Kanada Baş naziri Castin Trudo İsrail Baş naziri Benyamin Netanyahunu parlament seçkisində qələbə qazandığına görə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Trudo Tvitterdə yazıb. O, Netanyahu ilə telefon danışığının baş tutduğunu bildirib.
“Netanyahu ilə telefonla danışdım və Yaxın Şərqdə təhlükəsizlik məsələlərini, iki ölkə arasında ticarət razılaşmasının yenilənməsini müzakirə etdim” – o bildirib.
Qeyd edək ki, İsraildə parlament seçkisi zamanı Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası qələbə qazanıb. Likud Partiyasından sonrakı yeri Kaxol Lavan Bloku tutub.
Zamantv.az