Şəkidə təhsil sistemi necə bərbad günə salınıb... - İDDİA

11:27 9.04.2019 459
Şəkidə təhsil sistemi necə bərbad günə salınıb... - İDDİA

Azərbaycanın hər yerində olduğu kimi Şəki rayonunda da çoxlu yeni məktəblər tikilib, əsaslı təmir işləri aparılıb, məktəblər yeni avadanlıqlarla, texnologiyalarla təmin edilib, bir sözlə, müasir məktəb infrastrukturu yaradılıb. Bütun bu kimi görülmüş işlərə baxmayaraq Şəki rayonunda təhsil sistemindən, məktəblərin yarıtmaz fəaliyyətindən narazı olanlar hələ də var. Narazılıqları isə hamıya məlum problemlərdir. Tədris ili başlar başlamaz, fond pulları, müəllimlər günü münasibətilə hər valıdeyndən müəyyən olunmuş məbləğ, müəllimlərin ad günləri kimi ümumi problemlərə biz çox toxunmaq istəməzdik. Biz şəki təhsil sisteminin görünən deyil,görünməyən tərəflərinə nəzər salacıq. Şəki şəhərində və kəndlərində yuxarı sinif şagirdlərinin sərbəst şəkildə repetitor yanına getməsi də inkaredilməz faktlardır. Bunu sübut etmək üçün dərs vaxtı qəflətən istənilən məktəbdə, istənilən yuxarı sinif otağına daxil olub şağirdlərin sayını yoxlamaq kifayət edər. Şəkinin ümumtəhsil məktəblərini bitirmiş məzunların statistikasına baxdıqda isə qəribə mənzərənin şahidi oluruq. Tələbə adını qazanan şəkili məzunların böyük əksəriyyəti Şəki şəhərində fəaliyyətdə olan orta məktəblərin məzunları olduğu üzə çıxır. Bəs digər kəndlərdə fəaliyyətdə olan məktəblərdə nə üçün bu göstəricilər aşağı səviyyədədir ? Məlumat üçün bildirmək istərdik ki, hazırda Şəki Təhsil Şöbəsinin tabeliyində 96 ümumtəhsil məktəbi, o cümlədən 71 tam orta, 22 ümumi orta, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyyə müəssisəsi fəaliyyət göstərir. Şəki şəhərindəki bir neçə məktəbi çıxdıqdan sonra rayondakı digər kəndlərdən nə üçün yüksək bal toplayaraq ali məktəblərə qəbul olanların satı azdır? Ona görə ki kəndlərdə şagirdlərə dərs keçirilmir. O ki, qaldı yüksək göstəriciləri olan məktəblərə? Burada da durum başqa cürdür. Uğurlar məktəblərin adına yazılsa da, bu repetitorların əməyinin nəticəsidir desək yanılmarıq. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi, 11, 5 və 7 saylı tam orta məktəbləri şağirdləri repetitor yanına buraxmaq baxımından birincilər sırasındadır.Məşhur 3 və 10 saylı tam orta məktəblər isə bu baxımdan xeyli qabağa gediblər.

Məsələn Şəki şəhərindəki qədim tarixə malik 10 saylı məktəbdə bu gün tədrisin vəziyyəti hansı səviyyədədir.Eləcə də Şəki şəhərindəki 3 saylı tam orta məktəbdə. Məlumat üçün bildirmək istərdik ki, hər il sözügedən rayonda ali məktəbləblərə qəbul olunan şagirdlərin sayına görə qeyd etdiyimiz məktəblər birincilər sırasındadır. Bu Şəki rayonunda artıq ənənə şəklini alıb. Bu gün respublikamızda tanınmış bir çox şəkili ziyalılar vaxtı ilə sözügedən məktəblərin məzunları olmuş, orada aldıqları təhsilin sayəsində böyük uğurlara imza atmışlar. İlk baxışdan həmin ənənənin bu gün davam etdirildiyi görsənsə də,əslində belə deyil. Bu gün Şəkidəki bu məhşur məktəblərdə təhsilin səviyyəsi çox aşağı düşmüş ,dərsə davamiyyət isə yuxarı sinif şagirdləri arasında demək olar ki yox dərəcəsindədir. Şəkidən redaksiyamıza verilən məlumatlara görə qeyd etdiyimiz məktəblərin 11-ci sinif şagirdlərinin böyük əksəriyyəti Bakıda hazırlıq kurslarına ya da repetitor yanına gedirlər. Bunun da ayrı bir səbəbi var.Yuxarıda qeyd etdiyimiz kimi 10 saylı məktəb Şəki rayonunda çox tanınmış bir məktəbdir. Buraya adətən şəhərdə çalışan vəzifəli şəxslərin, məmurların uşaqları və yaxud da sahibkarların övladları qəbul olunur ki, burada güya yaxşı təhsil verilir. Amma bu əvvəlki illərdə olub və bu gün həmin yüksək səıviyyəli təhsildən bu məktəbdə əsər əlamət belə qalmayıb. Sadəcə məktəbin adı qalıb ki, imkanlı şəxslər bu ada görə uşaqlarının məhz burada təhsil almasına üstünlük verirlər. Məktəbin direktoru Abid Yusifov haqqında isə yayılan məlumatları oxuculara çatdırmazdan əvvəl müəyyən araşdırmalar aparmaq məcburiyyətindəyik. Qeyd edək ki, Abid Yusifov 2011-ci ildən sözügen təhsil ocağına rəhbərliyə başlayıb. Yəni Elxan Usubov elə həmin ildə Şəki rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra. Bu da özlüyündə burada çox gizlin məqamların olduğunu göstərir. Şəhərdəki 3 saylı tam orta məktəbin direktoru Bünyamin Baxışov da həmçinin. Onların hər ikisi də rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun adamı kimi tanınırlar.Maraqlı burasıdır ki bu şəxslərdən biri Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda 60 mümkün baldan 13 bal toplamaslına baxmayaraq hələ də direktor vəzifəsində çalışır.

Təbii k,bütün bu kim neqotiv hallara yol verilməsinin səbəblərini Şəki rayon təhsil İdərəsinin müdiri Südabər xanım İsmayılovadan sorulmalıdır. O Südabər İsmayılovadan ki, 2010-cu il Milli Məclisə seçkilərdə YAP xətti ilə namizədliyini irəli sürmüş,”Avromed”in sahibi Cavanşir Feyziyevlə razılaşdıqdan sonra namizədliyini geri götürərək Şəki Təhsil şöbəsinin müdiri oldu. 2010-cu ildən bəri təkcə Şəki rayonundakı uşaq bağçalarına dövlət budcəsindən ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması aparılsa çox şeylər üzə çıxar. Xatırladaq ki, Şəki rayonundakı təkcə uşaq bağçalarına il ərzində 450 min manatdan çox vəsait ayrılır ki, hara xərcləndiyi məlum deyil. Zənnimizcə Hesablama Palatasının Şəki Mədəniyyət və Turizm şöbəsində apardığı yoxlamaları Şəki Təhsil Şöbəsində də aparmalı, məktəbəqədər təhsil müəsisələrinə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənib xərclənməməsinə aydınlıq gətirməlidir. Yaxın gələcəkdə məhz bu məsələlərlə bağlı apardığımız araşdırmalarımızın nəticələrini geniş ictimaiyyətə çatdıracağıq.
Aktualinfo.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ