Impera
XƏBƏR LENTİ
21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:33Bakıda iki qadın birləşib kişini döydü14:18Sabah yaz havası olacaq14:03İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto14:00"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:08Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:26Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:21Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:43Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:23Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:04Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:35Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:14Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI21:59Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:35Azərbaycan Rusiyaya nota verdi21:22Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb17:06Sahibkarın kredit qalmaqalı böyüyür - Prezidentə müraciət olundu16:55İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı16:29Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ16:16"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.." - GİLEY16:05"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?15:52Nazir müavinindən uşaq qidası satan şirkətlərə İTTİHAM15:34Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”15:1613 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI15:04“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?14:48Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ14:36“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov14:24"Qarabağ"la oyun bizim üçün son şansdır" - Matiç13:49Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki... - NARAZILIQ...13:33“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı təqdim ediləcək12:57Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR12:02Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM11:38Mübariz Mənsimov Əli İnsanovu yıxıb-sürüdü - “bir dəfə satqınlıq edən hər dəfə səni də satar”11:17Şəbnəm: "Hacılara lağ edirlər" - "Razborka" təklif etdi10:58“Lal deputat” ləqəbli fond direktoru10:45Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ... - İTTİHAM10:24Bakının rəhbərindən icra başçılarına SƏRT TƏNQİD10:02Bu ölkədə ən gəlirli 10 şirkətindən 5-i qumar biznesinə məxsusdu - RƏSMİ21:09Ermənistanın növbəti manipulyasiyası - GƏLİŞMƏ20:57"Tərtər rayonun icra başçısı Müstəqim Məmmədov şəhid ailəsinə zülm edir.."- İcra başçısı şəhid ailə\sindən nə istəyir? VİDEO20:47Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab20:33Deputat Sabir Hacıyev 1.4 milyonluq mülkünü satışa çıxardı - Araşdırmaçı jurnalist20:17Kimlər görəvdən alınacaq?.. - GƏLİŞMƏ16:36Sabah yağış yağmayacaq16:21“Allah Elşad Xoseyə rəhmət etsin”16:01DİN təkzib etdi: “Arzu olunan həqiqət kimi qələmə verilib”15:23155 saylı məktəbdə özbaşınalıq15:06Yaxın illərdə Azərbaycan iqtisadiyyatı necə inkişaf edəcək? - Oxu.Az-ın təhlili14:5174 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır14:34Dekabr ayının qeyri-iş günləri açıqlanıb14:13Bakıda dəhşətli ailə faciəsi – ÖLƏNLƏR VAR13:58Xətai icra hakimiyyətinə təyinat gözlənilir... - İDDİA13:00Bu icra başçıları yaşlarını nədən gizlədir? - İLGİNC12:32Nikolun "referendum" açıqlaması: Bir daha aydın oldu ki, Qarabağ danışıqları mənasızdır - TƏHLİL12:15Ədalətsiz qərarın beş illik qurbanları - Video
BÜTÜN XƏBƏRLƏR

Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?

30 Nis 2019, 13:31   
Onları kim AKTİVLƏŞDİRİR? - Azərbaycan üçün "İvanaşvili layihəsi" hazırlayan kimlərdir?
Son zamanlar dünya miqyasında milyarderlərin siyasətlə maraqlanması, seçkilərə qatılması tendensiya halını alıb.

2012-ci ildə heç kimin gözləmədiyi halda iş adamı Bdzina İvanişvili Gürcüstanda siyasi meydana atıldı və onun rəhbərlik etdiyi “Gürcü arzusu” Partiyası parlament seçkilərində qalib gəldi.

Qeyd edək ki, hazırda Bdzina İvanişvili hakimiyyətdə heç bir post tutmur, ancaq hakim partiyanın sədri kimi siyasi proseslərə təsir imkanlarını saxlayır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) indiki prezidenti Donald Tramp da milyarderdir və o da siyasətə biznesdən gəlib. Tramp 2016-ci il seçkilərində ABŞ-ın prezidenti seçilib. Son vaxtlar azərbaycanlı milyarderlərin də siyasətə maraq göstərməsi müşahidə edilir. Bir müddət öncə Türkiyədə yaşayan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun siyasətə gələcəyi ilə bağlı xəbərlər yayıldı. Bundan əvvəl azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, hətta hazırda həbsdə olan Söyük Sadıqov və digərlərinin siyasətə gələcəyi ilə bağlı müxtəlif zamanlarda fikirlər səsləndirilib.

Bir müddət əvvəl Rusiyada azərbaycanlılardan təşkil olunan Milyarderlər İttifaqı fəaliyyət göstərirdi. Bu İttifaq bu və ya digər formada siyasətə qarışır, bəzi siyasi qüvvələrə müxtəlif bəyanatlarla dəstək nümayiş etdirirdi. Amma hazırda Milyarderlər İttifaqı fəaliyyət göstərmir və bəzi zənginlər faktiki olaraq bu boş qalan yeri doldurmağa cəhd göstərirlər.

Belə ki, ötən gün Rusiya Azərbaycanlıları İttifaqı adlı yeni bir təşkilat təsis konfransını keçirilib. Toplantıya Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri aparılsın, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

İdarə Heyətinə Füzuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi səsvermə ilə qəbul edilib.
Daha sonra Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif qəbul edilib və azərbaycanlı milyarder Füzuli Məmmədov yeni yaranan təşkilatın sədri seçilib.

Maraqlıdır, azərbaycanlı milyarderlərin diaspor fəaliyyəti ilə kifayətlənməyib siyasətə gəlməyə də hazırlaşırmı? Onların siyasətə maraq göstərməsi nədən irəli gəlir? Biznesdə uğurlu olan bu adamlar siyasətdə də müvəffəqiyyət qazana bilərmi?

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Cebhe.info-ya açıqlamasında yeni təşkilatın sədrinin siyasi iddialarından danışıb. Onun sözlərinə görə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir:

“Təşkilatlanma mərhələsində olan yeni təşkilatın siyasi yönümlü olacağını hələlik deyə bilmərəm. Nəticə çıxarmaqda tələsmək lazım deyil. Kasıb, oliqarx fərq etməz, hər kəsin siyasətlə, ictimai fəaliyyətlə məşğul olmaq hüququ var. Amma əsas şərt həm Azərbaycan, həm Rusiya dövlətinin mənafeləri çərçivəsində fəalliyyət göstərmək, hər iki dövlətin maraqlarının ortaq nöqtələrinə əməl etməkdir. Eyni zamanda Azərbaycan xalqının milli-mənəvi dəyərlərini üstün tutmaq şərtilə proseslərin aparılmasına böyük ehtiyac var. Yeni təşkilatın yaranma prosesində bizə hələlik çox şey məlum deyil. Şəxsən mənim üçün qaranlıq məqamlar var. Ortada fikir ayrılıqlarının olduğunu göstərən mənzərə var. Keçmiş Rusiya Azərbaycanlının Konqresinin rəhbərliyində olan şəxslərin, onun regional təşkilatlarının hamısının yeni yaranan təşkilatda təmsil olunub-olunmayacağı bəlli deyil. Bu suallar Azərbaycan üçün maraqlıdır ki, yeni yaranan təşkilat hansı nizamnaməyə, proqrama və fəaliyyət məramına malikdir? Onun əsl məqsədi nədən ibarətdir? Əlbəttə, Füzuli Məmmədov şəxsi mənada ziddiyyətli reputasiyaya malikdir. İndi demək olmaz ki, o, yeni yaranan təşkilatın rəhbərliyində özünü necə göstərəcək. Bütün hallarda proseslərin axırını gözləmək lazımdır”.

“Əsas məsələ siyasətdə qalmağı bacarmaqdır”

Aydın Quliyev bildirib ki, keçmiş Milyarderlər İttifaqı pərdəarxası maraq xatirinə yaranan qurum olub:

“Siyasətə gəlmək iddiası hər kəsdə bilər. Amma əsas məsələ siyasətə gəlmək iddiası yox, siyasətdə uzun müddət və səmərəli fəaliyyət göstərməyi bacarmaqdır. Köhnə Milyarderlər İttifaqı da sonradan məlum oldu ki, kampaniyaçılıq və hansısa pərdəarxası maraq xətrinə yaranan qurum idi. Hər kəs gördü ki, siyasətdə uzun müddət qala bilmədilər. İndi siyasətə gəlmək istəyən milyarderlərin, oliqarxların isə siyasətə gələ biləcəklərini və ya gələndən sonra nə qədər qalacaqlarını zaman göstərəcək”.

“Bunun ağır şərtləri var”

Aydın Quliyev deyib ki, siyasətdə qalmağın vacib şərti xalqın dəstəyini qazanmaqdır ki, bu da asan məsələ deyil:

“Ciddi problem ondan ibarətdir ki, siyasətə gəlmək istəyən şəxslər, qoşulmaq istəyən qruplar ilk növbədə xalqın dəstəyini qazanmağı bacarmalıdırlar. Xalqın dəstəyini qazanmağın isə çox ağır şərtləri var. Bu, milyarderlərin göstərdiyi fəaliyyətin xalqın gözündə şəffaf olmasından ibarətdir. Bu çox vacib şərtdir. Əlbəttə, fəaliyyəti şəffaf olan şəxslərin xalqın nüfuzunu qazana bilmə şansı çoxdur. Amma problemlərin həll olunması nöqteyi nəzərindən xalqa nəsə vermək gücündə olmağın özü çox böyük şərtdir. Heç də birmənalı şəkildə demək olmaz ki, hansısa milyarder, maliyyə imkanları çox böyük olan şəxslər xalqın problemlərini həll etməyə qadirdir. Şəxsi maliyyə imkanları xalqın problemlərinin həll edilməsi baxımından əslində həlledici deyil. Tarixdə çox siyasətçilər olub ki, özünün heç bir maliyyə imkanları olmaya-olmaya xalqın taleyində çox böyük rol oynayıblar. Elə varlı oliqarxlar olub ki, pulun köməkliyi ilə siyasətə gəlmək iddiasında olsalar da, praktikada heç bir nailiyyət əldə edə bilməyiblər. Xalqın reytinqini qazanmaq çətindir və kimin bunun öhdəsindən gələcəyini, kimin gələ bilməyəcəyini zaman göstərəcək”.
OXŞAR MÖVZULAR