Bu təhsil ocağı ayrıca padşahlıqdır... - İDDİA

16:34 8.04.2019 486
Bu təhsil ocağı ayrıca padşahlıqdır... - İDDİA
Elə bir toplantı, iclas olmasın ki, Prezident məmurlara xəbərdarlıq etməsin. Onlara tapşırmasın ki, yerlərdə insanları incitməyin, özünüzü təvazökar aparın, xalqın problemlərini həll etməyə çalışın. Hər kim ki, bu tapşırıqlara əməl etmir, onların da aqibətini siz bizdən daha yaxşı bilirsiniz.

Amma elələri də var ki, özünü orta əsr imperatorları kimi aparır, şahlıq iddiasına düşür. Rəhbərlik etdiyi yerdə xanıdanlıq yaradır-təbii ki, əyan-əşrəf də öz yerində. Məhz onların bu “balaca padşahlıq” iddialarının böyük zərbələri son nəticədə dövlətə dəyir- vətəndaş öz dövlətindən inciyir, narazılıq formalaşır.

Verilən məlumatlara görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə bir neçə gün əvvəl Təhsil nazirinin əmri ilə yeni direktor təyin olunub. Göyçaya Gəncədən təşrif buyuran İrşad Abbasovun gəlişi Kollecdə aləmi bir-birinə qatıb. Yeni direktorun gəlişi Kollecdə elə ab-hava yaradıb ki, sanki ölkədə hakimiyyət dəyişikliyi baş verib. İ.Abbasov yeni seçilmiş prezident kimi gələr-gəlməz kollecin bütün direktor müavinlərini, digər rəhbər heyətini ərizələrini almaqla “istefaya göndərib”. Özü də buyurub ki, baxarıq görək sizinlə işləyə bilirəm, ya yox. İndi Kollecin ərizəsi alınan müəllimləri həyəcanla direktorun “yeni hökuməti” nə zaman formalaşdıracağını gözləyirlər. Direktorun kadr seçimində hansı “kriteryalara” üstünlük verəcəyi, öz “kabinetində” kimlərə yer ayıracağı isə məlum deyil. Beləcə bütöv bir kollektiv həyəcan və təlaş içində İ. Abbasovun təyinatlarını gözləyir.

Verilən məlumatda o da bildirilir ki, yeni direktorun hərəkətləri kollecdə ciddi narazılıqla qarşılanıb. Uzun illər burada çalışan, təcrübəli müəllimlər cəmi bir neçə gün əvvəl Göyçaya gələn birisinin əlində əsir-yesir olublar. Ölkədə olduqca həssas bir dönəm yaşandığı bir vaxtda şəxsi ambisiyaları naminə bu qədər ciddi narazılıq formalaşdırmaq kimə və nəyə lazımdır? Cənab nazirin etimadına və imzasına bu qədər də etimadsızlıq və hörmətsizlik olarmı? Ölkə başçısı hər bir vətəndaşın probleminə diqqət yetirdiyi, insanların qayğısına qaldığı halda onun rəsmini başının üstündə saxlayan bir məmurun bu qədər ambision fəaliyyətinə nə ehtiyac var? Hər halda çox ciddi sorulardır və yəqin ki, Təhsil Nazirliyində bu haqda ciddi də fikirləşərlər.(dosye.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR