“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...

16:39 25.04.2019 556
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti yaratmaq üçün istifadə etdiyi vasitələrin detalları üzə çıxır .

Trolluqdan “araşdırmaçı jurnalistikaya”

Həftə içində sosial şəbəkə fəalları maraqlı fakt aşkarladılar, məlum oldu ki, müxalif yazar, özünü araşdırmaçı jurnalist elan etmiş Cavanşir Həsənli oxucu auditoriyası qazanmaq üçün qeyri-adi üsuldan istifadə edir. O, müxtəlif ölkələrdə baş vermiş, sensassiyaya çevrilə bilmiş insidentlər barədə informasiyaları arxivləşdirib saxlayır, bir müddət sonra, yəni zamanla unudulub gündəmdən çıxdıqdan sonra, həmən informasiyaları “modernləşdirərək” Azərbaycan auditoriyasına təqdim edir. Hadisə iştirakçısı olmuş şəxslərin ad-soyadını dəyişdirir, onları azərbaycanlılaşdırır, belə sensassiyalı süjetlərin fonunda özünün hədəf seçdiyi şəxsləri daha çox oxucunun qınaq obyektinə çevirir. Həsənli “Azərbaycanlı məmurun oğlu Londonda “Laborcini” ilə belə qəza törətdi” başlıqlı status paylaşıb. Bu yazı “Azadlıq” qəzetində dərc etdirib. Paylaşdığı statusun təsir gücünü artırmaq məqsədilə, “qəza yerindən şəkil” də təqdim edib. Diqqətli oxucular isə fərqinə varıblar ki, fotoda əks olunmuş görüntülər, Cavanşir Həsənlinin təqdim etdiyinin əksinə olaraq, hansısa “Azərbaycanlı məmurun oğlu”na deyil, məşhur futbolçu Kristiano Ronaldoya məxsusdur. Qəzanı Ronaldo törədibmiş, “Laborcini” də ona məxsusmuş. Əgər Ronaldo dünyaca məşhur olmasaydı, fanatları tərəfindən hər addımı izlənilməsəydi, onun qəzada zədələnmiş “Laborcini”si rəqəmsal yaddaşda qalmasaydı, yəqin ki, bu şəkil də üzə çıxıb məşhurlaşmazdı və “araşdırmaçı jurnalistin” taktikasının üstü açılmazdı.

Bu yanlışı Cavanşir Həsənlini diqqət mərkəzinə gətirib, onun digər yazılarının da təhlil edilməsinə səbəb olub. Nəticədə acınacaqlı mənzərə ortaya çıxıb. Bəlli olub ki, “Laborcini” olayı Cavanşir Həsənlinin yeganə yanlışı deyil, yazdığı yazıların hamısında bənzər məqamlar var. Bundan bir həftə öncə “araşdırmaçı jurnalist” başqa bir xəta da törədib. “Azadlıq” qəzetində dərc etdirdiyi “İsa Həbibbəylinin oğlu da oliqarx imiş” başlıqlı yazı, onun fərqli taktikalarının üstünü açır. Yazı müəllifi iddia edir ki, “Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlu Ərəstu Həbibbəylinin Türkiyədə aliminium fabriki var”. “Araşdırmaçı jurnalist” Ərəstu Həbibbəylinin Baş Nazirin Katibliyinin rəisi işləməsini əsas götürərək bildirir ki, “eyni şəxsin həm məmur, həm də sənaye obyekti rəhbəri olması, oliqarxlıq əlamətidir”. Yazı “faktlarla” və “qanunlardan çıxarışlarla” zənginləşdirilib, oxucunu inandırmaq, həyəcanlandırmaq, Azərbaycan məmuruna qarşı etimadsızlıq ruhunda kökləmək üçün bütün addımlar atılıb. Oxucuda “faktların” doğruluğuna inam yaratmaq üçün, istinad mənbələri də göstərilib. Əsas “mənbə” kimi Türkiyə türkcəsində yayımlanan www.sektorelrehber.com saytına istinad edib. Əgər oxucu xəbərin doğruluğuna əmin olmaq üçün həmən sayta daxil olub axtarış aparsa, həqiqətən də “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkətinin adına təsadüf edə bilər. Onun tərkibində Arastu sözünün olduğunu, bu adın isə dolayısı ilə Baş Nazirin Katibliyinin rəisinin adı ilə uyğunluğunu görmək, “araşdırmaçı jurnalistin” yazdıqlarına inanmaq olar. Amma bu, zahiri, ilkin təəssüratdır. Bir az diqqətli olmaq və qısa araşdırma aparmaq yetir ki, yazının qondarma faktlar üzərində qurulduğu və oxucu auditoriyasını aldatmaq üçün “maxinasiya” qurulduğu ortaya çıxsın. Bu “maxinasiyanı” açmaq üçün bir sualın cavabından başlayaq: hər hansı dövlət məmuru fəaliyyətdə olduğu dövrdə bizneslə məşğul olmasının qanunla yasaqlandığını bilə-bilə, nədən belə addım atsın, öz adına biznes qurumu təsis etsin və bu informasiyanın hər kəsin görə biləcəyi bir saytda yayımlanmasına razılıq versin? Cavanşir Həsənli bu suala asan cavab tapıb, bunu “məmur özbaşnalığı”, “məmur talançılığı” ilə əlaqələndirib. Amma unudub ki, məsələ bu qədər sadə deyil. Belə təxribatın toruna yalnız onun özü düşüncədə olanlar düşə bilərlər.

www.sektorelrehber.com saytı rəsmi qurumlara məxsus deyil, “həvəskar reklamçı” xarakterlidir. İstənilən şəxs orada müvafiq kateqoriyalara daxil olub, öz şirkəti barədə lazımi informasiyaları yaza və onu bu “sayt vasitəsilə məşhurlaşdıra bilər”. İnformasiya bangına daxil edilən şirkətin reallıqda mövcud olub-olmaması barədə sənədləşdirmə tələb olunmadığı üçün, barəsində məlumat verilən “şirkət” haqqında saytda qondarma, uydurma qeydlər də vermək mümkündür. Sayt admini belə bənzər addımlara maneə yaratmır. İstənilən informasiyanın həqiqiliyi yoxlanılmadan saytda yerləşdirilir. Bu isə, internet maxinatorları üçün fürsət yaradır. İstənilən adam şərləmək istədiyi birisinin adından qondarma “şirkət təsis edə” həmən şirkətin məlumatlarını bu saytda yerləşdirə bilər. Araşdırmalar göstərir ki, saytda “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkəti barədə yerləşdirilmiş məlumatlar da, bu qəbildəndir. Onların yanlış olduğunu yalnız xüsusi araşdırma aparmaqla aşkarlamaq mümkündür. Amma burada incə bir məqam da var: “araşdırma aparan şəxs” həqiqətin üzə çıxmasında maraqlıdırmı? Əgər deyilsə, onda kələfin ucu dolaşır. Məlum yazıda da “araşdırmaçı jurnalist” diqqəti saytdakı boşluqların üzə çıxarılmasına deyil, fərqli səmtə yönəldib. Çünki, onun məqsədi saytda səliqə-səhman yaradılması deyil, bu səliqəsizlikdən istifadə edib öz məqsədlərini yerinə yetirməkdir. Diqqət saytdakı boşluqlar üzərinə yönələrsə, daha dəhşətli mənzərə ortaya çıxar.

Saxta saytları kim və niyə yaradır?

Məsələ ondadır ki, saytın üzərində “İletişim”, yəni əlaqə kateqoriyası olsa da, içi boşdur, heç bir əlaqə rekviziti yoxdur. Burada əlaqə qurulacaq şəxsin deyil, əlaqə yaratmaq istəyən şəxsin kimliyi haqqında sorular var. Həmçinin, “Hakkında” kateqoriyası da boşdur, saytın qurucusu, admini barədə bir kəlmə tapa bilməzsiniz. Axtardıqca, suallar aydınlaşmır, daha da qəlizləşir. Bu qəlizlləşmə sona qədər davam edir və nəticə çıxır ki, sayt, sadə dillə desək, saxtadır. Saxta saytlar müsair dövrdə “internet reketçilik”, “internet şantajçılıq” üçün istifadə edilən populyar metodlardan biridir. Təcrübə göstərir ki, saytda adı, kimliyi gizlədilən qurucular, adminlər, idarəçilər hədəf seçdikləri şəxslər (məmurlar, iş adamları və sair) barədə qondarma, şantajedici “faktları” belə saytlarda yerləşdirir, sonradan o informasiyaları əlbir işlədikləri “ internet, sosial şəbəkə fəalları”, “araşdırmaçı jurnalistlər” vasitəsilə ictimailəşdirir, sonra da şantaj olunan şəxsə informasiyanın silinməsi üçün “qarşılıqlı xidmət” təklif edirlər.

Bu metod dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb, “reket” jurnalistlərin ən çox istifadə etdikləri üsullardan biridir. Saxta rekvizitlərlə bir sayt yaradır, cəmiyyətdə tanınmayan, auditoriyası məhdud olan bu saytlarda hədəf seçdikləri şəxs barədə yalançı informasiyaları toplayırlar. Sonra da həmən saxta sayta istinad edib, həmən informasiyanı özlərinin KİV qurumlarında yayırlar. Şikayət olunanda, hüquqi ölçü götürmək lazım gələndə, deyirlər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb. KİV haqqında qanunun 62-ci maddəsindəki boşluqlar onların bu hərəkətlərinə bəraət verir. Nəticədə sui-istifadə halları çoxalır. Hansı ki, peşəkar jurnalist doğruluğu şübhə yaradan, ehtimal və fərziyələrə söykənən materialları yayarkən, yalnız istinad məsələsinə deyil, həmçinin tənqid olunan tərəfin mövqeyinin öyrənilməsinə də önəm verməlidirlər. Bu, araşdırmaçı jurnalistlər üçün xüsusilə mühümdür.

Cavanşir Həsənli bu prinsiplərdən məlumatsızdırmı? Yoxsa həqiqətin üzə çıxmasında maraqlı deyil?

“Araşdırmaçı jurnalistlərin” beynəlxalq şəbəkəsi

www.sektorelrehber.com saytı üzrə araşdırmalar ciddi mətləblərə aydınlıq gətirir. Bu cür saytlar yuxarıda təsvir etdiklərimizə oxşar xırda maraqlar, “gündəlik xərclər” üçün nəzərdə tutulmayıb. Burada söhbət təkcə iqtisadi, maliyyə maraqlarından getmir, daha çox siyasi müstəvini əhatə edir. “Sektorelrehber” digərlərindən fərqli olaraq “reklamını” biznes adamları üzərində deyil , onların təbirincə desək, “oliqarxlaşmış məmurlar” üzərində qurur. Həmçinin, saytdakı informasiyaların geniş auditoriyaya daşınması üçün, ənənəvi olan “sosial şəbəkə fəaları”ndan deyil, daha çox, “araşdırmaçı jurnalistlərdən” istifadə edilir. Nüanslar çoxdur, amma bu iki faktın özü də, ucu dolaşdırılmış kələfi çözmək üçün istiqamət verir. .

Sosial şəbəkələr ciddi auditoriya üçün etibarlı mənbə deyil. Artıq dünya qəbul edib ki, sosial şəbəkələrdə “fake news” hegomonluğu mövcuddur, burada yalan xəbərlərin həcmi 60%-ə qədər yüksəlir. Sosial şəbəkələrə, troll qruplarına etimad azdır, ciddi mövzular üçün bunlar yetərli deyil. Söhbət siyasi mövzulardan, ciddi auditoriyadan gedirsə, onda ənənəvi media və onun komponentlərindən, araşdırmaçı jurnalistlərdən istifadə edilir. Son zamanlar “Milli Şura” şəbəkəsinin trollardan daha çox, “araşdırmaçı jurnalistlərə” üstünlük verməsinin səbəblərindən biri də, məhz budur. Qarşıda Azərbaycanın Avropa İttifaqı ilə “Strateji saziş” imzalamasına mane olmaq tapşırığı varsa, burada artıq troll ordusu əhəmiyyət daşımır. Ölkənin siyasi aktiv təbəqəsində çaşqınlıq yaratmaq, etimadsızlıq mühiti formalaşdırmaq üçün yeni metodlara əl atmaq lazım gəlir ki, bu sırada “araşdırmaçı jurnalistlərin” xidmətlərindən yararlanmaq da var. Düzdür, mahiyyət dəyişmir, “Milli Şura” ətrafında olan trollar da, “araşdırmaçı jurnalistlər” də məzmunca eyni işi görürlər. Amma auditoriyanı çaşdırmaq üçün ikincilər daha uyğundur. Bu, başqa bir məsələdir ki, “araşdırmaçı jurnalistika” həm də maliyyə nəhəngi, siyasi təlatümçü Corc Soros tərəfindən dəstəklənir. Corc Soros öz şəbəkəsini məhz bu adla adlandırır: “araşdırmaçı jurnalistika şəbəkəsi”. Bu şəbəkə “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP) çərçivəsində formalaşdırılıb ki, həmən layihənin də birbaşa maliyyəçisi Cor Sorosdur.
Müşfiq Ələsgərli \\qafqazinfo.az\\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı