Impera
XƏBƏR LENTİ
10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...15:04Maliyyə Bazarlarına Nəzarət Palatası “İdrak Texnoloji Transfer ” MMC-ni cərimələyib14:33Şəkidə 9 nəfərlik ailənin sosial yardım dərdi... - GİLEY14:12Ermənilər Paravani gölünün sahilindəki qədim gürcü kilsəsindən tövlə kimi istifadə edərək təhqir edirlər - Rəsmi Tiflis isə susur13:58“Sipark” MTK-nın süründürdüyü 59 sakin prezidentdən kömək istəyir - FOTO13:20İnam Kərimov inhisarçılar qarşısında ağ bayraq qaldırıb... - İran kartofu Gədəbəydə lotuluq edirsə...12:56Dövlətdən oğurlama faktını aşkarladı və - Müraciət11:54Putinin Türkiyədə nəhəng qələbəsi11:34Şəki Xan Sarayında xəsarət alanlarla bağlı - son durum açıqlandı14:36Azərbaycanda yeni lizinq şirkəti yaradılıb14:33Bazar gününün hava proqnozu - Belə deyirlər...13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi13:00Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi12:40Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir12:20“YUĞ” qastroldadır12:00Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama11:40İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO11:20Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI11:00Ermənilər Ağdamda yanğın törətdilər17:51Vilayət Eyvazov prezidenti əmin etdi: - "Bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək"17:30BAKIDA ORQAN MAFİYASI: İran, Türkiyə və Gürcüstana qədər uzanan cinayət - FOTO17:17"Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir" - Əli Həsənov17:05Azərbaycanda deputat qəzaya düşdü — AÇIQLAMA16:36Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."16:21Eldar Əzizov keçmiş müavininə VƏZİFƏ VERDİ16:04"S-400"-lər bölgədə yeni vəziyyət yaradacaq - TƏHLİL15:20Cəlilabadda təhsil adına rəzalət... - İTTİHAM14:53Uşaq toyda partlayış törətdi: onlarla ölü və yaralı14:30"Həci qədər əzizlərinizin başına daş düşsün"14:03“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...13:47İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib13:33"Lotu Quli" Bakıdadır - Gəliş səbəbi açıqlanmır13:11Xocavəndin ərköyün icra başçısı... - İDDİA12:05“Oba” marketləri yükləri mağazaya niyə satıcı xanımlara daşıtdırır?11:48Azərbaycanda illik inflyasiya 2,7% olub - RƏSMİ11:33"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY11:19Şəki sakinləri prezidentdən kömək istədilər... - Müraciət11:02Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb10:47“Araz” supermarket məhsulun bitmə tarixini dəyişdirir - FOTOFAKT10:24Vilayət Eyvazov kollegiya iclası keçirir09:56BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR - "...bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir"09:34Nazir müavini: "Kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır"09:20Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir18:38Putin Zelenskinin görüş təklifinə BU CAVABI VERDİ18:2510 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür - YEYİNTİ17:57Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkətə yazdığı cərimə ləğv edilib17:45Azərbaycanın ən bahalı orta məktəbləri – İllik təhsil haqqı 61 min manat17:28Cəlilabadda təhsil sistemi "gül vurur"... - İTTİHAM17:07Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib - “Sobsan” boyalarına boyanan Kardiologiya İnstitutu16:51"Azərbaycanda FETÖ-nün 14 liseyi və 1 universiteti..." - Səfirdən açıqlama16:21"Üç ildir gözümə yuxu getmir..." - VİDEOGİLEY16:09Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - ŞOK İNTİHAR15:53"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY14:35"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsəm də..." - GİLEY14:21Rüfət Dadaşovdan qol ötürməsi14:03DİQQƏT! “Araz” supermarketində əldəqayırma Çin yumurtası satılır - VİDEO13:31"Valideynlərinin pulu yoxdur deyə, heç kim yaxın durmur..." - GİLEY13:17İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM12:11Füzuli Şıxəliyev və işçisindən İmişlidə əndrəbadi qərar... - Müraciət11:57Nazirlik prezident sərəncamını 4 aydır icra edə bilmir - MÜƏMMA11:46"Onların var-dövləti və vəzifələri var..." - GİLEY11:35S-400 “Triumf” müəmması: - Rusiya təyyarələri yükü çatdırıbmı...11:26Prezidentdən SDU-nun rektoru ilə bağlı SƏRƏNCAM17:50Erməni hökuməti xalqa müraciət etdi: - Kondisionerləri söndürün17:32FETÖ-nün iş dünyasındakı yeni Azərbaycan “imam”ı: - Fətullahçıları kim necə gücləndirir?17:17Gömrüyün dana monopilisti meydan sulayır... - Özbaşınalıq16:45"Qızım İnstaqrama girə bilməz, telefon belə vermirəm" - Məleykə Əsədova16:31“Qarabağ”ın düşərgəsindən məyusedici xəbər – oyunu buraxırlar...16:16Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb15:55Beyləqanda saxta əlillik davası... - İş böyüyür...15:37"Nə əkməyə imkan verirlər, nə biçməyə..." - GİLEY15:19Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…14:57Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”14:03Azərbaycanda ən çox müavini olan nazir kimdir? - TAM SİYAHI13:44Sabah hava necə olacaq? - Yenə də külək, yağış...13:18Separatçı rejim polisi Xankəndidə aclıq edən ermənini döydü... - FOTO13:01Mədət Quliyev mərhum nazirin kadrını işdən çıxardı12:38Pomidor niyə bahalaşıb? - Ekspert açıqlayır12:14“My Beach” istirahət mərkəzi rəsmən qarətlə məşğuldur... - ŞOK qiymətlər...11:59“Kasıbıq deyə, başımıza oyun açılmalıdır?” - GİLEY11:39Keçmiş icra başçısı dünyasını dəyişdi11:16Bakıda 9 min manatlıq “yaxşı” qəbir yeri satılır: - Kimsə cavabdehlik daşımaq istəmir10:59Slavyansk şəhərində Qarabağda yaralanan azərbaycanlı əsgərlər üçün kurort? - ARMYANSKDAN OLAN KEÇMİŞ NAZİRİN İDEYASI18:18Nazirlik ölkə resurslarını niyə gəlirə çevirə bilmir?18:01Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Aktivində 75 milyon olub…17:50Manatın məzənnəsi dəyişmədi17:36BAKIDA DƏHŞƏT: 18 yaşlı qız özünü 4-cü mərtəbədən atdı17:29Prezident İlham Əliyev və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər17:11“Nəsimi” xalçası ətrafında müəmma: - “Bacım Nərminənin iddiasının əksinə olaraq...”17:02Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Qobustan Milli Tarix-Bədii Qoruğunda olub16:49Azərbaycanlı iri məmurların adlı-sanlı restoranları: - hansı dəbdəbəli yer kimindir?16:39"Zirə"də şok istefa - prezident getdi
BÜTÜN XƏBƏRLƏR

Banklar cibimizi bundan sonra da talayacaq? - Soyğunçu faizlər qüvvədə qaldı

01 Nis 2019, 13:29   
Banklar cibimizi bundan sonra da talayacaq? - Soyğunçu faizlər qüvvədə qaldı

“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasının gündəliyindən çıxarılması barədə məlumat vermişdik.

Buna səbəb qanun layihəsində Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) verilməsi nəzərdə tutulan səlahiyyətin mübahisəli olması olub.

Belə ki, dəyişikliklə bank faizlərinin yuxarı həddinin məhz Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu ki, bu da mövcud prosedurlara və qaydalara uyğun gəlmir.Bu məsələnin MBNP-dan daha çox, Mərkəzi Bankın səlahiyyətində olduğu nəzərə alınaraq, dəyişiklik məqsədəuyğun hesab edilməyib və qanun layihəsi son anda gündəlikdən geri çəkilib.

“Banklar haqqında” qanuna 36.6-1-ci maddə əlavə edilirdi.Əlavə edilən 36.6-1-ci maddəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov məsələni şərh edərək bildirmişdi ki, “Banklar haqqında” qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır.İnsanlara daha aşağı faizlə güzəştli kreditlər veriləcək.Dəyişiklik banklar arasında da ədalətli rəqabət mühiti yaradacaq.

Görünən odur ki, Mərkəzi Bank sədri Elman Rüstəmov öz sahəsinə müdaxiləyə imkan vermədi və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi havada qaldı.Əslində Palatanın rədd edilən "kredit faizlərinə hədd" təklifi maraqlı və bir o qədər də müsbət idi.Bununla banklar öz istəklərini həyata keçirdilər, məlum oldu ki, oliqarx bankirlər öz bildiklərini etməkdə və kredit faizi ilə insanları çətin duruma salmaqda davam etmək istəyirlər.

Qeyd edək ki, iqtisadçılar kredit faizlərinə yuxarı həddin müəyyən edilməsini doğru qərar hesab etmirlər.Onlar parlamenti bu dəyişikliyi qəbul etməkdən vaz keçməyə çağırmışdılar.İqtisadçılar hesab edirlər ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləməlidir.

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, sözügedən dəyişikliyin qəbul edilməməsində bankların açıq-aşkar təzyiqinin olduğu görünür:

“Bu təklifi 5 il əvvəl alman professoru ilə birlikdə hökumətə təqdim etmişdik. Bu, sırf borc münasibətlərinin tənzimlənməsi, kredit və Mülki Məcəlləyə istehlak kreditləri haqqında paraqraf layihəsi idi.Həmin paraqrafda belə bir maddə nəzərdə tutmuşduq ki, vətəndaşlarla bağlanmış istehlak kreditləri müqaviləsi üzrə faiz dərəcəsinin yuxarı həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilsin.Qanunda nəzərdə tutulmuşdu ki, yalnız banklar deyil, istehlak krediti verən bank olmayan kredit təşkilatlarının (BOKT) və ya lombardların hamısına yüksək faiz dərəcəsi müəyyən edilsin. O zaman banklar Mərkəzi Bankla birgə bu layihənin qəbul olmasına təzyiq göstərdilər. Hesab edirəm ki, indi də bu qanuna dəyişikliyin qəbul olmasına banklar imkan vermir”.

Hüquqşünas onu da qeyd edib ki, bəzi ekspertlər kredit faizlərinə yuxarı həddin müəyyən edilməsini doğru qərar hesab etmirlər. Əkrəm Həsənov bu fikirlərlə razı olmadığını deyib:

“Ekspertlər deyir ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq faizlər də sərbəst müəyyən olunmalıdır. Amma onlar bilmirlər ki, söhbət bütün növ kreditlərdən yox, məhz istehlak kreditlərindən gedir.Sahibkar və yaxud şirkətlər bankdan kredit götürən zamanı danışıqlar apara və seçim edə bilir.Yəni, özlərini qoruya bilir. Amma vətəndaşlar banka deyə bilməz ki, krediti onun təklif etdiyi faizlə versin. Banklar, BOKT-lar və eləcə də lombardlar vətəndaşların ağır vəziyyətindən sui-istifadə edib yüksək faizlərlə kredit verirlər.Faiz dərəcəsinin Palata və yaxud Nazirlər Kabineti tərəfindən müəyyənləşməsinin fərqi yoxdur.Əlbəttə ki, faiz dərəcəsi bazar uyğun müəyyənləşəcək.Əgər sözügedən qanun layihəsi sırf bankların narazı olduğuna görə qəbul olunmayıbsa, bu, çox pis haldır.Amma ona görə qəbul olunmursa ki, bu səlahiyyət Palataya verilir, bununla razıyam.Ümumiyyətlə, bu səlahiyyət nə Palataya, nə də Mərkəzi Banka verilə bilməz.Bu səlahiyyəti bank sisteminin tərkibində olan subyektlərə vermək olmaz.Çünki Mərkəzi Bank da, Palata da bankların hesabına maliyyələşən qurumdur.Banklar Palataya rəsmi olaraq illik ödəniş edirlər.Palata da o vəsaitlə dolandığı üçün banklardan və BOKT-dan asılıdır.Ona görə də kreditlərin yüksək faiz həddini Nazirlər Kabineti müəyyən etməlidir.Qanun ancaq banklara görə deyil, BOKT-lara və lombardlara görə də təkminləşdirilməlidir”.
OXŞAR MÖVZULAR