Harınlamış məmurların ucbatından ünvanlı soaial yardım ala bilmirəm - PREZİDENTƏ ŞİKAYƏT

15:00 3.04.2019 546
Harınlamış məmurların ucbatından ünvanlı soaial yardım ala bilmirəm - PREZİDENTƏ ŞİKAYƏT

Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil Hüseynbala oğlu ünvanlı sosial yardım alması ilə bağlı üzləşdiyi qanunsuz münasibətə görə ölkə başçısı İlham Əliyevə, ƏƏSMN-i Sahil Babayevə və digər vəzifəli şəxslərə şikayət ünvanlayıb.

Vətəndaş şikayətinin bir surətini Gununsesi.org-a da təqdim edir.

Həmin şikayəti təqdim edirik:

Bildirmək istəyirəm ki, mən 5 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən müraciət etmişdim Və uyğun olaraq 3 ay 198 manat yardım almışdım. 2017-ci ildən bu yardım formal səbəb ucbatından kəsilmişdir. Adını da qoymuşdular ki, elektrikə görə abonent kodunda problem varmış. Ona görə də bu saxtakarlığı nazirliyin Şəki rayon Şöbəsinə sübut etmək və yenidən yardımın verilməsini bərpa etmək üçün idarəyə aylarla ayaq döyməkdən yorulub, 2017-ci ilin 25 avqustda cənab Prezidentdən sosial yardımın verilməsi üçün məndən əvvəlcədən istənilən 400 manat pulun Şöbənin əsas fiquru olan Vüqar müəllimin özünə mənim əvəzimə dövlət tərəfindən birdəfəlik yardım edilməsini xahiş etdim ki, yardımı ala bilim. 3-4 gündən sonra mənə əvvəlcə təzyiqlər başladı ki, sən idarəyə gəlib izahat yazmalısan ki, dövlət başçısına səhv edib şikayət yazmışam, qanmamışam, ağlım kəsməyib və s. Mən Vüqar müəllimə etiraz etdim ki, xeyr yazmıram. Nə vaxt ki, mənə yardımı rəsmiləşdirərsiniz, o zaman necə desəniz o formada yazaram. Lakin Vüqar müəllim mənə təzyiqə başladı. Mən birtəhər idarədən düşüb kəndə qaçdım.

Kəndə gəlib məni axtarmağa başladılar. Qaçıb bir tanışımın evinin çardağında gizləndim. Nəhayyət, sentyabrın 8-də səhər saat 10-11 radələrində gördüm ki, qapımız döyülür. Gələn Şəki Dövlət Məşğulluq İdarəsinin rəsmi nümayəndəsi Vüqar müəllim və bir yoldaş da vardı. Başladılar and-aman etməyə ki, Fazil vicdanımız haqqı, nəyə inanırsan ona and içirik ki, sabah idarəyə gəl, izahat yaz biz sənə yardımı iki-üç günə düzüb qoşuruq. Vəssəlam. Kişi kimi bu adamların yanında söz verirəm. Mən Vüqar müəllimə dedim ki, yaxşı ki, özün gəlmisən,bax bu 5 nəfərlik ailəmlə yaşadığım daxmamı öz gözlərinlə gör və inan ki, vəziyyətimiz ağırdır. O gözlərini yerə dikib durdu. Yenə and aman edib söz verdilər ki, sənin işin 100 faiz düzələcək. Mən də razı oldum ki, səhər gəlib izahatı yazaram ki, səhv edib şikayət yazmışam. Beləliklə mən də öz vədimə əməl edib onların diktəsilə təzyiq altında izahat yazdım.
Budur, mənim sizlərə etdiyim 8 avqust və 25 avqust 2017-ci il tarixli şikayətlərimdən sonra məni 4 dəfə Nazirliyin Şəki şöbəsinə dəvət etmişdilər. Vüqar müəllim daxmama gəlib yalvar-yaxardan sonra məndən şikayətimlə bağlı verdiyi sözə naxələf çıxaraq izahatımı aldıqdan sonra mənə dedi ki, get Bakıdan Nazirlikdən icazə (razılıq) al, ondan sonra sənə sosial yardım verək. Dedim bəs daxmama gəlib yalvaranda belə demirdin axı. Vüqar müəllimin sifəti dəyişilmişdi. Bağırdı ki, vaxtım yoxdur səninlə danışmağa get Bakıdan icazə al sonra gəl yanıma.
Mən kor-peşiman kəndə qayıtdım. Ümid edirdim ki, tezliklə yardım alıb evə 1-2 kq ət alaram. Nə yazıq ki, Vüqar kimi “kişi” sözü verən, vicdanıma and olsun deyən bir yerli məmuru insan bilib vədinə inanmışam. Axı mənim nəinki Bakıya getməyə, heç ailəmə almağa çörək pulum yoxdur. Qaldı günlərlə gəlib Nazirlikdə qəbula yazılıb gözləyim ki, razılıq ala bilim. Budur aradan il yarım vaxt keçməsinə baxmayaraq heç bir halda Şəki DMX tərəfindən mənə ünvanlı sosial yardım yazmadılar. Amma nazirliyin rəsmi saytında mənim yaşadığım kənd üzrə ünvanlı social yardım alanların siyahısına baxanda başa düşdüm ki, bu dövlət yardımı real kasıblar üçün deyilmiş. Bu siyahıda keçmiş kolxoz sədrinin ailəsinin , qardaşlarının, çoxsaylı kənd təsəsrrüfatı texnikası olan məşhur fermerlərin və digər imkanlı şəxslərin adlarına rast gəlirəm. Deməli, bu imkanlı şəxslər kəndxudanı ( Şəki DMX müdiri olmuş Elçin müəllimi Bədən tərbiyəsi müəllimi) görüb, kəndi ( ünvanlı dövlət social yardımı) çapıb talayıblar. Mən və mənim kimi 3-cü qrup əlillər də qalmışıq 5-10 manat təqaüdün və 1 inəyin ümidinə ki, ailəmizi ölməmək üçün dolandıra bilək.
Cənab Prezident sağ olun ki, bizim kimi kasıbları adam yerinə qoymayan Sosial Təminat Nazirliyində baş alıb gedən qanunsuzların qarşısının alınması üçün lazımi tədbirlər gördünüz. İndi ümid edirk ki, yeni nazir əvvəlkindən fərqli olaraq biz imkansız adamlara vəzifə borcunu yerinə yetirərək qayğı ilə yanaşacaq. Budur, 1 il 6 aydır ki, harınlamış yerli aidiyyatı məmurların məsuliyyətsizliyi ucbatından ünvanlı soaial yardım ala bilmirəm. Hətta mənim şəxsi kabinetimi blok ediblər ki, təkrar müraciət edə bilməyim.

Odur ki, ümidim yalnız Cənab Prezidentin köməkliyinə qalıb. Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın yenidən bərpa edilməsinə köməklik göstərməyinizi və öz qulluq mövqeyindən süi-istifadə edərək dövlətin pulunu gizli sövdələşmələr nəticəsində mənimsəyən məmurların son illərdəki qanunsuz fəaliyyətlərinin yoxlanılması barədə göstəriş verəsiniz. Allah amanında.

İMZA: 3-cü qrup əlil, 5 nəfərlik ailənin başçısı Vəliyev Fazil Hüseynbala oğlu
mob.tel. 051-844 98 12.
tarix: 27 mart 2019-ci il.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu