Sahil Babayevin nazirliyində QALMAQAL - Nələr baş verir?

13:22 11.04.2019 507
Sahil Babayevin nazirliyində QALMAQAL - Nələr baş verir?

Aprelin 2-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunda əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Şəmkir rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Teymur Hacıyevin iş yerində və evində aparılan yoxlamalar zamanı 70 ədəd əmək haqqı kartı götürülüb.

Məlumat üçün bildiririk ki, işsizin dostu layihəsi üzrə işsiz vətəndaşların işə qəbulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidləri tərəfindən həyata keçirilir. Belə ki, ilk olaraq rayon və şəhər Məşğulluq Mərkəzləri tərəfindən ictimai işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi kağız üzərində bağlanılır və işçi tərəfindən təsdiqlənir. Daha sonra həmin müqavilələri işəgötürən tərəfindən təsdiq olunması üçün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin tabeliyində yaradılan "Dost İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Cəmiyyətin rəhbəri Niyazi Rəhimov tərəfindən əmək müqaviləsi işəgötürən qismində kağız üzərində təsdiqlənir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alınır. Bundan sonra işçi müvafiq iş yerinə buraxılır.

Bir sıra internet xəbər portallarında Sahil Babayevin "Qardaşlara Dost Sovqatı” sərlövhəli yazıda işsizin dostu layihəsində rüşvət və korrupsiya hallarının geniş vüsət aldığı qeyd olunur. Nazir Sahil Babayev yaxın dostu Niyazi Rəhimovu bu layihənin başına gətirməklə öz korrupsiya şəbəkəsini daha da genişləndirməyə çalışdığı iddia olunur. Elchi.az saytında yayılan xəbərin bir hissəsini ixtisarlarla təqdim edirik. Xəbərdə qeyd olunur ki, S. Babayevin maraqlı təyinatlarından biri də 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi ilə bağlıdır. Sahil Babayev Niyazi Rəhimovu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun qardaşı Ayaz Rəhimovu da Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işlə təmin edib. Belə ki, Ayaz Rəhimov 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunub. Rəhimov qardaşları ölkədə sertvikat makleri kimi tanınır. Onlar əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışıb. Elə bu sahədə özlərinə biznes qurublar. Ayaz Rəhimov biznes fəaliyyətini sertvikat maklerliyi ilə yanaşı, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində genişləndirməyə çalışıb. O, 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olunduqdan sonra bir neçə əməkdaşını öz biznes fəaliyyətinə cəlb edib. Onlar Natiq Bayramov, Altay Umudov və Emin Həsənovdur. Bu əməkdaşların mobil telefonlarının anten məlumatları və mobil telefonlarının danışıq tarixçəsi yoxlanılsa onların yeni rəhbərləri ilə birlikdə gördükləri qanunsuz əməlləri öz təsdiqini tapar. Bununla yanaşı həmin əməkdaşlar həm də Ayaz Rəhimovun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri üzrə rüşvət yığımına başlayıblar. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiri üzrə Elektron İnformasiya Sistemində işçilərə minimum əmək haqqından aşağı, yəni 180 manatdan aşağı əmək haqqı təyin edən və ya bu barədə dəyişikliyi sistemə daxil etməyən işəgötürənləri hədələyərək onlardan rüşvət tələb edirlər. Ayaz Rəhimov eyni zamanda qardaşı Niyazi Rehimovun işsizin dostu layihəsindən də xeyli qazanc əldə edir. Belə ki, o qərb regionunda hər rayon-şəhər Məşğulluq Mərkəzinə 20-25 nəfər formal işçi ilə müqavilə bağlatdıraraq əmək haqqı kartlarını alır və həmin pulları mənimsəyir.

Bu yazıdan bir neçə gün sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunda əməliyyat tədbirləri həyata keçirildi.

Maraqlısı budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxın internet informasiya portalları dərhal xəbər yayaraq bütün günahı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədovun üzərinə yıxdı. Lakin, sual olunur ki, həmin layihə üzrə işə cəlb olunan işçi Rusiya Federasiyada yaşadığı halda rayon Məşğulluq Mərkəzində işsiz kimi necə qeydiyyata düşüb və onunla necə əmək münasibəti yaradılıb. Əmək müqaviləsi işçi və işəgötürən tərəfindən imzalandığı və Nazirliyin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alındığı tarixlərdə layihə üzrə işə cəlb olunan işçilərin bir çoxu Rusiya Federasiyasında olub. Ümumiyyətlə onlar Rusiya Federasiyasında yaşayır və işləyirlər. Görəsən Sahil Babayevin Makler Qruplaşması bunu Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun üstünə nə adla atacaq. Bir çoxunuz haqlı olaraq düşünəcəksiniz ki, Makler Qruplaşması nədir?

Makler Qruplaşması Niyazi Rəhimovun və Fazil Talıbovun Nazirlikdə yaratdıqları iddialı qruplardan biridir. Onlar əvvəllər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bir yerdə çalışan və Niyazi Rəhimovun təqdimatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerləşən qruplaşmadır. Niyazi Rəhimovun hədəfi Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsi təyin olunmaqdır. O, hissə-hissə öz kadrlarını Xidmətin yerli strukturlarına rəhbər təyin etdirir. Yerli struktura rəhbər təyin olunan kadrlara isə tapşırılır ki, müxtəlif yollarla həmin qurumda çalışan işçilər sıxışdırılaraq işdən çıxarılsın və onların yerinə öz adamları yerləşdirilsin. İlk olaraq 21 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Ayaz Rəhimov rəhbər təyin olunub. Yaxın günlərdə isə Niyazi Rəhimovun təqdimatı ilə 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Camal Babayevin rəis təyin olacağı gözlənilir. Camal İsmayıl oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax ərazi idarəsinin rəis müavini vəzifəsində çalışıb. Niyazi Rəhimovla və Fazil Talıbovla dostluq münasibətindədir. Camal Babayev Yevlax rayonunda qatı müxalifətçi kimi tanınır və uzun illər müxalifət partiyalarından birinin rayon təşkilatının rəhbəri olub. Makler Qruplaşması tərəfindən 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mollayev gözdən salınmağa və ləkələnərək işdən çıxarılmağa çalışılır. Nazirlikdən ötürülən məlumatda bildirilir ki, 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin işçilərindən biri Niyazi Rəhimovun həmyerlisidir. Onların hər ikisi Goranboyun Xan Qərvənd kəndindəndir. Onun köməkliyi ilə Alik Mollayevə qarşı təxribat hazırlanır.

Niyazi Rəhimovun və Fazil Talıbovun başçılıq etdiyi Makler Qruplaşması Sahil Babayevin ətrafında hörümçək toru toxuyur. Sahil Babayevin etimadını qazanan mətbuat sözcüsü bir çox halda qərəzli məlumatları üstü örtülü dillə nazirin qulağına pıçıldayır. Buna görə də, bu qruplaşma nazirlikdə ən təhlükəli qrup hesab olunur.

Niyazi Rəhimova Bakı şəhərində icarə haqqı 10 000 manat civarında olan dəbdəbəli ofis kiralanıb və ona dosta layiq əmək şəraiti yaradılıb. Niyazi Rəhimov da öz korrupsiya şəbəkəsini genişləndirir və yavaş-yavaş adamlarını müvafiq vəzifələrə təyin etdirir.

Bu məlumatlar onu göstərir ki, daş Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun üzərinə atılsa da həmin regionda o cümlədən Şəmkirdə DOST layihəsini öz biznesi kimi istifadə edən və cinayətkar şəbəkəyə rəhbərlik edən Niyazi Rəhimov və onun rəis qardaşı Ayaz Rəhimovdur.

Qardaşlar yerli icra hakimiyyətləri və Məşğulluq Mərkəzləri ilə əlaqəli şəkildə dost layihəsindən mümkün qədər bəhrələnməyə çalışırlar. İşçilərə iş geyimləri və fərdi mühafizə vasitələri alınması üçün rayon icra hakimiyyətlərinə pul köçürülür. Bu pulları özününküləşdirən icra başçıları məcbur olurlar ki, Rəhimov qardaşların işsizin dostu layihəsi üzrə korrupsiya oyunlarına göz yumsun.
Mənbə elchi.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu