Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etsə, ermənilər özləri sülhə gələcəklər — Siyasi ŞƏRH

15:45 13.04.2019 1 054
Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etsə, ermənilər özləri sülhə gələcəklər — Siyasi ŞƏRH

Ermənistan Qarabağ münaqişəsinin həllində müharibədən başqa alternativə yer qoymur
Ermənistan rəhbərliyinin son günlərdə Qarabağ münaqişəsinin həlli istiqamətində verdiyi açıqlamalarda münaqişənin güc yolu ilə həllindən başqa alternativ qalmır. İstər Ermənistan prezidenti Armen Sərkisyanın, istər baş nazir Nikol Paşinyanın verdiyi bəyanatlar onun göstərir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Ermənistan tərəfi sülh danışıqlarına hazır olduqlarını bəyan etmələrinə baxmayaraq, bu adla spekulyasıya edib, işğal siyasətini möhkəmlətməyə və uzatmağa çalışırlar.
Ermənistan prezidenti Aremn Sərkisyan deyib ki, uzunmüddətli danışıqların əsas məqsədi nəticədə sülh yolu ilə Qarabağın müstəqilliynə nail olmaqdır.
Baş nazir Nikol Paşinyan isə Avropa Şurası Parlament Assambleyasının tribunasından Avropa Şurasının separatçı rejimə diqqət yetirib, orada fəaliyyət göstərən Qeyri-Hökumət Təşkialtlarına dəstək verməməkdə ittiham edib:
"Dəstək verilməməsinin səbəbi kimi Dağlıq Qarabağın qeyri-müəyyən status göstərilir ki, "DQR” müstəqil dövlət deyil. Dağlı Qarabağ müstəqil dövlət kimi tanınmasa da, beynəlxalq aləmdə disskusiya mövzususudur və orada insanlar yaşayır”.
AŞPA-nı separatçı rejimdə insan hüquqlarının, demokratik institutların möhkəmlənməsinə dəvət edən Paşinyan unudur ki, orada yaşayan yüz minlərlə insan ən elementar hüququndan məhrum olaraq, Ermənistanın işğalçı siyasəti nəticəsində öz yurdlarını tərk edib və 25 ildən artıqdır öz yurdlarına dönə bilmirlər. Bir yandan özünün danışıqlar prosesinə sadiqliyini bəyan edən Paşinyan digər tərəfdən isə öz hərəkətləri ilə sülhü təhlükə altında qoyan bəyanatlar, fikirlər səsələndirir. Bu azmış kimi Azərbaycanı beynəlxalq hüquq normaları çərçivəsində tanınan torpaqları istiqamətində göstərdiyi fəaliyyətini Ermənistan üçün təhdid hesab edərək, öz işğlaçı siyasətlərinə haqq qazandırmağa çalışırlar. Guya Azərbaycan güc yolu ilə münaqişəni həll etmək istəyir. Bu bəyanatlar onu deməyə əsas verir ki, işğalçı ölkədə hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, heç bir siyasi hakimiyyət indiki şəraitdə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan bir mövqe sərgiləmir və Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxartmaq fikrində deyil. Əksinə, Ermənistan işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşma siyasətini aparır. Yuxarıda səsləndirdiyim fikri bir daha təkrarlamaqla demək istərdim ki, Ermənistanın yürütdüyü siyasət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həllinin olmadığını göstərir və indiki şəraitdə bu mümkün deyil. Ermənistanı sülhə vadar etmək üçün sözü Azərbaycan ordusu deməlidir. Ən azından Dağlı Qarabağ ətrafındakı bir neçə rayon azad edilməlidir ki, Ermənistan xalqı bu problemin sülh yolu ilə həllinə razılıq versin. Hazırda bunun başqa alternativi yoxdur. O zaman Ermənistan danışıqlar masasında müzakirə olunan təkliflərə, o cümlədən Dağlıq Qarabağın yekun status ilə bağlı təklifə razılıq verəcəklər.

Azərbaycanın Ali Baş komandanı İlham Əliyev də münaqişənin güc yolu ilə həllini istisna etməyib. Ali Baş Komandan bir müddət öncə "Real”TV-yə müasibəsində bir daha bəyan edib ki, bu gün dünyada güc amili ön plana çıxır:

"Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”.
Mllət vəkili Qüdrət Həsənquliyev "Ölkə.Az”a açıqlamasında deyib ki, Qarabağ məsələsində Ermənistanı sülhə vadar etmək üçün Azərbaycan əsasən güc faktoruna üstünlük verməlidir:

"Bunun üçünsə Azərbaycan iki variantı seçilməlidir. Azərbaycanda start verilən ciddi islahatlar daha da dərinləşdiirlməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi islahatlar, məhkəmə-hüquq islahatları və siyasi islahatlarla dövlətimizi daha da gücləndirək, onun beynəlxalq nüfuzunu yüksəldək. Paralel olaraq Qarabağın işğaldan azad olunması üçün danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Çalışmalıyıq ki, Azərbaycan hərbi əməliyyatalra başlayanda Rusiya prosesə qarışmasın, ən azından Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların ya hamısını, ya bir qismini azad etsin. Bundan sonra ermənilər sülhə gələcək”.
Q.Həsənquliyev onu da əlavə edib ki, Azərbaycan islahatlar apara-apara beynəlxalq güclərlə də intensiv işləməlidir:
"Çünki beynəlxalq güclər və ya münaqişənin həllində vasitəçilik edən ölkələr heç vaxt Azərbaycana deməyəcəklər ki, get, müharibə ilə torpaqlarını azad et! Amma Azərbaycan çalışmalıdır ki, müharibəyə başlayanda beynəlxalq təşkilatların və böyük güclərin ölkəmizə qarşı verəcəkləri bəyanatlar, atacaqları addımlar sərt olmasın. Yəni müharibəni pisləsələr də, Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanısınlar”.
Deputat qeyd edib ki, biz ancaq beynəlxalq aləmin Ermənistana təzyiqini təşkil etmək və güc yolu ilə onları danışıqlara vadar edə bilərik.
Deputat Elman Nəsirov "Ölkə.Az”a açıqlamaında deyib ki, münaqişənin həllində ATƏT Minsk Qrupu həmsədr ölkələri arasında Rusiyanın həlledici söz sahibi olduğu heç kimə sirr deyil:

"Moskva görüşündən də ciddi nəticələrə və irəliyə doğru addımların atılmasını gözləməyə dəyməz”.
Deputat hesab edir ki, sülh danışıqlarında Azərbaycanın səbri sonsuz deyil və onun bir həddi var:
"Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan sülhsevər ölkə olaraq sülh danışıqlarına sadiqdir. Ancaq sülh danışıqları danışıqlar naminə aparılmamalıdır. Azərbaycan substantiv danışıqların aparılmasını istəyir. Əgər bu baş verməzsə və Paşinyan pozuculuq fəaliyyətini davam etdirərsə, təbii ki, Azərbaycan beynəlxalq hüququn ona verdiyi digər imkanlardan istifadə edərək, münaqişənin həllində güc yolundan istifadə edə bilər. Paşinyan Azərbaycan ordusunun gücünü bilir. Bunu 4 günlük Aprel döyüşləri və 2018-ci il Naxçıvan döyüşləri sübut etdi. Paşinyan onu da unutmamalıdır ki, aprel döyüşləri 4 gün yox, 14 gün davam etsəydi, Azərbaycan bayrağı Lələtəpədə deyil, Xankəndi və Şuşada dalağalanacaqdı”.
Deputat onu da əlavə edib ki, bu gün Azərbaycan ordusu ən müasir silahlarla təmin olunub və bu silahları Azərbaycan sərgidə nümayiş etdirmək üçün almayıb.
"Odur ki, Paşinyan bunları nəzərdən qaçırmamalıdır”, - deputat qeyd edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu