Azərbaycanda ŞOK: Fətullah Gülənin KTN-dəki adamı Beyləqanı qarışdırır... - İşin içində radikal müxalifətin də adı hallanır

16:28 17.04.2019 536
Azərbaycanda ŞOK: Fətullah Gülənin KTN-dəki adamı Beyləqanı qarışdırır... - İşin içində radikal müxalifətin də adı hallanır

Aqrar sektorun dinamik inkişafı, ərzaq təhlükəsizliyinin təminatı dövlətin prioritet kimi qarşıya qoyduğu vəzifələrdəndir. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olmuşdur. Bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ölkədə peşəkarlara, sahənin bilicilərinə böyük ehtiyac var. Ələlxüsus da rəhbər vəzifələrə kadr seçimində diqqətli olmaq lazımdır. Kadr məsələsini yerlibazlığa, qohumbazlığa, korruptiv əlaqələrə qurban vermək olmaz. Strateji əhəmiyyəti olan vəzifələrə siyasi orientasiyası şübhəli olan şəxslərin gətirilməsi isə dövlətçiliyin əsaslarına zərbə vurmaq deməkdir.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə yenicə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayevin AXCP –nın lideri Əli Kərimlinin yaxın qohumu olduğu bildirilir. Etibarlı mənbədən RealMedia.az-a verilən məlumata görə, o, əvvəllər maşın alveri ilə məşğul olub. Bildirilir ki, MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevə maşın borcu olur və borcun müqabilində ona vəzifə peşkəş edir.m sonda vəzifəylə əvəzlənir. Yəni, Anar Hüseynov Hikmət Ağayevi Beyləqanda əvvələr “Dostluq” Damazlıq Birliyi Sovxozu kimi tanınan, bu günkü KTN “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə direktor təyin edir.

Dia.az xatırladır ki, Anar Hüseynov da "süddən çıxan ağ qaşıq" deyil və adı bu günə qədər müxtəlif qalmaqallarda hallanan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC sədri postunu tutan Anar Hüseynov dünənə qədər məhz Azərbaycanda FETÖ yandaşlarından biri kimi tanınıb. Qeyd edək ki, bununla bağlı yerli KİV-də yetərincə məlumat yayılıb.

RealMedia.az isə xəbər verir ki, idarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda belə bir mühüm vəzifəyə gətirilməsi əmrinin verildiyi elə ilk andan birmənalı qarşılanmamışdı. Tezliklə bu şübhələr özünü doğrultdu – Anar Hüseynovun sevimlisi olan Hikmət Ağayevdə direktor vəzifəsinin icrasına başladığı elə ilk gündən torpaq alverinə start verdi.

Sakinlərin narazılığına səbəb isə uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılması zəhmətkeş kənd camaatının ciddi etirazına səbəb olmuşdur. Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş Dostluq Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar. Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir. Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq.

Sovxoz dönəmindən dolanışıqlarını torpağı əkib-becərməklə təmin edən, kənd təsərrüfatı məhsulları bazarında bolluğun yaranmasına töhfə verən sakinlər bu qənaətdədirlər ki, Hikmət Ağayev siyasi sifariş yerinə yetirərək bilərəkdən belə bir narazılıqlar yaradır. Məqsədi əhali arasında dövlətə qarşı kütləvi narazılıqdan dolayı ixtişaş yaratmaqdır. Sakinlər bildirirlər ki, onlar Hikmət Ağaevin məqsədinin reallaşmasına imkan verməyəcəklər ki, dövlətimiz sarsılsın.(RealMedia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

12:06

“Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

11:33

İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

10:54

“İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

10:11

Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

09:39

Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

09:17

“İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

16:33

"Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

16:07

Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

15:24

Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında - İLGİNC

14:57

Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

14:17

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

13:13

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

12:24

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı: Taleh Bəşirov və Eldəniz Qafarov prezidentə sabotaj içində

11:44

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb – Qumarda uduzdu

11:12

Nazirlik "Siyəzən Broyler"də nöqsanlar aşkarlayıb - DETALLAR

10:34

14 saylı Ərazi İdarəsi sənəd SAXTALAŞDIRIR? - BU NƏDİ BELƏ?!

09:45

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

09:25

"Şəki Suvarma Sistemleri İdarəsinin müdiri mənə qarşı QƏRƏZLİDİR..." - GİLEY