniləşmək istəməyən, köhnə sistem qaydaları ilə işləmək tərəfdarı olan qüvvələrin yeri qapının ağzı olacaq.

Necə ki, praktikada strategiyanın şahidi olmuşuq: nazirlər, icra başçıları yola salınıb.

Lakin İ.Əliyevin yeni idarəçilik modeli ilə ayaqlaşmaq istəməyən məmur korpusu var və hələ də islahatları tormozlamaqla məşğuldur.

Onların sırasında yerli icra strukturları xüsusi nəzərə çarpır. İcra Hakimiyyətləri ilə bağlı narazılıq həm aşağılarda, həm yuxarılarda qalmaqdadır.

Reportyor.info-nun bu mövzuda apardığı araşdırmalar çox ciddi faktları üzə çıxarıb. Faktlar ölkənin cənub zonası ilə əlaqədardır.

Məlum olur ki, cənub hakimiyyəti regionları viran qoyaraq, mərkəzi hakimiyyətə ciddi fəsadlar zəmini yetişdirir.

Azərbaycanın həssas bölgələrindən olan cənub rayonlarında inkişafın “i” hərfi belə yoxdur və icra başçıları prezidentə xoşagəlməz problemlər yaratmaqdadırlar.

Onlar gedişatın finalını hesablaya bilmirlər ki, nə ilə nəticələnə bilər. Çünki qazanc, biznes maraqları, merkantil fəaliyyətlərinə başları möhkəm qarışıb və əhalinin narazılıq dozasını analiz etmirlər.

Ondan başlayaq ki, Lənkəran cənub zonasının mirvarisi hesab edilsə də, son illərdə heç bir inkişaf getməyib, icra başçısı Taleh Qaraşov sələfi Süleyman Mikayılova rəhmət oxudur.

Əldə etdiyimiz məlumata görə, icra başçısı T.Qaraşov Lənkəranda biznes imperiyasını inkişaf etdirməkdədir: onun dəniz kənarındakı oteli tam hazırdır, yayda istifadəyə veriləcək. Oğlu isə rayonda düyü əkməyə girişib.

Qaraşovun oğlu Lənkəranda tamet-metlax biznesindən əlavə bölgənin əsas əkinçilik sahələrindən olan düyü biznesini nəzarətə götürür.

Sakinlər xəbər verirlər ki, icra başçısı ilə oğlu Lənkəranda bütün sahələri ələ alıblar, boş yerləri satırlar.

Bunun nəticəsidir ki, Qala xiyabanında səkini kommersiya obyekti tikmək üçün satıblar, mərkəzi xəstəxananın qarşısını pay-püş ediblər, bir qarış boş torpaq sahəsi saxlamayıblar.

Əhali isə Qaraşovların hegemonluğundan narazıdırlar və vaxtilə Ələkbərovların İsmayıllıdakı hökmranlığı ilə müqayisə edirlər. Allah axırını xeyir eləsin…

Biz isə sizə kimdən deyək, kimdən danışaq, cənub zonasının ikinci regional mərkəzlərindən olan Masallının viran qoyulmasından, icra başçısı Rafil Hüseynovun əməllərindən…

Rafil Hüseynovun obyektlərindən biri Oncaqala kəndində yerləşən «Rahat Market» çörək zavodudur.İcra başçısının Masallıda ələ keçirdiyi ikinci ən böyük obyekt isə Təzə Alvadı kəndində yerləşən Asfalt Zavodudur. Bu zavoda iş adamı Xudayar Rəhimovla şərikdir.

Qeyd edək ki, bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur. Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir.

R.Hüseynovun X.Rəhimovla şərikli bir obyektidə Yardımlı yolu üstə olan “REXO” istirahət mərkəzidir.Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb.

Beləki, Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır. Rayonda isə hər hansı abadlıq-quruculuq getməyib, problemlər aşıb-daşır.

Sanki prezident onları xalqla işləmək, bölgələri inkişaf etdirmək yox, oliqarx, alverçi, biznes adamı olmaq üçün təyin edib.

Reportyor.info araşdırıb ki, növbəti rayon Cəlilabaddır. Əziz Əzizov istibdadından yenicə qurtulmuş Cəlilabad indi də Namiq Zeynalov kabsu yaşamaqdadır.

N.Zeynalov hələ ki biznes sahələrinə əl qoymağa macal tapmayıb və kəşfiyyat xarakterli siyasət yürütməkdədir ki, hansı obyektin gəlirli, hansı işin perspektivli olduğunu öyrənsin.

Əvəzində onun mövqeləri deputat Kərəm Həsənovla, kənd təsərrüfatı idarəsi müdiri Rahib Kərimovla toqquşur.

Eyni zamanda gəldiyi gündən rayonda heç bir yenidənqurma işləri aparmayıb, Əzizovdan qalan problemlər həllini tapmayıb, əhali onun qəbuluna düşə bilmir. Bir müddət əvvəl Cəlilabadda kartof üsyanı da xatırlanmalıdır.

İcra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq etmişdi. Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalmışdı.

Ona nə köməklik etmişdilər, nə də problemlərini dinləmişdilər. Cəlilabadın mütləq-hakimi Namiq Zeynalov Əmlak Komitəsinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Cənub bölgəsinin batmaqda olan yerlərindən biri də Biləsuvardır. Mahir Quliyev rayonun mütləq-hakimidir. O da T.Qaraşovdan geri qalmır.

Belə ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb.

Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.

Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur. Göründüyü kimi, cənub zonasının başçıları öz xanimanlarını qurublar…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...