Zəngilanın icra başçısı kimə xidmət edir - İTTİHAM

15:35 10.04.2019 529
Zəngilanın icra başçısı kimə xidmət edir - İTTİHAM
Olke ictiimaiyyət narahat edən məsələlərdən biri də məmurların Respublika Prezidentinin tapşırıqlarına lazımi səviyyədə əməl etməmələri, sakinlərlə mütəmadı görüşməmələri, onların qayğı və problemlərini dinləməmələridir. Son vaxtlar dövlət başçısının əhali ilə vaxtaşırı görüşlər keçirməsi, onları dinləməsi və dəstək göstərməsi cəmiyyət tərəfindən xoş qarşılanır. Lakin Prezidentdən, Birinci vitse-prezidentdən, əksər nazir və komitə sədrlərindən fərqli olaraq, bəzi rayon icra hakimiyyətlərinin başçıları kabinetlərində oturaq həyat keçirməklə sözün əsil mənasında kef edirlər.

Belələrindən biri də Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovdur. Teref.az rakurs az-a istinadən yazır ki,rayonun 1993-cü ildən işğal edildiyini və sakinlərin müxtəlif ərazilərdə müvəqqəti sığınacaq tapdığını fikirləşəndə rayon rəhbərinin işinin son dərəcə çox olduğunu düşünməliyik. İcra başçısının mütəmadi olaraq əhali ilə görüşdüyünün şahidi olmalıyıq. Əfsuslar olsun ki, reallıq belə deyil.

Respublikanın şəhər və rayonlarının icra başçıları Prezidentin yüksək etimadını döğrultmaq üçün əhali ilə sıx əlaqədə işləməli, onların yerli qayğı və problemlərinin həllinə köməyini əsirgəməməlidir. Ancaq əksər rayonlardan fərqli olaraq Zəngilan rayonunda bunu görmək mümkün deyil. Çünki rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov rayon əhalisi ilə demək olar ki, nazir və komitə sədrlərindən az görüşür. Daha çox kabinetdə oturmaqla işini bitmiş hesab edir. Konkret faktlara toxunmaq istərdik. Dördüncü ayına qədəm qoyduğumuz 2019-cu ildə icra başçısı yalnız bir dəfə səyyar görüş keçirib. Rayon icra hakimiyyətinin rəsmi saytına (http://www.zengilan-ih.gov.az/news.html) istinadla deyə bilərik ki, 3 ay ərzində keçirilən belə bir tədbir fevralın 19-da Sumqayıt şəhərindəki 15 saylı musiqi məktəbində olub. Ötən ildə də səyyar görüşlər 2 aydan bir keçirilib. Budurmu icra başçısının Respublika Prezidentinin etimadına münasibəti və xalqa xidməti?!

Erməni silahlı qüvvələri tərəfindən döğma yurdundan qovularaq yaşamaq üçün min-bir əziyyətlə Araz çayından İran ərazisinə keçməklə ölkəmizin digər bölgələrinə pənah gətirən rayon əhalisinə beləmi rəhbərlik edərlər. Ciddi problemlərlə üzləşən, ən cüzi qayğılarının belə rayon səviyyəsində həllini görməyən məcburi köçgünlərin ümidi Respublika Prezidentinə qalır. Məhz bu səbəbdən də vəziyyətdən çıxış yolunu üçün dövlət başçısına müraciət edirlər. Acınacaqlı haldır ki, əhalisinin sayına görə digər rayonlardan dəfələrlə az olan Zəngilan rayonundan Prezident Administrasiyasına edilən müraciətlərin sayı qat-qat çoxdur. Çünki sakinlərə rayon icra hakimiyyəti səviyyəsində qayğı göstərilmir.

Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov vətəndaşların şikayətlərinin təhlili ilə bağlı “Azərtac”da dərc edilən məqaləsində (https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_vetendas_muracietlerine_munasibeti_butun_memurlara_ornekdir-1243389)

yazır ki, şikayətlər, “əsasən biganəliyin, süründürməçiliyin” nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə “laqeyd yanaşıldıqda”, onlar, “təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına” müraciət etməli olurlar.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşa ilk instansiyada cavab verilməməsi onları daha yuxarı instansiyaya üz tutmağa məcbur edir:

“Vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz”.

Süleyman İsmayılov bildirir ki, şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Daha çox təkrar müraciətlər bir neçə şəhər və rayonla bərabər Zəngilan rayonunun da payına düşür.

Bu isə o deməkdir ki, Zəngilan rayonundan yuxarı instansiyalara edilən müracətlər durmadan artır. Zənimizcə, əlavə şərhə ehtiyac yoxdur. Hələlik digər məqamlara toxunmamaq şərti ilə konkret olaraq deməliyik ki, icra hakimiyyətinin başçısını rayon əhalisi maraqlandırmır.

Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist

Qeyd: Araşdırmaları davam etdirəcəyik.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək