İmişlidə icra başçısına söykənən ÖZBAŞINALIQ - İDDİA

16:56 11.04.2019 467
İmişlidə icra başçısına söykənən ÖZBAŞINALIQ - İDDİA

İmişli rayon sakinləri orada fəaliyyət göstərən karxanalardan narazılıq edirlər. Xatırladaq ki, bir neçə il bundan əvvəl İmişli sakinləri Araz çayı ətrafındakı otlaq sahələrdə daş karxanalarının tikilməsinə etiraz etmişdilər. Aksiyadan sonra etirazçıları İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev qəbul edərək söz vermişdi ki, həmin yerdə tikinti aparılmayacaq. Aksiyaçılardan biri deyirdi: “İstəyimiz odur ki, Arazboyu torpaqları zəbt etməsinlər. Bir tərəfdən Şəkər Zavodu, digər tərəfdən də bu tikinti. Ekologiyamızı təmiz korlayırlar. Bununla yanaşı birazdan mal-qaranı otarmağa yer tapmayacağıq. İstəyirik tikinti dayandırılsın. Yığılıb etiraz edirik, başçı qəbul edir, söz verir ki, həmin ərazidə işi dayandıracq. İki-üç gündən sonra görürük ki, yenə də iş gedir. Bu gün də bizə vəd verdi ki, gedin, arxayın olun ordakı tikintini dayandıracaq. Camaat növbəti dəfə də onun sözünə inanıb dağılışdı. Görək də... Sahibkar deyir 2005-ci ildən alıb torpağı. Adama deyərlər, bəs bu neçə ili harada idin? Biz bilirik ki, bir-iki ayın söhbətidir. Sadəcə, bələdiyyənin qərarını 2005-ci ildən verirlər ki, adam gəlib istədiyini tiksin. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Tozun-torpağın içində. Rayonun yiyəsi hara baxır mən bilmirəm”.
Rayonun yiyəsinin hara baxdığını dünənki yazımızda qeyd etmişdik. Vilyam Hacıyevi yalnız sahibkarlardan yığılan pullar maraqlandırır. Bu hadisələrdən sonra karyerlərin çoxu bağlansa da “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin nəzarətində fəaliyyət göstərən İmişli rayon Bəcrivan və Qaravəlli kəndlərindəki karxanalar hələ də fəaliyyət göstərir. İmişli rayon Qaravəlli kənd sakinləri yaşadıqları kənd yoluna ayrılan pulun boş yerə xərcləndiyini, Zakir Quliyevin karyerindən materieal daşıyan yük maşınlarının onların yollarını pis hala salması ilə bağlı məmur özbaşınalıqlarının qarşısının alınması məqsədi ilə aidiyyatı qurumlara şikayətlər ünvanlamışdılar. Karyerə rəhbərlik edən Zakir Quliyevin həmyerliləri, yəni əslən sabirabadlı olan Kamran və Kamal adlı şəxslərdir. Görəsən nəyə görə Ekologiya və Təbi Sərvətlər Nazirliyi,İmişli Rayon İcra Hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən bütün daş karxanalarına ciddi nəzarət edirlər, amma tək Zakir Quliyevin nəzarətində olan bu karyer hələ də öz qanunsuz fəaliyyətini göstərməkdədir?
Həmin karyerə rəhbərlik edən Zakir Quliyevin yaxın qohumu Kamran adlı şəxs İmişli rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri Nazim Rəsulova aylıq haqq verdiyini hər yerdə deməkdən belə çəkinmir. Nazim Rəsulov həmin karyerdən şikayət edənləri hədələməkdən belə şəkinmir. Çünki ona bu səlahiyyəti icra başçısı Vilyam Hacıyev verib.

Mövzuya qayıdacağıq və məqalədə adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq./bizimdovr.com/
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK